FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Hər üç vətəndaşından biri yoxsul olan Ermənistan
16-01-2018, 10:15 | TƏDQİQATLAR-ANALITIKA
Hər üç vətəndaşından biri yoxsul olan Ermənistan

Ötən ildə Ermənistanın ÜDM-i 10 milyard 547 milyon dollar olub. Ermənistan Dövlət Statistika Xidmətinin mlumatına görə 2017-ci ilin may ayına görə dövlət borcu 6 milyard 95 milyon dollardır. Bu rəqəmin 4 milyard 373.3 milyonu xarici borcun, 1 milyard 170.6 milyonu daxili borcun payına düşür. "Transparency International”ın korrupsiya reytinqinə görə 2016-cı ildə Ermənistan 33 balla 113-cü yerdədir. [i]

Ermənistan Dövlət Statistika Xidmətinin Sədrinin məsləhətçisi Diana Martirosyan 5 dekabr 2017-ci ildə mətbuata verdiyi açıqlamada qeyd edir ki, ölkə vətəndaşlarının hər üç nəfərdən biri yoxsuldur. Buna görə kasıblar ölkə əhalisinin 29.4 faizini təşkil edir ki, onlardan 1.8 faizi çox yoxul, 8 faizi olduqca olduqca yoxsuldur. Ölkə üzrə yoxulların sayı isə təxminən 800 min nəfərdir. Yoxsullar nəzərdə tutulan 40.867 dramdan (99.7 dollar) az pul xərcləyirlər. Yoxsulluq əmaslı ayda 40 867 dramdan (85 dollar) az xərcləyən vətəndaşlara aiddir. Ayda 33 418 dramdan (69 dollar) az gəliri olanlar çox yoxsul, 23 313 dramdan (48 dollar) az gəliri olanlar səfalət içində yaşayanlar hesab edilir. Maraqlıdır ki, Ermənistan hələ də 2009-cu ilə - iqtisadi böhranından əvvəlki yoxulluq həddinə enməyib. Belə ki, 2008-ci ildə yoxsullar əhalinin 27.6 faiz təşkil edirdi. Bir başqa əhəmiyyətli göstərici də bölgələr arasında yoxsulluq həddinin qeyri-bərabər paylaşımıdır. İrəvanda yoxsulluq həddi 24.9 faizdirsə, digər bölgələrdə bu fərq 33.2 faizə qədər yüksəlir.

Yoxsulluğun qarşısının alınması üçün 63.2 milyard dram (130.3 milyon dollar) lazımdır ki, bu da ÜDM-in 1.2 faizini təşkil edir və Ermənistan kimi bir dövlət üçün olduqca böyük rəqəmdir. Çox yoxsul olanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün 1.4 milyard dram-ÜDM-in 0.03 faizi lazımdır. [ii] Ermənistanın 2014-2025-ci illər üçün Strateji inkişaf perspektivi proqramında hökumət yoxsulluq həddini 24 faizə endirməyi planlaşdırsa da, mövcud iqtisadi göstəricilər bunun mümkün olmayacağını deyir.

Dünya Bankının iqtisadçısı Morits Meyer Ermənistanda yoxsulluq həddinin azaldılması üçün iqtisadi inkişafın təmin edilməsini, xaricdə, xüsusilə Rusiyadakı erməni qastrbayterlərin ölkələrinə pul tarnsferinin artmasını şərt olaraq görür. 2018-ci ilin dövlət büdcəsini dəyərləndirən "ELK-Çıxış” müxalifət fraksiyasının nümayəndəsi Nikol Paşinyan isə son üç ildə pensiya və sosial təminat xərclərinin artırılmadığını, 2017-ci ildə infilyasiyanın 2.7 faiz olduğunu, 2018-ci ildə isə 4 faizə yüksələcəyini bildirib. Doing Business məlumatlarına görə sərmayə mühitinə görə Ermənistan 9 pillə geriləyərək 47-ci yerdə qərar tutub. [iii]

Cari ilin əvvəllərində Baş nazir Karen Karapetyan və Prezident Serj Sərkisyan "Ermənistana sərmayə yatıranlar Klubu”nun ölkəyə 1 milyard dollar sərmayə qoyacağını bildirsələr də, 2017-ci il bitmək üzrəykən bu proqram daxilində hələ 1 dollar da sərmayə gəlməyib. Maraqlıdır ki, buna baxmayaraq hər ikisi mütəmadi olaraq bu informasiyanı yüksək tribunalardan təkrarlayaraq özlərinə siyasi divident qazanır, xalqı isə aldadırlar. [iv] Bir digər maraqlı məqam isə bu fikrin Baş nazir Karapetyan tərəfindən ortaya atılmasına baxmayaraq, Prezident Sərkisyanın buna sahib çıxması və öz təşəbbüsü kimi qeyd etməsidir. Ukraynanın TEXTY Analitika Mərkəzinin hesablamalarına görə, Ermənistan dünyanın ən kasıb ölkələri siyahısında yer alır. [v] Ermənistan Mərkəzi Bankının statistik göstəricilərinə görə, 2017-ci ilin oktyabr ayında ölkədən sərmayə çıxışı 115 milyon dollar olub. Sərmayənin ölkədən "qaçma” sürəti hər ay artır. Belə ki, avqust ayında 76.9 milyon, sentyabr ayında 94 milyon dollar sərmayə ölkədən çıxarılıbsa, oktyabr ayında bu rəqəm yuxarıda qeyd edildiyi kimi 115 milyon dollardır. 2016-cı ilin oktyabr ayında isə 76 milyon dollar ölkədən "qaçmışdı.” Bu məbləğin 43.6 milyon dolları Rusiyaya, 23 milyon dolları ABŞ-a, geri qalanı isə digər ölkələrə sərmayə qoyulub. [vi] Ermənistan Prezidenti Serj Sərkisyan 12 dekabrda etdiyi çıxışında 2024-cü ilə qədər ölkədə adambaşına düşən ÜDM-in 10 min dollar olacağını qeyd etsə də, [vii] bir çox iqtisadçı bunun heç 2040-cı ilə qədər də fiziki olaraq mümkün olmayacağını bildirir. [viii]

2018-ci ilin sonlarına qədər Ermənistanın dövlət boscunun ÜDM-in 60 faizi olacağı təxmin edilir. Keçdiyimiz günlərdə Ermənistan parlamenti dövlət borcunun ÜDM-nin 60 faizindən yuxarı həddə borc almasını hökumətə qadağan edən qanun qəbul etdi. [ix] Parlamentin bu qərarı ÜDM ilə dövlətin xarici borcu arasında tarazlığı təmin etməyə çalışsa da, önümüzdəki illərdə bir çox böyük layihələrin həyata keçməsinə mane olacaqdır.

Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı 2009-cu ildə yaşanan dünya iqtisadi böhranının nəticələrini hələ də üzərində hiss edir. İqtisadi göstəricilərinin bir çoxu hələ də 2009-cu il göstəricilərinin altındadır. Ölkədə korrupsiyanın qarşısının almaq mümkün deyil, sərmayə yüksələn qrafik üzrə xaricə "qaçır.” Hökumət bu problemlərin qarşısını almada acizdir və yeni problemlərlə qarşı-qarşıya qalma ehtimalı olduqca yüksəkdir.

Newtimes.az Hatəm Cabbarlı, siyasi elmlər doktoru




Baxış sayı: 1 688
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30