FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Nüvə silahı: dünya güclərinin geosiyasi oyununun bir parçası
19-05-2018, 11:15 | TƏDQİQATLAR-ANALITIKA
Nüvə silahı: dünya güclərinin geosiyasi oyununun bir parçası

Qlobal miqyasda geosiyasi gərginlik daha da artmağa başladı. Çox keçmədi ki, KİV-də İsraillə İran arasında savaşın başlamaqda olduğu haqqında məlumatlar yayıldı. Yaxın Şərqin müxtəlif guşələrində hər iki dövlət bir-birinə hərbi-siyasi zərbələr endirməkdədir. Şübhəsiz ki, regionun digər dövlətləri uzun müddət bu prosesdən kənarda qala bilməzlər. Bu o deməkdir ki, Yaxın Şərqdə bir neçə böyük dövləti əhatə edən gərginlik sahəsi meydana gələ bilər. Eyni zamanda, Rusiya, Çin və Avropanın böyük dövlətləri də məsələyə laqeyd qalmırlar. Nəticədə nələr ola bilər? Dünya daha geniş məkanı əhatə edən müharibə meydanına çevrilə bilərmi? Bu proses bütövlükdə qlobal geosiyasi trendləri hansı müstəviyə ata bilər? Daha əhəmiyyətlisi, dünyanın yeni düzənini yaratmaq kimi ciddi vəzifə qarşıda durarkən, bütün bunlar bəşəriyyəti haraya sürükləyə bilər? Bu suallara cavablar üzərində düşünməyə dəyər. Siyasətin dolanbacları: Trampın yeni "diplomatik tələsi"

Dünya siyasətinin gündəminə Donald Tramp yeni bir "bomba atıb". O, Vaşinqtonun İranın nüvə proqramına dair "altılıq" (BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) ölkələri, Avropa İttifaqı və İran arasında bağlanmış sazişdən birtərəfli qaydada çıxdığını bəyan edib. Beynəlxalq aləm dərhal iki düşərgəyə bölündü. Barrikadanın bir tərəfində üzündən sevinc hissi yağan Binyamin Netanyahu iqtidarı, digər tərəfində isə "indi nə olacaq?" sualı üzərində baş sındıran çoxlu sayda dövlətlərdir! Hər iki tərəfin də öz arqumenti var. ABŞ və İsrail hesab edirlər ki, İran bütün dünyaya təhlükədir. Əgər o, nüvə silahına sahib olsa, bəşəriyyətə ciddi ziyan vuracaq. İlk növbədə isə Yaxın Şərqdə geosiyasi qüvvələr nisbətini böyük ölçüdə öz xeyrinə dəyişəcək.

Əks tərəfdə olanlar isə fərqli düşünürlər. Doğrudur, heç də bütün ölkələr eyni mövqedə deyillər, müəyyən məqamlarda fikir ayrılıqları var. Lakin onlar İranın da ABŞ, Rusiya, Fransa, yaxud Çin kimi nüvə silahına sahib olmaq hüququnu dolayısı ilə qəbul edirlər. Əslində, bu, həqiqətdə də belədir. Deməli, ABŞ-ı narahat edən başqa məqamlar mövcuddur və onların qlobal geosiyasi proseslərə ciddi təsir edəcəyinə Vaşinqtonda əmindirlər. Problemin bu aspekti nəzəri təhlil üçün çıxış nöqtəsidir.

İranın nüvə silahına sahib olması məsələsi dünya miqyasında geosiyasi qüvvələrin mübarizəsi ilə sıx bağlıdır. Bu çərçivədə, təbii ki, Yaxın Şərqdə cərəyan edən hadisələr daha həssas məqamı təşkil edir. Çünki orada İsrailin təhlükəsizliyi məsələsi mövcuddur. Bu isə faktiki olaraq Qərb-müsəlman ölkələri münasibətlərinin bir parçasıdır. Həmin səbəbdən İranın nüvə silahına malik olması məsələsi hər bir ölkənin özünümüdafiə haqqının sərhədlərini aşmış kimi görünür. Bunun doğru, yaxud yanlış olması başqa məsələdir, lakin dünyanın güc mərkəzlərinin paytaxtlarından problem məhz bu aspektdə təqdim olunmaqdadır. Bu reallıq prizmasından Amerikanın İranla olan sazişdən çəkilməsi kifayət qədər ciddi hərbi təhdid xarakteri alır. Bu o deməkdir ki, Vaşinqton İrana qarşı istədiyi addımı ata bilər. Təbii ki, İranın Rusiya kimi müttəfiqi bunu yaxşı başa düşür. Bu səbəbdən Kreml öz etirazını bildirib və qarşıya çıxa biləcək təhlükələr haqqında xəbərdarlıq edib. İran rəhbərliyi isə kifayət qədər sərt şəkildə öz təpkisini ifadə edib. Ekspertlər bildirirlər ki, İran nüvə silahı istehsalını özünün milli ideyasına çevirib ki, bu da artıq geriyə dönüşün olmaması deməkdir.

