FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Milli münasibətlərin kəskinləşməsi şəraitində KİV-in fəaliyyəti
7-02-2018, 11:00 | TƏDQİQATLAR-ANALITIKA
Milli münasibətlərin kəskinləşməsi şəraitində KİV-in fəaliyyəti

Ölkənin o vaxtkı rəhbəri M.S.Qorbaçov vəziyyəti belə təsvir edirdi: "İdeya sərvətləri və mənəvi sərvətlər sakit-sakit, bir növ nəzərə çarpmadan oyulmağa başladı. Artım surətinin xeyli aşağı düşməsini, keyfiyyət göstəricilərinin bütün kompleksinin pisləşdiyini, elmi-texniki yeniliklərin qavranılmadığını, ərzaq, mənzil, geniş istehlak malları və xidmətlər sarıdan çətinlikləri hamı görürdü".

Yenidənqurma sovet imperiyasını böhrandan xilas etməyə hesablansa da, onu xilas edə bilmədi, ömrünü başa vurmuş, düzgün nə varsa hamısını sındırdı. Bu uğursuzluğun bir səbəbi də təkpartiyalı sistem, həm də partiya amirliyi idi. Mühafizəkarlarla islahatçılar arasında gedən mübarizə də islahatlar aparmağa imkan vermirdi. Kommunist Partiyası uğursuzluqların səbəbini yerli orqanlarda axtarırdı.

Belə bir şəraitdə çoxmillətli dövlət olan SSRİ-də yaşayan xalqlar yenidənqurmadan istifadə edərək narazılıqlarını dilə gətirirdilər. Müttəfiq respublikalar vəziyyətdən istifadə edib özlərinin problemlərini həll etməyə çalışırdılar. Yuxarıların amorf vəziyyətindən yararlanıb özlərinin arzularına, istəklərinə calışan xalqlar narazılıqlarını bildirirdilər.

Amerika başda olmaqla, Qərb dünyası SSRİ-də baş qaldıran millətlərarası münasibətlərdən yararlanmağa çalışırdı. Odur ki, siyasətçilər hadisələri diqqətlə izləyir, mətbuatda onlara münasibət bildirir, şərhlər verirdilər. Amerika politoloqu, Dövlət Departamentinin keçmiş yüksək rütbəli əməkdaşı Frensis Fukuyama 1989-cu ildə yazdığı "Tarixin sonu" essesinda yazır ki, "... ölkədə faktiki heç kim marksizm-leninizmə artıq inanmır ... onun bayrağı altında adamları daha yaxşı işləməyə məcbur etmək mümkün deyildir".

SSRİ-də gedən proseslər ermənilərin əl-qolunu açdı, məkrli planlarını həyata keçirməyə çalışdılar. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdü. Moskvanın bir sıra kütləvi informasiya vasitələri ermənilərin haqsız tələblərinə dəstək verərək, onları daha da qızışdırırdı. Bu yazıların, televerilişlərin bəzilərində ermənipərəst mövqe açıq-aşkar bilinirdi, bəzilərində isə sətiraltı ifadələrlə mövqelərini gizlətmirdilər. SSRİ Dövlət Televiziyasının siyasi icmalçısı Henrix Borovikin hazırladığı "Mövqe" verilişində milli zəmində olan konfliktlər barədə məlumat verilirdi. Səbrsizliklə gözlədiyimiz bu verilişdə bir dəfə də olsun ermənilər günahkar kimi təsvir olunmurdu. Əksinə, Qarabağda vuruşan erməniləri "özünü müdafiə dəstələri" kimi təqdim edir, onları "əzabkeş" adlandırırdı.

Erməni müəllifləri Rusiyanın mərkəzi nəşrlərində əleyhimizə yazılmış yazıların çapına nail olurdular. O dövrün "Pravda" və "İzvestiya" qəzetlərində dərc olunmuş məqalələrin bir çoxunda Qarabağ hadisələri birtərəfli işıqlandırılır, millətlərarası münasibətlərin mahiyyəti və səbəbləri göstərilmirdi. Məsələn, "Pravda" qəzeti (1988, 2 noyabr) yazırdı: "Ölkə boyu səfərimdə mən heç yerdə Dağlıq Qarabağda olduğu kimi baxımsızlıqla, insanların taleyinə etinasızlıqla rastlaşmamışam". Sovet oxucularına təqdim olunan bu ağ yalanla, "baxımsızlıqla" bir qarabağlı kimi heç cürə razılaşa bilmirəm. Ona görə ki, mən o yerləri çox yaxşı tanıyıram, vilayətin sosial inkişafının Azərbaycanın bir çox bölgələrindən yaxşı olduğunun şahidiyəm. Yeri gəlmişkən, onu da qeyd edək ki, tək-tək olsa da vicdanını itirməyən, haqqı-ədaləti müdafiə edən bəzi rus jurnalistlərinin yazılarına da rast gəlmək olar. Rusiyanın "Moskovski komsomolets" (1994, 29 yanvar) qəzetində getmiş yazını ürək ağrısı ilə oxuculara təqdim edirəm: "Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar.

