FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İtaliyada Ermənistanın qanunsuz silah alverində iştirakı araşdırılır
18-11-2015, 09:25 | TƏDQİQATLAR-ANALITIKA
İtaliyada Ermənistanın qanunsuz silah alverində iştirakı araşdırılır

İstintaqın məqsədi Somali, Ermənistan, Kot-d’İvuar, İraq, Liviya, Nigeriya, İran, Cənubi Sudan və Anqolaya qanunsuz olaraq mülki və hərbi vertolyotların, digər silahların satışını araşdırmaqdır.

İtaliya mediasında yayılmış məlumatlara görə, mülki istifadə adı ilə satılan vertolyotlar daha sonra göndərilən ölkədə yeni və işlənmiş vertolyotların satışı ilə məşğul olan “Elicotteri Srl İtaliya” şirkəti tərəfindən hərbi məqsədlər üçün yenidən quraşdırılırdı. Məsələ ilə bağlı İtaliyanın mafiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılan təhqiqat çərçivəsində artıq 23 nəfər istintaqa cəlb edilib. İstintaqa cəlb olunan əsas şəxslər “Elicotteri Srl İtaliya” şirkətinin rəhbəri Andrea Pardi və bir zamanlar İtaliyanın Ermənistanda səfiri olmuş, hazırda isə Ermənistanın İtaliyada lobbiçilərindən biri olan Bruno Skapinidir.

İstintaqın ilkin nəticələrinə əsasən, qanunsuz silah satışı çərçivəsində Ermənistana çox yüksək qiymətə İtaliyanın “Agusta-Westland” şirkətinin istehsalı olan 4 döyüş vertolyotu satılıb. Bununla bağlı İtaliyanın müxtəlif regionlarında - Veneto, Abrutso, Kampaniya, Friuli-Venesiya-Culia, Latsio, Liquriya, Lombardiya, Molize, Piemonte, Siciliya və Toskanada polis axtarışları davam edir.

İtaliya KİV-ləri həmin istintaq çərçivəsində Neapol şəhərində qanunsuz silah alveri və muzdlu döyüşçülərin təşkili məsələsi ilə bağlı araşdırmaların başlandığına dair məlumatlar yaymaqdadır. İstintaq zamanı orada fəaliyyət göstərən Casalesi mafiya klanının muzdlu döyüşçülərə təlimlər keçməsi və onların dünyanın müxtəlif bölgələrindəki münaqişə zonalarına göndərilməsi, həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu aşkarlanıb.

Müvafiq araşdırma İtaliyanın aparıcı nəşrlərindən olan “La Repubblica” qəzetində, bu ölkənin əsas televiziya kanalı “Rai”-də və digər KİV-lərdə son günlər böyük əks-səda doğurub. Belə ki, “Rai” telekanalının Milena Qabanellinin aparıcılığı ilə yayımlanan “Report” proqramında noyabrın 15-də bununla bağlı geniş reportaj nümayiş olunub və Ermənistanla aparılmış qanunsuz silah alveri əməliyyatından bəhs edilib.

 

Hazırda İtaliyanın gömrük və vergi qanunvericiliyinin pozulması ilə müşayiət olunan, beynəlxalq mütəşəkkil cinayətkar qruplar vasitəsilə adıçəkilən İtaliya şirkətinin həyata keçirdiyi qanunsuz silah alveri zamanı münaqişə bölgələrində terrorçu təşkilatlarla mümkün əlaqələr hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.




Baxış sayı: 2 074
Bu il ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib - DİN Dünən, 20:00 Zəngilanda əmək yarmarkası keçirilib Dünən, 19:30 Minister Bayramov: Documents related to the Zangezur Corridor are being prepared Dünən, 17:00 Səyyar Gənclər Xidməti bu dəfə Qəbələdə Dünən, 15:30 I Beynəlxalq İslam Sivilizasiyası Forumunda “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim olunub Dünən, 11:30 Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb Dünən, 11:30 Təhdidlər NATO-nu birləşdirməyə təkan verdi Dünən, 11:30 Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür Dünən, 10:30 Mədəni irslə bağlı vətəndaş müraciətlərinin qəbulu rəqəmsallaşdırılır Dünən, 09:30 Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlığa dair protokol imzalayıb Dünən, 07:30 Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının 2026-cı ilin yarımilliyinin yekunlarına həsr olunmuş toplantısı 8-07-2026, 21:30 Vətəndaş Cəmiyyətinin dövlətin rəqəmsal inkişaf siyasətinə dəstəyi müzakirə edilib 8-07-2026, 17:30 Azerbaijani delegation attends OSCE PA 33rd Annual Session 8-07-2026, 16:30 HHQ və XTQ komandanları təltif olunublar 8-07-2026, 16:00 Цифровизируется прием обращений граждан, связанных с культурным наследием 8-07-2026, 15:30 "İranla atəşkəs artıq qüvvədə deyil” - Tramp 8-07-2026, 15:00 Mark Rutte: NATO Ukraynaya dəstəyini davam etdirəcək 8-07-2026, 11:30 I Beynəlxalq İslam Sivilizasiyası Forumu keçirilir 8-07-2026, 11:30 Maliyyə Nazirliyi “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb 8-07-2026, 10:30 Azərbaycanın kibertəhlükəsizlik siyasəti ATƏT PA-da diqqətə çatdırılıb 8-07-2026, 10:00 İran ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda ittiham edib 8-07-2026, 09:30 Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb 8-07-2026, 08:30 “Ərdoğan olmasaydı, NATO zirvəsində iştirak etməzdim” - Tramp 7-07-2026, 19:00 Azerbaijan welcomes 30 more Ukrainian children for rehabilitation 7-07-2026, 18:30 “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazası yaradılıb 7-07-2026, 18:00 Mənsur Bərxudarov:  “Paytaxtla bərabər regionların inkişafı  paralel aparılmalıdır” 7-07-2026, 13:30 Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib 7-07-2026, 13:00 NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi? 7-07-2026, 12:30 “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans 7-07-2026, 12:00 Ömür yolunu hüquq elminə həsr edən insan 7-07-2026, 12:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031