Başa düşüləndir ki, İran xalqı və dövləti özünün müstəqil seçim hüququnu reallaşdırmaqla kimsədən çəkinmədiyini nümayiş etdirə bilər. Ancaq məsələyə qlobal siyasətin daxili dinamikası kontekstində yanaşdıqda, belə təəssürat yaranır ki, əslində, İranın bu cür reaksiya verəcəyi öncədən nəzərə alınmışdı. Konkret olaraq İranı radikal münasibətlər müstəvisinə çəkirlər ki, Yaxın Şərqdə geosiyasi mənzərəni özlərinə sərf edən dinamikaya gətirə bilsinlər. Bundan sonra nələr ola bilər?

İndi ekspertlər üçün yeni bir mövzu da yaranıb: İsrail-İran münaqişəsi başlayır! Təl-Əviv İranın Suriyadakı hərbi bazalarını vurub. Orada Rusiyanın bir raketdənmüdafiə sistemi də zərərsizləşdirilib. Bu, Suriya səmasının etibarlı qorunduğu haqqında deyilənləri zədələdi. Dolayısı ilə İranın da raketdənmüdafiə sistemlərini "deşmək" imkanının olduğu vurğulanır. Eyni zamanda, İsrail hərbi rəhbərliyi Suriyadakı bütün İran hərbi bazalarının vurulduğu haqqında informasiya yayıb. O halda Yaxın Şərqdə, ilk növbədə Suriyada gərginliyin yeni səviyyəyə yüksəlmə ehtimalının çox olduğunu etiraf etmək gərəkdir.

İran qarşılıq verəcək və əks tərəf buna uyğun yeni addım atacaq. Şübhə yoxdur ki, bu proses bir qədər davamlı olarsa, Yaxın Şərqdə geosiyasi mənzərə hiss ediləcək dərəcədə dəyişəcək. Bir tərəfdən, regionda günahsız müsəlmanların qırğını və didərgin düşməsi prosesi daha da sürətlənə bilər, digər tərəfdən isə İran daha ağır iqtisadi vəziyyətə düşər. Onsuz da İranda maliyyə-iqtisadi durumun ürəkaçan olmadığı haqqında informasiyalar yayılır. Bu ixtilaf vəziyyəti xeyli dərəcədə ağırlaşdıra bilər. Onda sual yaranır: nüvə silahı ətrafında yaradılmaqda olan gərginlik şəraiti kimlərə sərf edir?

Qlobal düzənə doğru: silahlanma, yoxsa barış?

Suala geosiyasi aspektdə cavab verə bilmək üçün məsələyə bir qədər də geniş prizmadan yanaşmaq lazım gəlir. Yaxın Şərqin böyük dövlətlərinin bu münaqişədən kənarda qala biləcəyini düşünmək sadəlövhlük olardı. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə, Misir və başqaları da bu və ya digər dərəcədə hadisələrin təsiri altında olacaqlar. Türkiyə rəhbərliyi İrana qarşı atılan addımların düzgün olmadığı barədə fikrini bildirib. Ər-Riyad isə ABŞ və İsrailin yanındadır. Faktiki olaraq Yaxın Şərqin müsəlman ölkələri geosiyasi mövqelərinə görə iki cəbhəyə ayrılmaqdadırlar. Bu prosesin dərinləşməsi yaxın gələcəkdə regiondaxili ixtilafların daha da dərinləşməsinə aparıb çıxara bilər. O halda ABŞ və İsrailin bir qədər kənara çəkilməsi ehtimalı mövcuddur. Çünki kənardan seyr etmək və lazım gəldikdə, "obyektiv hakim" kimi, kimin beynəlxalq hüquqa uyğun və ya zidd hərəkət etdiyini bəyanlayıb aranı daha da qızışdırmaq üçün əsas intriqa sahəsini müsəlman ölkələrin özlərinə "təhvil vermək" lazımdır.