Qışın şaxtasında onları sübh tezdən yalınayaq qarın - buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə sındırırlar ... Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı". Xalqımıza qarşı yönəldilmiş Xocalı soyqırımı qəddarlığı ilə tarixdə bir vəhşilik aktıdır. Bu vəhşilik ermənilərin müsəlmanlara, xüsusilə də türk dünyasına olan nifrətdən irəli gəlir.

Millətlərarası münasibətlərin kəskinləşməsi, milli qarşıdurmalar yenidənqurma və aşkarlıq şəraitində baş verirdi. Ermənistanın yaradıcı ziyalılarının böyük bir hissəsi Qarabağ problemini şişirdərək bütün dünyaya çatdırmaq üçün dəridən-qabıqdan çıxırdılar.

S.Kaputikyanın "Xəritənin və qəlbin meridianları", M.Şaginyanın "Tarixdə mühüm tarix", S.Ayvazyanın "Erməni taleyi", Z.Balayanın "Ocaq" və s. əsərlərində erməni xalqının digər xalqlardan üstün olması təbliğ edilirdi. "Ocaq"la kifayətlənməyən Z.Balayan 1996-cı ildə "Vanadzov" nəşriyyatında çapdan çıxmış "Ruhumuzun dirçəlisi" adlı kitabında Qarabağda törətdikləri vəhşilikləri fəxrlə qələmə almışdı. Bu üzdəniraq ziyalılar öz qızışdırıcı çıxışları ilə kütləni yolundan çıxarır, vilayətdə bilərəkdən idarəolunmaz vəziyyət yaradırdılar. 1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçıları olan ermənilər, 1989-cu ilin sentyabrında Yerevanda konfrans təşkil etmiş və onun materialları əsasında bir çox xalqların dillərində, o cümlədən, rus dilində 50 min tirajla "Sumqayıt ... Genosid ... Qlasnost ..." adlı kitab çap edərək dünyaya yaymışlar. Hadisələrdən sonra M.S.Qorbaçov demişdir ki, "Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib". Onun hadisəyə münasibəti bir daha onu göstərir ki, bu aksiya əvvəldən planlaşdırılmışdı. Belə münasibət hadisənin ört-basdır edilməsilə nəticələndi.

Keçən əsrin 90-cı illərinin sonunda Azərbaycanın kütləvi informasiya vasitələrində məzmun dəyişikliyi hiss olunmaqda idi. Bu məzmun dəyişikliyi əsasən "Molodyoj Azerbaydjana", "Elm", "Odlar yurdu" və s. qəzetlərdə daha aydın hiss olunurdu.

SSRİ dağıldıqdan sonra, demək olar ki, yeni yaranan müstəqil respublikalarda, o cümlədən, Azərbaycanda milli özünüdərk prosesləri özünü büruzə verirdi. Qısa müddətdə respublikada azad fikirli jurnalistlər yetişdi ki, onlar da azad, müstəqil mətbuatın formalaşmasında yaxından iştirak edirdi. Yeni yaranan mətbu orqanlarda Ermənistan və Dağlıq Qarabağdan qovulmuş soydaşlarımızın acı taleyi ziyalıların məqalələrində öz əksini tapırdı. Azərbaycan ziyalıları - İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə və digərləri mətbuatda dərc etdikləri məqalələrdə respublikadakı siyasi durumdan Azərbaycanın gələcəyindən narahatlıq hiss olunur və xalqı birliyə səsləyirdilər. İsmayıl Şıxlı "Yurdumuzun sabahını düşünək" ("Azərbaycan" qəzeti, 1989, 1 oktyabr) sərlovhəli məqalədə yazırdı: "Gəlin elimizin, obamızın, balalarımızın sabahını düşünək. Əgər biz hər şeyi başa düşsək, əl-ələ versək, məğlub olmarıq. Xalq bunu bizdən tələb edir".

Azərbaycanda nəşr olunan qəzet və jurnallar milli münasibətlərin kəskinləşməməsi üçün məqalələr dərc etsə də, ermənilər bunun əksinə olaraq, hər cür yalanlara əl atır, biz azərbaycanlıları "vəhşi", "qəddar" xalq kimi qələmə verirdilər. Bakıda yaşayan qatı millətçi ermənilər öz xalqını inandırmağa çalışırdılar ki, Qarabağ Ermənistana veriləcək, odur ki, axıra kimi mübarizə aparmaq lazımdır. Onlar 1989-cu ilin sentyabrında Bakı ermənilərinə aşağıdakı məzmunda vərəqələr yayırdı: "Bakı ermənilərinə! Ermənilər! Qorbaçov sözdə bizə qarşı, əməldə isə bizimlədir. O, zahirdə bizim düşmənimiz, batildə isə dostumuzdur. Mənzillərinizi tərk etməyin, qoy müsəlmanlar nümayişə çıxsın. Bakıda və Ağdamda olduğu kimi hərbi vəziyyət olmalıdır, konstitusiyanın dəyişdirilməsi Qarabağı bizə verəcək". (Bu vərəqə "Meydan" haqqında toplanmış istintaq materiallarından götürülmüşdür).

