FACT-INFO.AZ » İQTİSADİYYAT » BMT-nin Qlobal Saziş təşəbbüsü məcburi əməyə qarşı mübarizəni dəstəkləyir
16-11-2015, 10:55 | İQTİSADİYYAT
BMT-nin Qlobal Saziş təşəbbüsü məcburi əməyə qarşı mübarizəni dəstəkləyir

İşəgötürənlə işçilər arasında əmək müqaviləsi bağlanarkən,  tərəflər əmək  intizamı ilə əlaqədar   müəyyən öhdəlikləri  də öz üzərlərinə götürürlər. Bu öhdəliklərin yerinə yetirilməməsi isə əmək qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət yaradır. İşçilər əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməli və müəssisədaxili intizam qaydalarına əməl etməlidirlər. İşəgötürən işçilərin əməyini düzgün təşkil etməli, əmək istehsalının artırılmasına şərait yaratmalı, əmək və istehsal intizamını təşkil etməli, əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına riayət etməli, işçilərin ehtiyaclarına və müraciətlərinə diqqətlə yanaşmalı, onların nəinki iş, hətta məişət şəraitlərinin yaxşılaşdırılmasına da köməklik göstərməlidirlər. Təşkilatlarda əmək intizamının pozulması məcburi və icbari əməyin yaranmasına gətirib çıxarır. Yəni, məcburi və ya icbari əmək- işçilərin hərəkət etməsini məhdudlaşdırmaq; iş yerində qalmağa məcbur etmək üçün əməkçilərin əmək haqqını və ya şəxsiyyətini bildirən sənədlərini özündə saxlamaq; yaxud, fırıldaq gəlməklə əməkçiləri canlarını qurtara bilməyəcək borca salmaq kimi təcrübələri də daxil edir. Məcburi əmək cinayət əməli və əsas insan hüquqlarının pozuntusudur. Məcburi və icbari əməyin yaranma səbəblərini araşdırsaq ,görərik ki, məcburi əmək öz kökünü əsasən yoxsulluq, bərabərsizlik və diskriminasiyadan (ayrı-seçkilikdən) alır, və çox vaxt vəziyyəti ağır olan və müdafiəsiz işçilərin  hesabına maddi mənfəət əldə etməyə can atmaqla hərəkətə gətirilir. Bəzən insanlar sərbəst şəkildə işin təşkilinə daxil olur, lakin fikirlərini dəyişdikləri vəziyyətdə həmin işi tərk etməkləri də məcburi əməyin yaranmasına səbəb olur. Bundan başqa,məcburi əmək təcrübəsinə  müraciət edən qeyri-düzğün  işəgötürənlər, agentlərin  azlıq təşkil edən hissəsinin əldə etdiyi potensial gəlir, riskin başa düşülməsi ilə müqayisədə, onu üstələyir.

Əsasən  məcburi əmək vəziyyəti insanların  razılığı olmadan işləməyə təşviq etmək məcburiyyətidir. Bir çox  məcbur etmə formaları mövcuddur:

İş yerində fiziki məhdudlaşdırma halları; ·

Psixoloji məcburi əmək, Məsələn,. uyğunsuzluğa görə cəzalandırma hədə-qorxusu ilə işçinin boynuna qoyulan iş;

İş növü və şərtlərinə dair aldatma və ya yalançı vədlər;

Əmək haqqını kəsmə və ödəməmə;

Şəxsiyyəti bildirən sənədlərin  əlindən alınması.

Beynəlxalq Əmək Təşkilatının  29 saylı Konvensiyasında  məcburi, yaxud icbari əmək terminin tərifini  aşağıdakı kimi verə  bilərik:

 1.Cəzalandırma hədə-qorxusu. Cəza tədbiri hüquq və imtiyazların ləğv edilməsi , zor işlətmək, zorla boynuna qoymaq çox vaxt psixoloji hədə-qorxulara qədər, – fərqli formalarda həyata keçirilə bilər.

2. Məcburi görülən iş və xidmət. Bütün əmək münasibətləri kontrakt bağlayan tərəflərin birgə razılığında öz əksini tapmalıdır prinsipi, hər iki tərəfin milli qanunvericilik və ya kollektiv razılığa müvafiq olaraq üzrlü səbəb bildirməklə əmək münasibətini istədiyi vaxt tərk edə bilməsini nəzərdə tutur.

3. Hər cür iş və ya xidmət. Bu, həm özünə sənaye, sektor və peşədən asılı olmayaraq,  hər növ iş, xidmət və məşğulluğu daxil edir, həm də qanuni və formal məşğulluqla yanaşı,  qeyri-qanuni və qeyri-formal məşğulluğu əhatə edir.

