FACT-INFO.AZ » XƏBƏR » Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar
21-07-2025, 18:30 | XƏBƏR
Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları bu gün Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar.

Fact-info.az xəbər verir ki, əvvəlcə qonaqlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baş çəkiblər. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Qonaqlar, həmçinin Xan qızı bulağını da ziyarət ediblər. Məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Daha sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, xatirə fotoları çəkdiriblər.

Daha sonra nümayəndələr Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.

Sonda Forum iştirakçıları Şuşa şəhərinin ən qədim məscidi olan Yuxarı Gövhər Ağa məscidinə baş çəkiblər. Onlara məlumat verilib ki, məscid onu inşa etdirən III Qarabağ xanı Mehdiqulu xanın bacısı məşhur şair və rəssam Gövhərnisə bəyimin şərəfinə adlandırılıb. Məscid eyni yerdə dörd dəfə təkrar inşa edilib. İlk məscid I Qarabağ xanı Pənahəli xanın təşəbbüsü ilə 1750-ci illərin əvvəllərində Şuşa qalası ilə eyni vaxtda qamışdan tikilib. 1768-1769-cu illərdə İbrahimxəlil xan qamış məscidi sökdürərək onun yerində daşdan yeni məscid tikdirib. Qarabağda və bütün Cənubi Qafqazda məşhur xeyriyyəçi kimi tanınan Gövhər ağa isə iki dəfə həmin məscidin tikintisi ilə məşğul olub. Əvvəlcə XIX əsrin birinci yarısında onun şəxsi vəsaiti hesabına İbrahimxəlil xanın tikdirdiyi məscidin yerində Şuşanın ilk qoşa minarəli məscidi inşa edilib. 1883-cü ildə isə yenə də Gövhər ağanın ayırdığı maddi vəsaitlə həmin məscidin yerində 4-cü dəfə, sonuncu və bu günə qədər gəlib çatan qoşa minarəli Cümə məscidi tikilib. Sonuncu mərhələdə məscidin memarı Qarabağda bir çox tarixi abidələrin müəllifi olan Kərbəlayi Səfixan Qarabaği olub. Minarələrin bəzəyi və məscidin mədrəsəsinin ikinci mərtəbəsindəki otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvabın əl işləridir.

Qonaqların diqqətinə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşanın işğalı zamanı və ondan sonra Yuxarı Gövhər Ağa məscidini vandalcasına dağıtmışdılar. Məscidin interyeri tamamilə dağıdılmış, fasadına ciddi ziyan dəymiş, minarələr zədələnmiş, minbər hissələri uçurulmuşdu.

Vətən müharibəsi nəticəsində Şuşanın azad olunmasından sonra məscid yenidən təmir və bərpa edilib. 2023-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə məscidin açılışı olub. Hazırda öz təyinatı üzrə fəaliyyət göstərən Yuxarı Gövhər Ağa məscidi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Forum iştirakçıları Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.




Baxış sayı: 240
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30