FACT-INFO.AZ » AKTUAL » Əcnəbi media III Şuşa Qlobal Media Forumunundan yazıb
24-07-2025, 08:30 | AKTUAL / MEDİA
Əcnəbi media III Şuşa Qlobal Media Forumunundan yazıb

İtaliyanın mətbu orqanları “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumuna geniş yer ayırıb.

Fact-info.az xəbər verir ki, “Giornale Diplomatico” portalının yaydığı materialda Azərbaycanın - Xankəndinin əlamətdar hadisəyə şahidlik etdiyi, qlobal gündəmi müəyyənləşdirən və beynəlxalq müstəvidə informasiya yayan media nümayəndələrinin artıq üçüncü dəfə Qarabağa toplaşdığı bildirilir.

Vurğulanır ki, bu tarixi hadisənin təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevin əsas məqsədi qlobal informasiya bazarına nəzarət edən 52 ölkədən 80-dək media qurumu və 30-dək informasiya agentliyi vasitəsilə yeni Azərbaycanı dünyaya tanıtmaq idi. Şuşa Forumunun ilkin nəticələri və onun qısa müddətdə beynəlxalq mediada yaratdığı təəssürat onu göstərdi ki, tədbirdə səslənən bəyanatlar və fikirlər bir çox ölkələrdə ictimai rəydə ciddi rezonans doğurub. Çoxları üçün bu hadisə motivasiya nümunəsi, yeni fəaliyyət və mübarizə mexanizmlərinin inkişafı üçün əsas olub.

Yazıda Prezident İlham Əliyevin Xankəndidə Forumun iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərə geniş yer verilib.

“Kmetro0” portalının yaydığı materialda isə Prezident İlham Əliyevin həmişə olduğu kimi bu fürsətdən də istifadə edərək tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanı dünyaya tanıtdığı vurğulanır. Diqqətə çatdırılır ki, dövlətimizin başçısı ölkəmizin fəaliyyətini, qələbələrini, uğurlu modellərini Azərbaycan xalqının potensialının nümunələri kimi təqdim edib, məlum uğur hekayələrindən danışıb.

Vurğulanır ki, III Şuşa Qlobal Media Forumu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunsa da, Prezident İlham Əliyev tədbiri elə ilk cümləsindən daha geniş qlobal problemlərin müzakirəsi platformasına çevirib. Prezidentin fikirləri Azərbaycanın müstəqillik tarixinin bütün dövrlərini və onun siyasi-ictimai sistemini, o cümlədən ölkənin Qələbəsindən sonra seçdiyi yeni yolun mahiyyətini əks etdirən rəhbər konsepsiyadır. Prezident İlham Əliyev öz fəaliyyətini, məqsədlərini və baxışlarını dünyanın müxtəlif ölkələrindən olan media mütəxəssisləri ilə bölüşüb, Azərbaycana yeni baxışını təqdim edib.

Qeyd olunur ki, Forum zamanı Prezident İlham Əliyev ölkənin yaşıl gündəliyindən tutmuş qlobal iqlim dəyişikliyinə, ikitərəfli əməkdaşlıqdan beynəlxalq tərəfdaşlığa, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasından Qafqazda sülhün və tərəqqinin təmin edilməsinə, Azərbaycanın yerli inkişaf təcrübəsinin qlobal artıma verdiyi töhfələrdən, Zəngəzur və Orta dəhlizlərdən tutmuş yeni Avrasiya logistika layihələrinə, qitənin enerji təhlükəsizliyindən bəşəriyyəti təhdid edən müharibələrə, Ermənistanla sülh danışıqlarından tutmuş neokolonializmlə mübarizəyə, ABŞ-dan Çinə, Rusiyadan Latın Amerikasına, Avropa İttifaqından İslam Əməkdaşlıq Təşkilatına qədər bir çox mövzularda qəti mövqelərini ifadə edib.

Materialda, həmçinin Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən jurnalistlərin suallarını cavablandırdığı, media nümayəndələrinin Ağdam, Laçın və Xocalıya səfər etdikləri bildirilir.




Baxış sayı: 150
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30