FACT-INFO.AZ » AKTUAL » Görkəmli kino xadimi Muxtar Dadaşovun həyat yolu
3-10-2015, 09:30 | AKTUAL
Görkəmli kino xadimi Muxtar Dadaşovun həyat yolu

Yaradıcılığa Cəfər Cabbarlının «Sevil» pyesinin ilk tamaşalarında pioner Gündüzü oynamaqla başlayan 11 yaşlı Muxtarın arzusu böyük sənətə gəlmək, görkəmli sənət ustaları ilə çiyin-çiyinə çalışmaq idi. 1929-cü ildən  Gənc Tamaşaçılar Teatrın da işləyirdi. Kiçik rollar oynayır, rejissor assistenti kimi fəaliyyət göstərirdi. 1931-ci ildən isə artıq kinoda operator assistenti vəzifəsində çalışırdı.

 Bir sıra sənədli filmlərdə operator assistenti kimi çalışan  Muxtar Dadaşov ali operator təhsili almaq üçün 1933-cü ildə Moskvaya gedir. Və üç il ərzində operator kimi təkmilləşir, Moskvada bir sıra filmlərin çəkilişlərində iştirak edir, hətta görkəmli rus kinematoqrafçısı Vernerin “Canlı Tanrı” bədii filmində baş rolda da çəkilir.

 Vətənə peşəkar operator kimi qayıdan Muxtar Dadaşov Azərbaycan kinosunun yaranmasında və formalaşmasında öz xidmətlərini göstərmək, dəyərli filmlər çəkmək istəyirdi. Bir müddət Azərbaycan kinosunda operator kimi sənədli filmlər çəkən Muxtar Dadaşovun rejissor kimi yaratdığı filmlər həmişə öz aktuallığı ilə seçilib, dövrün çox mühüm ictimai-siyasi hadisələri bu filmlərin əsas mövzsunu təşkil edirdi.  Əksər filmlərinin ssenarisini də özü yazırdı. “Bizim Azərbaycan”, “Ana yurdum, Azərbaycan”, “Respublika haqqında həqiqət” və s. kimi filmlərində rejissor doğma torpağa məhəbbət hisslərini,  Azərbaycanın əsrarəngiz təbiətini,  tarixi  şəxsiyyətlərimiz  haqqında həqiqətləri ecazkar  kinonun dili ilə tərənnüm edir.

     Çəkdiyi "Sovet Azərbaycanı" sənədli filmi 1951-ci ildə Kannda keçirilən beynəlxalq kinofestivalda xüsusi mükafata layiq görülüb. Muxtar Dadaşovun müharibə dövrünün kinoxronikasının yaradılmasında da xüsusi xidmətləri olub. 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilib.  Köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə alıblar. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirildi.

    Muxtar Dadaşov kinoya bütün qəlbi ilə bağlanmışdı, ona görə də yaratdığı filmlərdə qəribə bir özünəməxsusluq vardı. 1953-cü ildə lentə aldığı “Arazın o tayında” filmində qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alırdı. Xalqımız üçün ağrılı olan bu mövzu Muxtar müəllimi hər zaman düşündürərdi, film lərində, kiçik epizodda da olsa , bu mövzuya toxunardı.

Muxtar Dadaşov operator və rejissor kimi bədii filmlərdə də çalışıb. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmində  operator köməkçisi olub. Leyla Bədirbəyli filmin çəkilişlərini xatırlayaraq deyirdi: “Muxtarla ilk işim ”Arşın mal alan" filmində olub. Filmin çəkilişləri zamanı rejissor Rza Təhmasib tez-tez  soruşardı: “Nəyə görə istəyirsən ki, sənin planlarını, xüsusilə iri planlarını Muxtar Dadaşov çəksin?” Bir dəfə bu sirri açdım. Dedim düzdü, Əlisəttar Atakişiyev təcrübəli operatordu. Amma ondan fərqli olaraq Muxtar aktyorun daxili aləminə nüfuz edir. Sözlərim Təhmasibin xoşuna gəldi, daha bu mövzuya qayıtmadı”

Muxtar Dadaşovun quruluşçu rejissor kimi ilk bədii filmi “Qanun naminə” kinoəsəri oldu. Bu filmi Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkmişdi. Filmdə əsərdən fərqli cəhətlər çoxdu. Amma əsas ideya saxlanılıb və çox uğurlu bir film yaranıb. Muxtar Dadaşov çəkiliş üçün dağ rayonlarından birini seçmişdi, baş rola isə Orta Asiya respublikalarından Beybulat Batayev adlı aktyoru dəvət etmişdi. Filmdə Adil İsgəndərov, Mustafa Mərdanov, Rza Təhmasib, Nəsibə Zeynalova, Əliağa Ağayev, Nəcibə Məlikova, Flora Kərimova kimi görkəmli sənətkarlar çəkilib.

Muxtar Dadaşovun 1974-cü ildə ekranlaşdırdığı “Bakıda küləklər əsir” bədii filmi Böyük Vətən müharibəsi mövzusunda çəkilən  dəyərli  ekran əsərlərindəndi. Filmdə istedadlı rejissor xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman çekistlərimizin ayıq-sayıqlığını, onların cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısısının alınmasını ustalıqla əks etdirib.

Qocaman sənətkar ömrünün son illərinədək böyük həvəslə filmlər çəkir, filmlərdə məsləhətçi kimi iştirak edirdi. Ustad sənətkar  öz məktəbini yaratmışdı. Muxtar müəllim Azərbaycan Kinematoqrafçılar İttifaqının bütün tədbirlərində iştirak edir, milli kinomuzun problemlərinin həlli yollarını göstərirdi.     

Muxtar Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun yarım əsrdən artıq bir dövrünü əhatə edir. Onun ekran əsərləri dünyanın bir sıra ölkələrində göstərilib və böyük maraqla qarşılanıb.

Muxtar Dadaşov Azərbaycan kino tarixinin   görkəmli nümayəndələrindən  idi. Neçə-neçə operator, rejissor kadrlarının yetisməsində əvəzsiz xidmətləri olub Muxtar müəllimin. Ustad sənətkar bu gün də sənətsevərlər tərəfindən hörmət və məhəbbətlə yad edilir,  filmləri xalqımızın milli-mənəvi dəyəri kimi qorunub saxlanılır. Unudulmaz  sənətkar Muxtar Dadaşov1998-ci il də,  85 yaşında dünyasını dəyişib. Ruhu şad olsun!

    Rübabə Səməndər
P.S. Yazıda sənətkara ad olunan məqalələrdən istifadə olunub       

 

 

 




Baxış sayı: 3 671
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031