FACT-INFO.AZ » CƏMİYYƏT » Mühafizə olunan “Tarix Muzeyi kolleksiyası”nın təqdimatı keçirilib
23-11-2017, 08:45 | CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiyası”nın təqdimatı keçirilib

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvazova kolleksiyanı slayd və sərgi formatında təqdim ediblər. Bildirilib ki, 2015-ci ildə Mərkəzi Elmi Kitabxanaya AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 4598 nüsxə kitab göndərilib. 2050 nüsxə kitab kitabxana qaydalarına uyğun olaraq işlənilib və elektron kataloqa daxil edilib. Fransız dilində 955, alman dilində 837, rus dilində 508, ingilis dilində 184, qədim erməni dilində 881, şərq dillərində 80, latın dilində 4, yunan dilində 1, italiyan dilində 2, polyak dilində 2, Azərbaycan dilində 11 kitab sistemləşdirilib.

Kolleksiyada Azərbaycanın tarixinə, ədəbiyyatına aid olan kitablar MEK-in lahiyəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib. Ən qədim 1600-cü ilə aid latın dilində olan kitabdır. Qottfrid Mertsbaxer tərəfindən qələmə alınmış əsərdə müəllifin Qafqazın yüksək dağ regionları ilə bağlı səyahət, təcrübə və müşahidələri toplanmışdır.

BDU-nun Tarix fakültəsinin professoru Sevda Süleymanova adı çəkilən kitabların elmi işçilər üçün gərəkli olduğunu nəzərə çatdırıb. Alim məhz belə kitabların MEK-də mövcudluğunu, oxucuların istifadəsinə verilməsini və təqdimatının keçirilməsini yüksək qiymətləndirib. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Fatma Qəniyeva muzeyin nadir kitablar fondunda qorunan əsərlərin biblioqrafik göstəricilərindən bəhs edib. O, muzey tərəfindən gələcəkddə də bir sıra sənədlərin Mərkəzi Elmi Kitabxanaya təqdim olunacağını söyləyib. AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Samirə Mirbağırzadə isə MEK fondlarının unikallığını, böyük elmi dəyər kəsb etdiyini vurğulayıb və bu səbəbdən MEK-in ənənəvi təqdimatlarının daha geniş formatda böyük auditoriyanın cəlb edilməsi şərti ilə keçirilməsini təklif edib.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova akademik Nailə Vəlixanlı başda olmaqla Azərbaycan Milli Tarix Muzeyinin bütün kollektivinə seçilmiş və hədiyyə edilmiş kitablara görə təşəkkür edib və MEK tərəfindən kolleksiyanın davamının gözlənildiyini bildirib. “Tək fondlarımızın zənginləşəcəyi üçün deyil, eləcə də ona görə ki, dəyərli sənədlər müxtəlif tipli mötəbər yerlərdə saxlanıla bilər – özəl fondlarda, şəxsi kolleksiyalarda, muzeylərdə, qalereyalarda. Ancaq araşdırıcılar mənbə axtarışında ilk növbədə kitabxana kataloqları və fondlarına sorğu ilə müraciət edir.

Bu halda onların ixtiyarına lazım olan mənbələri təqdim etmək üçün kitabxanaların fondlarında müvafiq mənbələr olmalı, və ya kitabxana sorğunu mənbənin saxlanıldığını yerə istiqamətləndirməlidir. Elə bu səbəbdən də biz AMTM kataloqlarının bizə göndərilməsini xahiş edirik ki, mənbə axtarışına daha geniş yardım göstərə bilək. Bu təqdimatların keçirilməsi bizim üçün çox önəmlidir. Çünki 1.5.mln fondda hər hansı araşdırma üçün unikal mənbələri tez aşkar etmək asan deyil” deyən L.İmanova muzeydən gətirilən kitabların indiyə kimi aldıqları ən iri kolleksiya olduğunu da bildirib. Sonda Milli Azərbaycan Tarixi Muzeyinin fond rəhbəri Mina Əliyeva muzeyin nadir fondunda MEK-in oxucuları üçün maraq doğura biləcək xeyli sayda kitabların olduğunu və onların da kitabxanaya təqdim edilməsi üçün hazırlandığını deyib.




Baxış sayı: 1 679
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30