FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Mədəni irslə bağlı vətəndaş müraciətlərinin qəbulu rəqəmsallaşdırılır
9-07-2026, 09:30 | MƏDƏNİYYƏT
Mədəni irslə bağlı vətəndaş müraciətlərinin qəbulu rəqəmsallaşdırılır

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində mədəni irs sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Fact-info.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən vətəndaş müraciətlərinin daha operativ, şəffaf və “bir pəncərə” prinsipi əsasında qəbulunu təmin edən yeni modelin tətbiqinə başlanılır. Vətəndaşlar fiziki xidmət ünvanlarına yaxınlaşmadan “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə edə, müraciətlərini onlayn qaydada təqdim edə, onların icra vəziyyətini real vaxt rejimində izləyə bilərlər. Elektron xidmətlərin tətbiqi proseslərin rəqəmsal mühitə inteqrasiyasını təmin etməklə operativliyin artırılmasına, vaxt itkisinin minimuma endirilməsinə, müraciətlərin şəffaf və izlənilə bilən mexanizmlər əsasında idarə olunmasına, nəticə etibarilə vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Bundan əlavə, vətəndaş müraciətlərinin qəbulu Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84 ünvanında (Hökumət evi, 4-cü qapı, 1-ci mərtəbə) fəaliyyət göstərən Vətəndaş Qəbulu Mərkəzində həyata keçirilir. Belə ki, Mərkəzin fəaliyyəti vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə, müraciətlərin rəqəmsal mühitdə qəbulunun təşviqinə (https://my.culture.az), xidmətlərin operativ və şəffaf şəkildə göstərilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, habelə vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Vətəndaş Qəbulu Mərkəzinə müraciət edən şəxslərə elektron sistemdən istifadə ilə bağlı “İrs Dostu” könüllüləri tərəfindən texniki və informasiya dəstəyi göstərilir, ərizə və digər sənədlərin hazırlanmasına kömək edilir.

Bu tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, vətəndaşların mədəni xidmətlərə əlçatanlığının artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılıb.

Qeyd edək ki, “MyCulture" (https://my.culture.az) portalı üzərindən Dövlət Xidməti aşağıdakı elektron xidmətləri təqdim edir:

- Daşınmaz tarix və mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi;

- Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığın verilməsi;

- İnşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi;

- Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq işlərinin aparılmasına razılığın verilməsi;

- Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılıq verilməsi;

- Xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət abidələrinin və onalara aid yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə razılığın verilməsi.

Dövlət Xidməti vətəndaşlarımızı müraciətlərini rəqəmsal sistem vasitəsilə göndərməyə dəvət edir.




Baxış sayı: 70
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30