Türkiyə Rusiya və Ukrayna arasındakı danışıqların 3-cü raundunun nəticələrinin konstruktiv olacağını və dialoqun davam edəcəyini gözləyir.
Fact-info.az “Report” a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası məlumat yayıb.
"Prezidentin (Ərdoğan - red.) sülh prosesində uduzan tərəf olmayacağı ilə bağlı bəyanatını xatırlatmaq istərdim. Biz nəyə ümid edirik? Atəşkəsə və regionda sülhə... Düşünürəm ki, bütün dünya bunu gözləyir", - Türkiyə liderinin nümayəndələri bildirib.
Qeyd olunur ki, Türkiyə tərəfi də öz növbəsində ikitərəfli danışıqların təhlükəsizliyini təmin etməyə hazırdır.
Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski İstanbuldakı danışıqların iyulun 23-də baş tutacağını bildirib. Ardınca TASS agentliyinin mənbələri Rusiya və Ukrayna nümayəndə heyətlərinin iyulun 24-də görüşəcəyini bildirib. Bu gün agentlik görüşün çərşənbə günü saat 20:00-da baş tuta biləcəyini bildirib. Danışıqların dəqiq tarixi rəsmi olaraq açıqlanmayıb.
Bundan əvvəl Rusiya və Ukrayna arasında birbaşa danışıqların iki raundu İstanbulda keçirilib. Həmin görüşlər əsirlərin mübadiləsi ilə nəticələnib. Bundan əlavə, tərəflər münaqişənin həllinə dair memorandum layihələri ilə bağlı mübadilə aparıblar.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
