FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Dağlıq Qarabağ münaqişəsində Amerikanın ikili standartı
20-03-2018, 11:10 | TƏDQİQATLAR-ANALITIKA
Dağlıq Qarabağ münaqişəsində Amerikanın ikili standartı

Amerika Prezidenti Donald Trampın prezidentlik kampaniyasının ən vacib vədlərindən biri, bütün maraq qrupları və lobbiçilərin ABŞ-ın milli mənafelərinə zərər verməsinə son qoymaq və Amerika xalqının maraqlarına uyğun "Amerika Birinci" siyasətini davam etdirmək idi.

Məlumdur ki, ABŞ-ın müttəfiqi olmayan dövlətlərin adından çıxış edən qruplar vardır ki, onlar Amerikanın mənafeyinə yox, öz millətinin mənafeyinə cavab verən siyasət yürütməyə meyillidirlər. Bunun açıq-aydın bir nümunəsi isə martın 14-də ABŞ-da erməni diasporunun təşkil etdiyi separatçı "Dağlıq Qarabağ Respublikası"nın sözdə özünü prezidenti elan etmiş Bako Sahakyanın Birləşmiş Ştatlara səfərinin təşviqidir. Bu hadisə artıq mənfi nəticə göstərmişdir və bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ tərəfinə etiraz notası təqdim etmişdir.

Bako Sahakyan 1988-1994-cü illərdə Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Dağlıq Qarabağ bölgəsini (həmçinin yeddi ətraf rayonu) "təmsil edir". Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin "dövlətçiliyini" heç bir beynəlxalq aktyor, hətta Ermənistan tərəfi də tanınmır. Dağlıq Qarabağ bölgəsinin 1988-1992-ci illərdə həm Ermənistan, həm də Qarabağ erməniləri tərəfindən referendum yolu ilə – orada yaşayan Azərbaycan əhalisinin iştirakı olmadan – Azərbaycandan birtərəfli institusional ayrılması Ermənistanla "yenidən birləşmə" və "öz müqəddəratını təyin etmə" şüarı altında həyata keçirildi. Bu, Azərbaycan tərəfindən rədd edildi; Sovet İttifaqının Ali Soveti isə Azərbaycanın razılığı olmadan təklif olunan birləşmə və ayrılmaya icazə vermədi.

BMT Təhlükəsizlik Şurasının (822, 853, 874, 884) və Baş Assambleyasının qətnamələri – Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair öhdəliklərlə yanaşı, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün gücün istifadəsinin yolverilməzliyini ifadə edir. Həmin qətnamələr Azərbaycanın ərazilərinin işğalını pisləyir və Ermənistan silahlı qüvvələrinin oradan tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrdən heç birini yerinə yetirməyib və buna görə də, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə (Maddə 41) uyğun olaraq Ermənistanı blokadaya alıb.

Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan hərbi yolla ayırmaq cəhdləri "öz müqəddəratını təyin etmək" hüququ ilə bağlı beynəlxalq standartlara cavab vermir. Azərbaycan dəfələrlə bildirib ki, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq ümummilli referendum yolu ilə həll oluna bilər. Son bir neçə on il ərzində Ermənistan işğal olunmuş ərazilərdə hərbi quruculuğunu (qeyri-rəsmi silahlanma texnikasının və hərbi personalın orada yerləşdirilməsi) və qeyri-qanuni iqtisadi fəaliyyətlərini davam etdirmişdir. Ermənistan 2016-cı ilin aprel döyüşlərini "Azərbaycanın hərbi təcavüzü" kimi təsvir etməyə çalışsa da, bu sadəcə Azərbaycan ordusunun təmas xəttində Ermənistan silahlı qüvvələrinin böyük hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyat idi ki, bu da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təkrarən qeyd edilmişdir. Ermənistan Azərbaycanın ərazilərini işğal etmədiyini və işğal etdiyi ərazilərdə silahlı qüvvələrə malik olmadığını iddia etsə də, 2016-cə il Aprel döyüşləri əsnasında erməni tərəfindən öldürülən əsgərlərin və zabitlərin əksəriyyəti Ermənistan Respublikasının vətəndaşı idi.

