FACT-INFO.AZ » AKTUAL » Təhdidlər NATO-nu birləşdirməyə təkan verdi
9-07-2026, 11:30 | AKTUAL
Təhdidlər NATO-nu birləşdirməyə təkan verdi



Bir zamanlar Trampın başı çönərkən ABŞ-ın NATO-dan çıxacağını, bu təşkilata vəsait ayırmayacağını bildirirdi. Amma Ankara görüşü, aparılan müzakirələr, nəhayət "Ankara Bəyannaməsi" təşkilata üzv dövlətlərin hadisələrə daha praqmatik yanaşdığını göstərir. Görünür, həm  ətrafı, həm də dünyada gedən geosiyasi proseslər NATO-nu parçalamaq deyil, gücləndirməyin zəruri olduğunu cənab Trampa anlada bilib.

Təbii ki, Rusiyanın  təhdidləri yalnız NATO üzvü olan ölkələrə qarşı deyil. Keçmiş SSRİ məkanında olan  respublikalar da belə təhdid siyasəti ilə  daim üzləşirlər. Optimal  variant isə təhlükəsizlik çətirinin yaradılması idi.  Bütün məqamları nəzərə alaraq onu qeyd etmək olar ki, Alyansın daxilində davam edən müsbət tendensiyalar, xüsusilə sammitin Ankarada keçirilməsi mühüm məsələdir. Türkiyənin önəmli güc mərkəzi kimi bu proseslərin önündə olması bir çox münaqişələrin alovlanmasına deyil, səngiməsinə təsir göstərər.
 Hazırda bütün münaqişə tərəfləri ilə, həm Rusiya, həm Ukrayna ilə  sabitləşdirici əlaqələrini qoruyub saxlayan və sülhyaratma prosesinə dəstək göstərmək potensialı olan Türkiyədir. Digər tərəfdən  qardaş Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatlarının (TDT)  strateji maraqlarına cavab verir. Türk birliyi emosional çıxışlarla, gəlişi gözəl ifadələrlə deyil, bütün tərəflərin maraqlarına uyğun güc mərkəzinə çevrilməklə mümkün  olar. Bu istiqamətdə güclü Türkiyə-Azərbaycan tandemi və Mərkəzi Asiya Respublikalarının  türk birliyi yolunda cəsarətli addımları effektli nəticələr verər.
Alyansın Ankara sammitinin  digər bir əhəmiyyəti  nəticəsi o oldu ki,  NATO  Ukraynaya 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayıracağını və növbəti ildə də  eyni səviyyədə dəstəyin saxlanılacağını bildirildi. Bu Rusiya təhdidlərinin qarşısının alınmasında  əhəmiyyətli dəstəkdir.
Nəhayət ki, dünyada güclənməkdə olan Çin faktoru diqqəti cəlb edir. Böyük ehtimalla NATO, xüsusilə ABŞ  Çin məsələsində ciddi qarşıdurmaya getməyəcək. Çinlə iqtisadi əməkdaşlığa daha çox önəm veriləcəyini düşünmək olar.  

 Əkrəm Bəydəmirli




Baxış sayı: 170
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30