FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Azərbaycan–UNESCO əlaqələri” adlı elektron layihə
26-12-2017, 11:00 | MƏDƏNİYYƏT
“Azərbaycan–UNESCO əlaqələri” adlı elektron layihə

Kitabxananın direktoru Mayıl Əhmədov AZƏRTAC-a bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatların üzvlüyünə daxil olub. Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar arasında UNESCO ilə - BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı ilə əlaqələrə xüsusi önəm verilir.

BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal layihələrdə iştirak etmək və texniki yardımlardan bəhrələnmək imkanını verir. UNESCO, həmçinin xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsində, maddi-mədəni irsinin qorunmasında müstəsna rol oynayır. UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində əsas istiqamətlərdən birini təşkil edir.

Kitabxananın direktoru qeyd edib ki, Azərbaycanın UNESCO-ya üzv qəbul olmasından 25 il ötür. Azərbaycan bu quruma 1992-ci il iyulun 3-də üzv qəbul olunsa da, əlaqələrin genişləndirilməsi 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanıb. Azərbaycan-UNESCO əlaqələrinin inkişafında ən mühüm addım Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Respublikasına 1993-cü ilin dekabrında ilk rəsmi səfəri çərçivəsində UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü zamanı atılıb. Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri və inkişaf perspektivləri müzakirə edilib və Memorandum imzalanıb.

1994-cü il fevralın 21-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yanında Milli Komissiya yaradılıb. 2005-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərən bu komissiyanın, həmçinin Parisdə də UNESCO yanında Daimi Nümayəndəliyi var. Daha sonra Mayıl Əhmədov qeyd edib ki, UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə sıx bağlıdır. Mehriban Əliyeva hələ bu təşkilatın Xoşməramlı səfiri adına layiq görülməzdən əvvəl mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda rəğbət qazanmışdır. Milli mədəniyyətimizin qorunması və təbliği sahəsində geniş fəaliyyət göstərən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Həmin fondun dəstəyi ilə müxtəlif illərdə muğam müsabiqələri, uşaq musiqi festivalları, caz festivalı və s. digər mədəni tədbirlər keçirilib.

Mehriban xanım Əliyevanın mədəniyyətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının, elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində, həmçinin Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıtmağa yönələn layihələr və tədbirlər həyata keçirir. Mehriban xanım Əliyevanın ölkəmizin zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqi sahəsində xidmətlərinə görə 2004-cü il avqustun 13-də bu qurumun Xoşməramlı səfiri adına layiq görülməsindən sonra UNESCO ilə Azərbaycan arasındakı əlaqələr daha sürətlə inkişaf etməyə başlamışdır.

Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanın bir çox mədəni sərvəti dünyanın qeyri-maddi mədəni irs siyahısına salınıb. 2000-ci ildə Şirvanşahlar saray kompleksi və Qız Qalası da daxil olmaqla "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti, Çövkən-Qarabağ atüstü oyun ənənəsi, Azərbaycan kəlağayısı, Lahıc misgərlik sənəti, Lavaş və bu ilin sonlarında isə Azərbaycan dolması və kamança UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mayıl Əhmədov qeyd edib ki, Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan - UNESCO əlaqələri” adlı elektron resurs http://unesco.preslib.az/ domenində yerləşdirilib. Elektron resurs iki dildə - Azərbaycan və ingilis dillərində hazırlanıb. Elektron resursun strukturu haqqında ətraflı məlumat verən kitabxananın direktoru bildirib ki, resurs 6 əsas bölmədən və 46 yarımbölmədən ibarətdir. Birinci bölmədə UNESCO-nun yaranması, nizamnaməsi, rəhbər və icraedici orqanları, üzv ölkələr və xoşməramlı səfirlər haqqında məlumat verilir. Xoşməramlı səfir Mehriban xanım Əliyevanın fəaliyyətinin xronikası da bu bölmədə öz əksini tapıb. Resursun “Azərbaycan və UNESCO” adlı digər bölməsində Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu haqında, Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın mənəvi inciləri və Dünya Sənəd İrsi “Dünya yaddaşı” reyestrinə daxil edilmiş əlyazmalar haqında və bu il “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilmiş Şəki: sənətkarlıq və xalq yaradıcılığı haqqında geniş məlumatlar daxil edilib.

Elektron resursun digər bölməsi “UNESCO-nun yubiley tədbirləri” adlanır. Bu bölmədə Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən XX əsrin 60-cı illərindən UNЕSCО-nun fəaliyyətində aktiv iştirak etməsi, UNЕSCО tərəfindən 1967-ci ildə “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundzadənin komediyalarının nəşr edilməsi, “Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət val və audiokasetlərin buraxılması haqqında məlumatlar verilib. Həmin bölmədə, həmçinin müstəqillik illərində UNЕSCО tərəfindən Azərbaycanın görkəmli şair və yazıçılarının, alim və filosoflarının, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənəli mərasimlə qeyd edilməsi barədə materiallar öz əksini tapıb.

Azərbaycan Respublikasının UNЕSCО-nun beynəlxalq konvensiyalarına qoşulması barədə sənədlərin mətnləri elektron resursun “Beynəlxalq konvesiyalar” bölməsində toplanılıb. “E-Kitablar” bölməsində Azərbaycan, rus və ingilis dillərində UNЕSCО-ya və Azərbaycanın mədəni irsinə aid 100-dək kitabın elektron versiyaları yerləşdirilib. Eyni zamanda, resursun hazırlanmasında istifadə olunmuş kitabların, dövri mətbuat materiallarının və saytların da siyahısı ayrıca verilib.




Baxış sayı: 1 806
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031