Qərb müşahidəçilərinin və mütəxəssislərinin əsas vəzifələrindən və əxlaqi öhdəliklərindən biri də Ermənistan tərəfinin milliyyətçi ideya və hər cür zorakılığa haqq qazandıran iddialarına (hansı ki, münaqişənin həllinə kömək etmir) çox diqqətli yanaşmalıdır. Əslində, münaqişə Ermənistanın tarixi və təsviri iddialarına görə yox, beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll edilməlidir. Müasir beynəlxalq hüquq BMT Nizamnaməsi ilə şərtlənən sistemə əsaslanır və güc tətbiq etməklə dövlət sərhədlərinin pozulmasına qarşı çıxır. Buna görə də, mövcud beynəlxalq sistem beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq tənzimlənməlidir, əks halda, sistem nizamın pozulmasına və xaosa gətirə bilər. Belə bir kiçik region tarixi münaqişələr və ərazi iddiaları ilə dolu olduğundan, beynəlxalq hüququn pozulması və bu mənada ikili standartların yaranması gələcəkdə mənfi və qanlı presedentlərə səbəb ola bilər. ABŞ-ın Ermənistandakı sabiq səfiri John Evans, əvvəlki məqaləsində hər hansı bir qədim tarixi hadisəyə toxunmazdan əvvəl, Dağlıq Qarabağın Stalin tərəfindən Azərbaycana verilməsi (transferred) və bəxş edilməsi (awarded) ilə bağlı ermənilərin məşhur iddialarını diqqətlə tədqiq etməlidir. Bu iddiaların heç bir tarixi əsası yoxdur və istifadə olunan terminlərin rus dilindən ingilis dilinə tərcüməsinin qəsdən təhrif olunmasına səbəb olur. Tarixi sənədlər göstərir ki, Azərbaycan ərazisində avtonom Dağlıq Qarabağın yaradılması ilk növbədə 1920-ci ildə Kommunist Partiyasının Politbüro üzvü G.K. (Sergo) Orconikidze tərəfindən İ.Stalin və Çiçerinə göndərilən teleqramda irəli sürülmüşdür. Bundan əlavə, həmin dövrdə bütün tarixi əlamətdar sənədlər Dağlıq Qarabağ üzərində olan mübahisəni, ermənilərin iddia etdiyi kimi, "передать – ötürmək, mükafatlandırmaq" olaraq deyil, Azərbaycan daxilində "оставить – saxlamaq" termini ilə ifadə etmişdir. Rus tarixi və rus dili üzrə ekspert olan amerikalı sabiq səfir ingilis dilindəki "vermək/allocate" və rus dilindəki "saxlamaq/оставить" felləri arasındakı fərqi çox yaxşı başa düşür və bu faktları yoxlamaq üçün bütün imkanlara malikdir.

Donald Tramp Ağ Evə gəldikdən sonra, ölkə rəhbərliyinin işçilərinin ABŞ-a qarşı xarici hökumət adından lobbiçiliyini qadağan edən bir fərman imzalamışdı. Erməni lobbisinin fəaliyyəti hər kəsə məlum bir faktdır və ABŞ-ın xarici siyasətinə təsiri həmişə böyük olmuşdur. Erməni diasporu həmişə Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "ermənipərəst" mövqe nümayiş etdirməsi ümidi ilə ABŞ xarici siyasətinə təsir etməyə cəhd etmişdir. ABŞ-da erməni lobbisinin əhəmiyyətli "nailiyyətlərindən" biri ABŞ-ın Azərbaycana yardımını donduran "Azadlığa Dəstək Qanunu"nun 907-ci maddəsinin qəbul edilməsi və saxlanması olmuşdur. Hər iki əvvəlki Demokratlar və Respublikaçılar 907-ci maddənin ABŞ-ın milli maraqları üçün mənfi təsirini başa düşdüyünə görə və onu aradan qaldırmağa çalışmalarına baxmayaraq, güclü erməni lobbisi bütün cəhdlərə buna müqavimət göstərmişdir. Yəni, erməni diasporunun maliyyə və siyasi vasitələrlə lobbiçiliyinin ABŞ-ın Cənubi Qafqaz siyasətinə mənfi təsir göstərməsini əvvəlki administrasiyaların rəsmiləri də səsləndirmişdir. Çünki ABŞ indiyədək Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstəkləmişdir. Azərbaycan dünyəvi bir müsəlman ölkə kimi həmişə ABŞ-ı beynəlxalq terrorizmlə mübarizədə və ABŞ-ın Əfqanıstandakı missiyasını dəstəkləyən etibarlı tərəfdaş olmuşdur. Azərbaycan beynəlxalq danışıqlar, o cümlədən Rusiya və ABŞ hərbi rəhbərlərinin dialoqu üçün etibarlı platformaya çevrilmişdir. Bundan əlavə, Azərbaycanın ABŞ-ın avropalı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfə verməsindəki rolu da müzakirəsiz bir reallıqdır.

Təəssüfedicidir ki, Gürcüstan, Ukrayna və Moldovanın işğal olunmuş və separatçı ərazilərindən separatçı liderlərin ABŞ və Avropaya daxil olmasına qadağa qoyulduğu halda, Azərbaycanın işğal olunmuş ərazilərindənolan sözdə "vəzifəli şəxslər" həm Avropa, həm də ABŞ-a azad şəkildə səyahət edə bilərlər. Bu isə Azərbaycana qarşı ikili standartların olması deməkdir. Buna görə Vaşinqtonda Bako Sahakyanın qəbul edilməsi ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı yanaşmasına və eləcə də ABŞ-Azərbaycan arasındakı dostluq münasibətlərinə ciddi zərbə vurur.

Newtimes.az Fərhad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru




Baxış sayı: 1 774
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30