Təbii ki, bu ssenari Yaxın Şərq sərhədləri ilə məhdudlaşmaya bilər. Sonrakı mərhələdə hadisələrin mərkəzinə Rusiyanı atmaq istəyi ola bilər. İran savaş meydanına çevrilsə, Rusiya da rahat yaşaya bilməyəcək. Bu halda oyun Şimal və Şərq istiqamətlərində daha dərinliklərə qədər işləyə bilər. Deyək ki, müxtəlif xalqların yaşadıqları yerlərdə "İslam terroru" baş qaldırar və ara qarışar. Mərkəzi Asiya bunun üçün əlverişli eksperiment məkanına bənzəyir. Bu mənada Cənubi Qafqazın da öz "potensialı" var. İndidən Ermənistanı "rəngli inqilab" adı altında bir qədər də təhlükəsiz pozisiyaya çəkib, əsas diqqəti Azərbaycanın üzərinə yönəldə bilərlər. Gürcüstan "yankilər"in "müstəqil dövlətçilik fəlsəfəsi"nin təsiri altında feyzyab olduğundan, onlara toxunmazlar. Həm də din məsələsi var.

Belə düşünmək olar ki, İranın nüvə silahına malik olması sadə yanaşma əsasında dərk edilən problem deyil. Daha dərinliklərdə Qərbdə bir sıra dairələr İranı məhz bu silaha sahib olmağa təhrik edirlər ki, sonra geniş bir geosiyasi məkanda qarışıqlıq yaratmaq şansı meydana gəlsin. Bundan siyasilər geosiyasi nüfuz, silah tacirləri yeni gəlir mənbəyi, maliyyə maqnatları gələcək xarabalıqlara yatırıla biləcək sərmayə qaynaqları, generallar yeni müharibə ssenarilərinin sınaqlarını və ən başlıcası, dünya düzəninin Qərb standartlarından kənara çıxmasının əngəllənməsini qazana bilərlər.

Bütün bu ehtimallara rəğmən, İranın özünü müdafiə etməkdən başqa yolu yoxdur. Bu ölkəni çoxdandır ki, inkişaf paradiqmasından uzaqlaşdırıb, təhlükəsizliyi təminetmə paradiqmasına gətiriblər. Hazırda İran cəmiyyəti üçün başlıca qayğı ölkənin təhlükəsizliyini təmin etməklə bağlıdır. Bu səbəbdəndir ki, cəmiyyətin əksər kəsimi ölkə rəhbərliyinin vətənpərvər çağırışlarına kifayət qədər həssaslıq göstərirlər. Bu kontekstdə bir sıra Rusiya ekspertlərinin ifadə etdikləri fikirləri xatırlatmaq olar.

Onlar hesab edirlər ki, İranın nüvə silahına sahib olması bu dövləti regionun ən güclü oyunçusuna çevirəcək. İlk baxışdan gəlişigözəl fikirdir. Sanki İranın geosiyasi nüfuzunun artmasına xidmət edən mövqedir. Ancaq burada gizli olaraq təhrik elementi yer alıb. Fikirdə İranı həm ABŞ-a qarşı qoymaq istəyi, həm də regionun digər böyük dövlətləri ilə yeni səviyyədə nüfuz yarışını alovlandırmaq niyyəti duyulur.

Eyni zamanda, əgər nüvə silahına sahib olmaq bir üstünlükdürsə, onda ABŞ və Rusiya dünyanın həqiqi mənada xilaskarı olmalı idilər. Əksinə, onlar bir tərəfdən, nüfuz uğrunda savaşaraq yeni qorxunc silahlar ixtira edir, digər tərəfdən isə başqalarını da nüvə silahı istehsalına təhrik edirlər. Deməli, böyük mənada xilas yolu, qalibiyyət kursu daha güclü silaha sahib olmaqla söz sahibi olmaqda deyil – bunun sonu fəlakətdir. Daha doğrusunu Hüseyn Cavid deyib: "Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü"! Newtimes.az




Baxış sayı: 3 550
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb Bu gün, 21:00 "Onun adındakı işıq"  Bu gün, 20:00 Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub Bu gün, 17:00 Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir Bu gün, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir Bu gün, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? Bu gün, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb Bu gün, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür Bu gün, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük Bu gün, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır Bu gün, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu Dünən, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər Dünən, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media Dünən, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb Dünən, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Dünən, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb Dünən, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz Dünən, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Dünən, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Dünən, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Dünən, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı 10-08-2026, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib 10-08-2026, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb 10-08-2026, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub 10-08-2026, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur 10-08-2026, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 10-08-2026, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır 10-08-2026, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur 10-08-2026, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir 10-08-2026, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir 10-08-2026, 08:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31