FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Məcburən erməniləşdirilmə: Ağdam-Ani, Şahbulaq-Tiqrankert oldu - Bəs sonra?
13-01-2018, 17:35 | TƏDQİQATLAR-ANALITIKA
Məcburən erməniləşdirilmə: Ağdam-Ani, Şahbulaq-Tiqrankert oldu - Bəs sonra?

Ermənistan Respublikasının silahlı quvvələri tərəfindən 1988-1994-cü illərdə Azərbaycana qarşı hərbi təcavuzu nəticəsində Azərbaycan torpaqlarınm 20 faizini o cümlədən kecmiş DQMV-nin inzibati ərazisinə daxil olmayan, yeddi rayon da işğal edildi. Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı rayonlarının ərazisi, Dağlıq Qarabağ bölgəsinin ərazisindən dörd dəfə böyükdür. Bu fakt Ermənistanın Azərbaycan ərazilərinə təcavüz etdiyini təsdiq edərək, onların xalqların öz müqəddaratını təyin etmə iddialarını rədd edir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin ümumi sahəsinə aşağıdakı inzibati ərazi vahidləri daxildir: Dağlıq Qarabağ regionunun ərazisi (keçmiş DQMV); Dağlıq Qarabağla həmsərhəd olan yeddi rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) ərazisi; Ermənistanla həmsərhəd olan dörd rayonun (Qazax, Ağstafa, Tovuz və Gədəbəy) ərazisi; Cəbhə xəttinə yaxın olan dörd rayonun (Tərtər, Goranboy, Ağcabədi və Beyləqan) ərazisi; Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonlarının ərazisi. Azərbaycanın işğal olunmuş rayonları kütləvi soyğunçuluğa, talançılığa, yanğınlara və dağıntıya məruz qalmışdır. Beynəlxalq təşkilatlar isə yalnız münaqişə ilə bağlı müxtəlif sənədlər qəbul etməklə kifayətlənmiş, bu sənədlərdə öz əksini tapmış müddəaların realİaşdırılması istiqamətində hec bir praktiki iş görməmiş, təcavüzkar dövlət olan Ermənistana qarşı hec bir sanksiya tətbiq etməmiş, bu dövlətə qarşı hec bir təzyiq göstərməmiş, hətta işğalcı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasmda hec bir fərq qoymamışdır. Məhz bu səbəbdən Beynəlxalq Hüququ ayaqları altına alan Ermənistan, işğal altında saxladığı ərazilərin toponimlərini, yer-yurd adlarını dəyişib, Qriqoryan dini simvolları ilə bəzəyib, bu əraziləri “tarixi erməni torpaqları” adı altında təbliğ etməklə özlərinin işğalçılıq əməllərinə haqq qazandırmaq istəyirlər.Ermənilər bu iyrənc fəaliyyətləri üçün ilk növbədə Azərbaycanın xüsusi tarixi əhəmiyyəti olan ərazilərini seçirlər. Bu baxımdan onların ilk qurbanlığı Ağdam əraziləri oldu.

Ağdam rayonunda çoxlu sayda mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndində1314-cü ilə aid edilən Qutlu Musa oğlu türbəsi, XIV əsrə aid Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri, XVII əsrəaid edilənPapravənd kəndindəki Xanoğlu türbəsi, XVIII əsrə aid məscid, Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti ,XVIII əsr və Şahbulaq qalası və s. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. 80-cı illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Qədim mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir. Bu tarixi zənginlik erməniləri bu əraziləri mənimsəməyə tamahlandırmışdır. Beləki onlar Ağdamı xəritədən silmək üçün 1993 - 1996-cı illərdə şəhəri sökməyə başladılar. Şəhərin söküntüsünə o vaxtkı Qarabağ erməni icmasının rəhbəri A.Qukasyan rəhbərlik edirdi. Sökülmüş inmaat məhsullarını çeşidləyib İran və Ermənistan əhalisinə ucuz qiymətə satırdılar. Bununla ermənilər həm gəlir əldə edir və həm də Ağdamı dünyanın coğrafi xəritəsindən silməyə çalışırdılar. Ermənilər Ağdam şəhərinin adını dəyişərək Ani və Şahbulaq ərazisinin adını dəyişərək bizim eradan əvvəl Suriya sərhədləri yaxınlığında yaşamı parfiyalı II Tiqranın şərəfinə Tiqrankertqoyublar və bu xarabalıqların birinci Qarabağ müharibəsi dövrü azərbaycanlılar tərəfindən törədildiyini iddia edirlər. Ermənistan hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar. Məhz bu səbəbdən də bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlılar yaşamış kənd və şəhərlərin xarabalıqlarında və turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş Monumental İncəsənət Abidələrinin tikintilərini ilbəil genişləndirirlər. Bundan məqsəd, gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır. Dağıdılan Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması acınacaqlı və olduqca təhlükəlidir.

Təcavüz nəticəsində işğala məruz qalan ərazilərdə tarixən mövcud olmuş mədəni dəyərlərin qorunması və eləcədə memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsi və onlara dəymiş zərərlərin qiymətləndirilməsi bu gün Azərbaycan xalqının qarşısında təxirəsalınmaz bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan, törətdiyi cinayətlərə görə Ermənistana qarşı Beynəlxalq təşkilatlar vasitəsi ilə sanksyaların tətbiq edilməsini tələb etsin. Hazırki şəraitdə də Ağdamın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü qabarıq şəkildə göstərir. Ermənilər işğal altında olan Ağdam ərazilərində yüzlərlə tarixi-dini və mədəni abidələri məhv ediblər və ya bu və ya digər şəkildə zərər vururlar. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi, suni şəkildə, Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurmuşdur.İlkin hesablamalara görə Ağdam rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi: 19 603 920 000milyard ABŞ dolları təşkil edir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Ermənistanm silahlı təcavüzü və işğal nəticəsində Azərbaycan külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Bu zərərin miqdarınm dəqiqləşdirilməsi və onun ödənilməsi probleminin həll edilməsi bütövlükdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mühüm aspektlərindən biridir. Bununla yanaşı, işğal nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərin ödənilməsi qaçılmazdır. Beləki, Ermənistanm təcavüzü nəticəsində Azərbaycana vurulmuş zərərin miqdarı artıq mütəxəsislər tərəfindən müəyyən edilmişdir. Müasir beynəlxalq hüquqa görə Azərbaycan Respublikası ona dəyən ziyanın ödənilməsi barədə iddia qaldırmaq və muvafiq təzminatlar almaq hüququna malikdir. Faiq İsmayılov AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı




Baxış sayı: 2 078
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031