FACT-INFO.AZ » CƏMİYYƏT » “Atamın dağları” - “The Washington Times”də Kəlbəcərlə bağlı məqalə
4-04-2018, 12:00 | CƏMİYYƏT
“Atamın dağları” - “The Washington Times”də Kəlbəcərlə bağlı məqalə

Nüfüzlu “The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25 illiyinə həsr olunmuş “Atamın dağları” (“My Father’s mountains”) adlı məqaləsi çap edilib.

Fact-info.az-ın APA-ya istinadən məlumatına görə, məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında Minsk qrupunun vasitəçilik fəaliyyəti ilə davam edən danışıqlar illər boyu əhatə etməsinə baxmayaraq sülh danışıqları prosesində hazırda real irəliləyiş əldə olunmayıb. Məhz bu irəliləyişin olmaması səbəbindən bəziləri işğal olunmuş Azərbaycan torpaqlarına və Azərbaycan mülki əhalinin uzunmüddətli sürgün edilməsi faktına abstrakt şəkildə yanaşırlar.

Həqiqətən əgər məsələnin həlli yalnız riyazi kombinasiyanın tapılması və torpaqların müxtəlif sahələrini birləşdirməkdən asılıdırsa, “kompromis” termini mənəvi və humanitar məsələləri nəzərə almadan təcavüzkar və onun qurbanı arasında fərqin qoyulmamasına imkan verilir. Əlbəttə ki, reallıq mücərrəd deyil. Reallıq göstərir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazisi Ermənistan tərəfindən qeyri-qanuni işğal edilmiş və azərbaycanlı nəsillər sürgündə böyüdülmüşdür. Məhz bu Azərbaycan torpaqları erməni liderlərinin dedikləri kimi “alver mövzusu” deyil, bir milyona yaxın azərbaycanlının doğma evləridir.

Qeyd olunanlarla birlikdə qətnamə tərtib olunduğu zaman sülh ilə həlli yolu və qeyri sabit status kvo ilə yanaşı regionun uzunmüddətli perspektivləri də nəzərə alınmalıdır. Azərbaycanlılar üçün bu Qarabağa olan möhkəm bağlılığının tanınması və köçkünlərin öz evlərinə qayıtması deməkdir.

Qarabağdakı ermənilər isə bunu təhlükəsizliyin təminatı və özlərini idarə etmək üçün bir fürsət kimi dəyərləndirirlər. Bundan əlavə, Azərbaycanın surətlə inkişafı və Ermənistanın getdikcə təcrid olunması regionu müşahidə edən heç bir kəsin nəzərindən qaça bilməz. Belə ki, mücərrəd fikirlərdən gələcək yönümlü praqmatizmə doğru addımların atılması ortaq fikirlərin əldə olunmasına və firavan gələcəyin təmin edilməsinə kömək edə bilər. Bununla yanaşı, səfir E. Süleymanov məqaləsində kompromislərdən söz açarkən hər bir tərəfin yaşamaq və ləyaqət haqqının tanınması vacib olduğunu vurğulayır. Azərbaycan işğal olunmuş ərazilərində yaşayan bütün vətəndaşların, o cümlədən ermənilərin dini və etnik mənsubiyyətinə baxmayaraq, bərabər hüquqlarını tanıyır. Digər tərəfdən isə öz aqressiv siyasətini iki onillik müddətində həyata keçirdikdən sonra belə Ermənistan dar və sadə bir etnik mənzərə anlayışından kənar bir şey nümayiş etdirmədiyi qeyd olunur. Bu mənada Ermənistan tərəfindən edilən hərəkətlər sözlərdən daha çox səslənir. Bu baş verənlər ictimai məyusluğun təşviqinə səbəb olur və Azərbaycan rəhbərliyi bundan xəbərdardır. Həmçinin erməni liderləri və beynəlxalq vasitəçilər də bundan xəbərdar olmalıdırlar. Buna görə də danışıqlarda müəyyən irəliləyiş əldə olunmazsa bu məyusluq artacaq və eyni zamanda Ermənistanın inkişafı münaqişənin nə qədər tez həll olunmağından asılıdır. Qarabağ Azərbaycan kimliyinin ayrılmaz hissəsi və ən acı səhifələrindən biridir. Səfir vurğulayır ki, Kəlbəcər onun özünün şəxsi kimliyinin bir hissəsidir. Bu da regionumuzun reallığıdır.

Səfir 2003-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının ilk qətnamənin qəbul olunmasının onuncu ildönümü ilə bağlı yazısında işğal olunmuş Kəlbəcər rayonunu Amerikanın Böyük Kanyon dağlarına (Grand Canyon) bənzədib. Bununla, səfir qeyd edir ki, on beş ildən sonra Amerikanın ən möhtəşəm kanyonlardan birinə yaxın olacağına və bu vaxtadək hələ də Kəlbəcərin dağıdıcı işğalının son verilməsi üçün heç bir irəliləyişin olmayacağını təsvir etmək olmazdı. Uşaqlıqdan Kəlbəcəri tanıdığını xatırlayan səfir bu torpağın atasının dağlarının bir hissəsi (part of my father’s mountains) olmaqda davam etdiyini və bunun həmişə belə qalacağını qeyd edir. Qarabağ və onun ətrafındakı rayonlara sıx bağlılığı olan azərbaycanlıların sayı ermənilərdən daha çoxdur. Kimsə inanırsa ki, insanlar öz doğma evlərinin harda yerləşdiyini unudacaq, bu, səhvdir. Bir çox ermənilər Qarabağı öz evləri hesab edirlər, lakin erməni işğalı altında olan bu torpaqlar Azərbaycanlılara qarşı etnik təmizlənmə nəticəsdində boşdur və orada heç kim yaşamır. Köçkünlər öz evlərindən həmişə uzaqda saxlanıla bilməzlər. Hər iki icma birlikdə yaşamağı öyrənməli və buna görə ermənilər üçün ilk addım öz torpaqlarından zorla çıxarılmış insan sayının mücərrəd olmayan bir statistikanın olmasını anlamaqdır.




Baxış sayı: 1 714
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30