FACT-INFO.AZ » CƏMİYYƏT » Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının 2026-cı ilin yarımilliyinin yekunlarına həsr olunmuş toplantısı
8-07-2026, 21:30 | CƏMİYYƏT
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının 2026-cı ilin yarımilliyinin yekunlarına həsr olunmuş toplantısı
Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi,  Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kənd icmasının sədri Fərrux Rüstəmov Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının 2026-cı ilin yarımilliyinin yekunlarına həsr olunmuş  toplantısı haqqında  öz sosial şəbəkə platformasında yazıb.
Fact-info.az həmin məlumatı təqdim edir: 
8 iyul 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının 2026-cı ilin yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclasında çıxış etdim.
İclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov 2026-cı ilin ilk yarımilliyi ərzində həyata keçirilən fəaliyyət, görülmüş işlər və əldə olunmuş nəticələr barədə ətraflı hesabat təqdim edib. O, Ziyalılar Şurasının Qərbi Azərbaycanın tarixi, mədəni irsi və həqiqətlərinin elmi əsaslarla araşdırılması, təbliği və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edib, qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet istiqamətləri diqqətə çatdırıb.
Daha sonra Şura üzvləri hesabat dövründə görülmüş işləri yüksək qiymətləndirərək, Ziyalılar Şurasının fəaliyyətinin daha da təkmilləşdirilməsi, elmi potensialın səfərbər olunması və Qərbi Azərbaycan həqiqətlərinin geniş təbliği istiqamətində fikir və təkliflərini səsləndiriblər.
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov çıxışında hesabat dövründə elm və təhsil sahəsində görülən işləri dəyərləndirib. O, Qərbi Azərbaycan mövzusunun elmi müstəvidə daha geniş araşdırılmasının, bu istiqamətdə yeni tədqiqatların hazırlanmasının və gənc alimlərin prosesə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dillər Universitetinin kafedra müdiri, Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Həqiqət Hacıyeva çıxışında yeni yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin qarşısında duran əsas məqsədlər və perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılması, xarici dillərdə təbliği, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə yeni elmi layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Prezident təqaüdçüsü, publisist-tədqiqatçı Şəfəq Nasir çıxışında Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması, deportasiya faktlarının araşdırılması və bu həqiqətlərin cəmiyyətə çatdırılması istiqamətində görülən işlərdən danışıb. O, publisistik fəaliyyətin bu istiqamətdə maarifləndirmə baxımından mühüm rol oynadığını bildirib.
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, şair, publisist, folklorşünas alim, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Avtandil Məmmədov Qərbi Azərbaycanın zəngin folklor irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən bəhs edib. O, milli-mənəvi irsin yaşadılması və ədəbi-mədəni irsin təbliğinin Ziyalılar Şurasının fəaliyyətində mühüm yer tutduğunu vurğulayıb.
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri, professor, iqtisad elmləri doktoru Vahid Abbasov çıxışında Qərbi Azərbaycan mövzusunun elmi tədqiqatlarda daha geniş yer almasının, bu istiqamətdə akademik əməkdaşlığın gücləndirilməsinin və ziyalıların intellektual potensialından səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb. O, iqtisadi və sosial aspektlər üzrə elmi araşdırmaların genişləndirilməsinin Qərbi Azərbaycan həqiqətlərinin daha dolğun şəkildə öyrənilməsinə və təbliğinə töhfə verəcəyini bildirib.
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, tarix elmləri namizədi, dosent Bəxtiyar Nəbiyev çıxışında Qərbi Azərbaycan həqiqətlərinin ictimai-siyasi müstəvidə daha geniş təbliğinin vacibliyini qeyd edib. O, tarixi faktların elmi əsaslarla cəmiyyətə çatdırılması, gənclər arasında maarifləndirmə işinin genişləndirilməsi və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Müzakirələrin yekununda Ziyalılar Şurasının 2026-cı ilin ilk yarımilliyi üzrə fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Bildirilib ki, qarşıdakı dövrdə Şuranın elmi və intellektual potensialından daha səmərəli istifadə olunmalı, Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılması və beynəlxalq akademik müstəvidə təbliği daha da genişləndirilməlidir. Bununla yanaşı, gənc tədqiqatçıların bu istiqamətdə fəaliyyətə cəlb edilməsi, yeni elmi nəşrlərin hazırlanması, beynəlxalq və respublika səviyyəli konfransların təşkili, eləcə də maarifləndirici layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.
 



Baxış sayı: 365
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30