ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-nin Müstəqillik Günü münasibətilə ölkə Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda deyilir.
"Münaqişələrin dayandırılması və dünyada sülhün qurulması ilə bağlı baxışınızı yüksək qiymətləndirirəm. Ümid edirəm ki, sizin rəhbərliyiniz altında ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək", - məktubda qeyd olunub.
N.Paşinyan vurğulayıb ki, Ermənistan "hökumətin suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də regional infrastrukturun açılmasına əsaslanan sülh gündəliyinə dəyişməz sadiqliyini" təsdiqləyir.
O qeyd edib ki, İrəvan ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir ("Report").
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