"Böyük Ermənistan" ideyası ilə yaşayan və bu xəstəliyə tutulan bədnam qonşumuz planlı təxribatlarından əl çəkmir. Xarici ölkələrdəki erməni diasporu Qarabağ ermənilərinə maliyyə yardımı göstərir, onları bu mübarizədə axıra kimi dayanmağı vacib bilir. Erməni diasporu həm də ona çalışır ki, bizim haqq səsimiz dünya əhalisinə çatmasın. Xarici ölkələrdə bizə qarşı keçirilən mitinqlər təşkil edirdilər. İndi də bu əməllərindən əl çəkmirlər.

Dağlıq Qarabağ hadisələri dünya mətbuatının tez-tez müraciət etdiyi mövzudur. Hadisələrin yeni başlayan ərəfəsində xarici ölkələrin bəzi alimləri mətbuatda çıxış edərək kimin haqlı, kimin haqsız olduğunu göstərirdi. Məsələn, Amerikanın Konnitikut Universitetinin professoru Odri Altstadt "Mərkəzi Asiya" jurnalında "Dağlıq Qarabağ Azərbaycan SSRİ-də nifaq mərkəzidir" məqalə ilə çıxış edərək yazırdı ki, DQMB-nin mövcudluğu Azərbaycanın tərkibində ermənilərin hüquqlarını təmin edir. Ermənistanda yaşayan azərbaycanlıların hüquqi isə təmin edilmir. Əslində Ermənistanda yaşayan azərbaycanlıların torpağı tarixən onların öz qanuni torpağıdır və onlar bir sahib kimi öz "erməni qonaqlarına" yaxşı münasibət göstərmişlər. Lakin Azərbaycanın Zəngəzuru ermənilərə, Qazax rayonunun bir hissəsi isə Gürcüstana verilmişdir. Məqalənin son cümləsi xəbərdarlıqla yekunlaşır: "Azərbaycanlılar bu fikirdədir ki, belə daimi "torpaq qoparma" Azərbaycanın sonradan dağılmasına gətirib çıxara bilər".

Məqalənin yazılışından 30 il kecib. Nə dəyişib? Dəyişən odur ki, 20 faiz torpaqlarımızı itirmişik. Artiq münaqişəni həll etməli olan ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç kim inanmır. İndiyədək aparılan danışıqların nəticəsi olmayıb. Bu da ondan irəli gəlir ki, Ermənistana Minsk qrupuna daxil olan ölkələr dəstək göstərir. Ermənistan prezidenti Serj Sarkisyan açıq elan edir ki, Dağlıq Qarabağdan çıxmayacağıq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil mesajını verməklə, bir daha erməniyə olan sevgisini gizlətmir. Bəs çıxış yolu yoxdurmu? Var. Ümid qalır Azərbaycan əsgərinə. Şimal ayısını neytrallaşdırıb işğal olunmuş torpaqlarımızı azad edə bilərik. Və etməliyik, yoxsa gələcək nəsil bizi lənətləyəcək.

Çox millətli olan Azərbaycanda bütün etnik qrup və dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Di gəl, gözü götürməyən qüvvələr sabitliyi pozmağa çalışırlar. 2017-ci ilin noyabr ayında Brüsseldə "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir" mövzusunda Beynəlxalq Forumda iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq separatizm məsələsini qaldırıb. O, çıxışında deyib: "Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münasibətlərin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir".

Akif RÜSTƏMOV BDU-nun dosenti




Baxış sayı: 1 941
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir Bu gün, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir Bu gün, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? Bu gün, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb Bu gün, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür Bu gün, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük Bu gün, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır Bu gün, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu Dünən, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər Dünən, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media Dünən, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb Dünən, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Dünən, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb Dünən, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz Dünən, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Dünən, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Dünən, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Dünən, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı 10-08-2026, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib 10-08-2026, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb 10-08-2026, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub 10-08-2026, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur 10-08-2026, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 10-08-2026, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır 10-08-2026, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur 10-08-2026, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir 10-08-2026, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir 10-08-2026, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir 9-08-2026, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu 9-08-2026, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb 9-08-2026, 07:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31