FACT-INFO.AZ » SİYASƏT » Erməni QHT-çinin Azərbaycana qaçaraq siyasi sığınacaq istəməsinin təfərrüatları məlum olub
18-09-2015, 09:10 | SİYASƏT
Erməni QHT-çinin Azərbaycana qaçaraq siyasi sığınacaq istəməsinin təfərrüatları məlum olub

Bunu  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

 Onun sözlərinə görə, V. Martirosyan ailəsi ilə birlikdə "Cənubi Qafqaz Qadın Konqresinin" həmsədri, Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət edərək, Ermənistandakı mövcud rejimin ona qarşı etdiyi fiziki və mənəvi zorakılıqdan bezdiyini, Sarkisyan hakimiyyətinin basqısı nəticəsində ana bətnində olan övladını itirdiyini və başqa yolu olmadığına görə Azərbaycana gəlmək istədiyini bildirib: “Azərbaycanda sığınacaq istəyən Vaan Martirosyan Sarkisyan rejimi tərəfindən olmazın işgəncələrə məruz qalıb. Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib. Novella xanım bizə bu barədə məlumat verdi və biz bu məsələni aidiyyəti qurumlara çatdırdıq. Məsələ müzakirə olunduqdan sonra Vaan Martirosyanın Azərbaycana gəlməsinə razılıq verildi”.

 A. Quliyevin sözlərinə görə, bu, bir daha onu göstərir ki, Ermənistanın işğalçı siyasəti, Sarkisyan rejimi təkcə Azərbaycana qarşı deyil, həm də öz xalqına qarşı cinayət törədib: “Baxmayaraq ki, bu gün biz ermənilərlə müharibə şəraitində yaşayırıq və onlar bizim torpaqlarımızı işğal ediblər, biz yenə də Ermənistan rejimindən pənah gətirən və erməni işğalına etiraz edən, əli yüzlərlə azərbaycanlının qanına batan Serj Sarkisyan rejimini ifşa edən bu cür şəxslərə insan hüquqları təşkilatlarının diqqət ayırmasını istəyirik.

 Ermənistanda QHT fəallarına və hüquq müdafiəçilərinə qarşı törədilən bu zorakılığa, qeyri-insani rəftara və onların fiziki baxımdan zərərsizləşdirilməsi istiqamətində rəsmi İrəvanın  atdığı addımlara Avropa Parlamenti, ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti və digər beynəlxalq hüquq müdafiə təşkilatları adekvat qiymət verəcək  və Ermənistan hakimiyyətini ittiham edən müvafiq qətnamə qəbul edəcəklər. Əks halda, bu, həmin təşkilatların  əsl mahiyyətini bir daha nümayiş etdirmiş olacaq.(apa)

 Eyni zamanda, bizim Dağlıq Qarabağda olan erməni vətəndaşlarımız bilməlidirlər ki, onların gec-tez tək bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və əmin-amanlıq şəraitində  yaşamaqdır. Onlar yalnız o zaman Sarkisyan rejimindən yaxa qurtara və öz gələcəklərini qura  bilərlər. Biz Azərbaycan tərəfi olaraq dəfələrlə bəyan etmişik ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və biz onlara konstitusiya çərçivəsində hər cürə dəstək verməyə hazırıq. Hətta biz onlara maliyyə yardımı da etməyə hazırıq. Yetər ki, onlar Ermənistandakı rejimə və işğalçılıq siyasətinə etiraz etsinlər”.

 “Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq almaq üçün mənə müraciət etmişdi. Mən də onun müraciətini deputat Azay Quliyevə göndərdim”.

 Bunu isə Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

 O bildirib ki, V. Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib və Azərbaycan tərəfi onun istəyinə müsbət cavab verib.

 Qeyd edək ki,  Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

 APA-nın məlumatına görə, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.  O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib




Baxış sayı: 1 992
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728