4. Hər hansı bir şəxs. Bu, milliyyətindən asılı olmayaraq həm böyüklərə, həm də uşaqlara aid edilir və həmin şəxsin məcburi əmək hadisəsi kimi aşkar edilmiş ölkənin vətəndaşı olub-olmadığına əsaslanmır. Təcrübəyə əsasən, sadaladığımız bölmələr  bir çox fiziki və ya psixoloji formalar ala bilər.Məsələn,  

Əməkçi, onun ailəsi, ya da yaxın yoldaşlarına qarşı fiziki zorakılıq; 

Həbsxanaya salma və ya digər fiziki məhdudlaşdırma yolu;

Maddi cəzalar;

 Səlahiyyətli orqanlara xəbər vermə (polis, immiqrasiya, və s.) və deportasiya, misal üçün miqrant əməkçilərin qeyri-qanuni məşğulluq statusu ilə işləmə halları;

Sonrakı məşğulluqdan məhrum etmə;

Cəmiyyət və sosial həyatdan məhrum etmə;

Hüquq və imtiyazların alınması;

Qida, sığınacaq və digər zəruri təminatdan məhrum etmə;

Daha pis iş şəraitinə köçürmə;

Sosial statusu itirmə.

Məcburi əməyin qarşısını almaq üçün  beynəlxalq səviyyədə  tədbirlərin görülməsi tələb olunur. Məcburi əməyin daha geniş vüsət aldığı ölkələrdə  icbari  əməyin fərqli formalarını qeyri-qanuni elan edən, məcburi əmək qurbanlarını müdafiə edib, təqsirkarları isə lazımınca cəzalandırmağa icazə verən güclü qanunlar və siyasət qəbul edib onu icra etmək lazımdır. Bu problemin həllində beynəlxalq təşkilatların,  xüsusi ilə Beynəlxalq Əmək təşkilatının konvensiyalarının və BMT-nin Qlobal Saziş təşəbbüsünün prinsiplərinin əhəmiyyətini mütləq qeyd etməliyik.

BƏT məcburi əmək haqqında iki Konvensiya  qəbul edib. Birincisi, Məcburi Əmək haqqında (29 saylı) Konvensiya (1930), məcburi, yaxud icbari əməyin bütün formalarını aradan qaldırmağa çağırır. Bu Konvensiyaya, 1957-ci ildə qəbul olunmuş ikinci, Məcburi əməyin aradan qaldırılması haqqında (105 saylı) Konvensiya əlavə olundu. Siyasi məqsədlər üçün məcburi əmək istifadəsinin artması müşahidə olunan dövrdə qəbul edilmiş  105 saylı Konvensiya ilə  məcburi əməyin qarşısını almağa  çağırır.

2000-ci ilin iyul ayında təsis edilmiş BMT Qlobal Saziş (QS) məsul və dayanıqlı korporativ siyasət və təcrübələrin hazırlanması, icrası və açıqlanması üçün liderlik platformasıdır. Bu saziş öz fəaliyyət və strategiyalarını insan hüquqları, əmək, ətraf mühit və korrupsiyaya qarşı mübarizəni rəhbər tutan  bir təşəbbüsdür. Məcburi əməyin aradan qaldırılmasında  və ona nəzarət sistemini gücləndirmək üçün  BMT –nin Qlobal Saziş  təşəbbüsü önəmli rol oynayır:

 “Əmək prinsipləri:

Prinsip 4: İşgüzar dairələr məcburi və icbari əməyin bütün formalarının aradan qaldırmasını dəstəkləməlidirlər.”

Bu da, məcburi və icbari əməyin aradan qaldırmaq, məcburi əmək riski barədə ictimaiyyətin xəbəri olmasını yüksəltmək; əməkçilərin öz hüquqları, sərt qanunların həyata keçirilməsi barədə təhsilini artırmaq; insanları işə cəlb etmə ilə məşğul olan agentliklər, əmək müqaviləsi bağlayanlar və işəgötürənlərin fəaliyyətini yoxlamaq və tənzimlənməsini təmin etmək  kimi praktiki tədbirlərin görülməsində  vacib rol oynayır.

.Bu cür beynəlxalq sənədlər  məcburi əməyin qarşısının alınması,  gəlirqazanma fəaliyyətlərinin genişləndirilməsi , mikro-sığorta proqramlarının yaradılması, bütün işçilərin kollektiv danışıqlarının aparılması hüquqları ilə təmin edilməsi kimi yoxsulluğun azaldılmasına yönəlmiş  önəmli sənədlərdir.

 Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçinin köməkçisi, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati  və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri
 
Xəyalə Məmmədova

 

 




Baxış sayı: 2 480
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30