Türkiyənin gələcək inkişafı, o cümlədən Cümhuriyyətin ikinci yüzillik üçün elan edilmiş məqsədlərinin həyata keçirilməsi terrorizmin kökünün kəsilməsi ilə qırılmaz şəkildə bağlıdır.
Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iyulun 25-də Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Qaziantep vilayətində bildirib.
Nazir PKK terror təşkilatının tərk-silah edilməsi və özünü ləğvi prosesinin uğurla başa çatdırılmasının vacibliyini vurğulayıb. “Terror probleminin ölkəmizin gündəmindən tamamilə çıxarılması Türkiyənin dünyanın ən güclü dövlətlərindən biri olmaq yolunda uğurla inkişaf etməsinə şərait yaradacaq, gənclərimiz gələcəyə daha inamla baxa biləcəklər”, -deyə Tunç bildirib.
Bu kontekstdə hakim Ədalət və İnkişaf Partiyası PKK probleminin yekun həlli naminə səyləri birləşdirməyə çağırıb.
Eyni zamanda, Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” adlı komissiyanın yaradılması təşəbbüsünün müzakirəsi davam edir. Komissiyaya parlamentdə təmsil olunan aparıcı siyasi partiyaların nümayəndələrinin daxil olacağı gözlənilir.
Baxış sayı: 70
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
