FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Supergüclərin dialoqu: dinamik tarazlıqla harmoniya arasındakı risklər
8-07-2017, 10:15 | TƏDQİQATLAR-ANALITIKA
Supergüclərin dialoqu: dinamik tarazlıqla harmoniya arasındakı risklər

Tərəflər qlobal səviyyədə əhəmiyyəti olan bir sıra problemlər haqqında fikir mübadiləsi aparıblar. Onlar daha çox Şimali Koreyanın nüvə silahı və ballistik raketləri ətrafında danışıblar. Rəsmi Vaşinqton açıqca Çindən tələb edib ki, koreyalıları durdursun. Bu baş verməsə həm Şimali Koreyaya, həm də Çinə pis olacaq. Amerika nümayəndələri konkret ifadə ediblər ki, Çinə ağır zərbə vurula bilər. Çinlilər isə öz arqumentlərini irəli sürüblər. Onlar öncə Amerikanın öz hərbi qruplaşmalarını regiondan çəkməsinin lazım olduğunu deyiblər. Yalnız bundan sonra Şimali Koreya rahat fəaliyyət göstərə bilər. Və Pxenyana nüvə silahı lazım olmaz. Pekin bu məsələdə qəti addım ata bilər. Bunlara rəğmən, tərəflərin ortaq mövqeyə gəlmədiyi bildirilir. Onlar əsas olaraq dialoqu davam etməkdə yekdil fikrə gəliblər. Deməli, iki böyük güc hələlik münasibətlərində risk və təhdidlərin mövcudluğunun fərqindədirlər. Bunun qlobal təhlükəsizliyə necə təsir edə biləcəyi məsələsi düşündürücüdür.

Dialoq və hədə: Vaşinqton danışıqlarının məzmunu

ABŞ-Çin münasibətlərinin bütün dünya üçün böyük əhəmiyyəti olduğuna kimsənin şübhəsi yoxdur. Birinci və ikinci supergüc olaraq tanınan bu dövlətlər arasında son illər anlaşılmazlıq yeni səviyyəyə qalxıb. Cənubi Çin dənizi və Koreya yarımadası ətrafında isə hərbi toqquşma ehtimalı yüksəlib. Ekspertlər Amerika ilə Çin arasında silahlı münaqişənin başlaması ehtimalını istisna etmirlər. Xüsusilə Uzaq Şərq regionunda tərəflərin qarşıdurması daha kəskin xarakter almaqdadır.

Burada Vaşinqton hərbi qruplaşmalarını artırır. Hərbi dəniz donanmasının qüvvələri durmadan ora yığılır. Bir sıra hallarda çinli hərbçilərlə amerikalılar arasında qarşıdurma baş verib. Son zamanlar isə Şimali Koreya məsələsi ətrafında iki böyük gücün münaqişəyə girdikləri ilə bağlı informasiyalar yayılır.

Məsələnin qloballığı ABŞ-la Çinin dünya üzrə geosiyasi nüfuz uğrunda güzəştsiz mübarizəni gücləndirmələri ilə aydın surətdə özünü göstərir. Bura silahlar, ticarət, maliyyə qaynaqları, enerji sferaları uğrunda savaşlar daxildir. Çin son illər bu istiqamətlərdə Amerikaya ciddi rəqib olmağa başlayıb. Xüsusilə Asiya-Sakit okean hövzəsində dəniz yolu ticarəti məsələsində tərəflərin maraqları ciddi surətdə toqquşub. Buna görədir ki, Vaşinqton regionun bir sıra dövlətləri ilə Çin arasında problemlərin meydana gəlməsi üçün işlər görür.

Bütün bunlara iki faktor da əlavə olunub. Onlardan biri kiberhücumlardır, digəri isə Avropa İttifaqının böyük dövlətlərinin Çinlə daha sıx əlaqə qurmağa başlamasıdır. Kiberhücumlar çox ciddi qlobal problemə çevrilməkdədir. Amerika və Çin bu prosesdən son dərəcə qayğılanırlar. Təsadüfi deyil ki, Davos forumu ekspertləri 2017-ci ilin qlobal təhlükələri sırasında kiberhücumlara ön sırada yer veriblər. Bu il baş verən kiberhücumlar bu ehtiyatlılığı təsdiqləyir. Artıq ikinci dəfədir ki, geniş miqyasda kiberhücumlar özünü göstərir. Bundan dünyanın bir çox ölkəsi zərər görür. Heç bir təminat yoxdur ki, həmin tendensiya daha da genişlənib bütün dünyanı əhatə etməsin. Bu səbəbdəndir ki, Çin rəhbərinin Amerikaya səfəri zamanı informasiya təhlükəsizliyi ayrıca müzakirə olundu.

Lakin məsələ bununla bitmir. Cari ilin aprel ayında Si Szinpinlə Donlad Tramp arasında üç ay müddətində ortaq fəaliyyət planının hazırlanması barədə razılıq əldə edilmişdi. Bu istiqamətdə işlər heç də nəzərdə tutulduğu kimi getmir. Ancaq tam fəaliyyətsizlik də yoxdur. İyun ayında ABŞ və Çin nümayəndələrinin diplomatiya və təhlükəsizlik üzrə dialoqu Vaşinqtonda baş tutub. Tərəflər yüksək səviyyədə təmsil olunublar. Onlar bu kimi görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər. Niyə məhz diplomatiya və təhlükəsizlik sahəsində dialoq?

Mütəxəssislər məsələnin bu tərəfinə əhəmiyyət verirlər. Onlar göstərirlər ki, Amerika və Çin arasında o dərəcədə qlobal əhəmiyyəti olan məsələlər yığılıb ki, onları birdəfəlik həll etmək mümkün deyildir. Həm də o problemlər dünyanı birlikdə necə idarə etməklə bağlı olduğundan çox müzakirələrə ehtiyac vardır. Vaşinqtonla Pekin nüfuz dairəsini bölüşmək üçün xeyli sayda görüşlər keçirməlidirlər. Hələlik onların ortaq nəticəyə gələ biləcəkləri də məlum deyil. Lakin dialoqa başlamaq vacibdir.

Mövqe fərqi: aşılmayan maneə

Bu səbəbdən də tərəflər öncə diplomatiya sahəsində dialoq qurmaq təcrübəsinə yiyələnmək istəyirlər. Demək lazımdır ki, ilk görüşdə buna müəyyən dərəcədə nail olublar. Yayılan informasiyalara görə, Amerika və Çin Şimali Koreyanın nüvə silahları ilə bağlı ortaq razılığa gəliblər (bax: məs., Çin ve ABD'den Kore'yi 'nükleer silahsızlandırma' kararı! / "Habertürk", 24 iyun 2017). Ancaq bir sıra informasiya mənbələri danışıqların heç də asan və qarşılıqlı anlaşma şəraitində keçmədiyi haqqında yazırlar.

Belə ki, Çin tərəfi amerikalılara anladıb: "əgər problemin həll olunmasını istəyirsinizsə, regiondakı silahlı qruplaşmalarınızı çəkin" (bax: Дмитрий Косырев. Китай приучает США делиться властью над миром / "РИА Новости", 23 iyun 2017). Yəni "Koreyada sabitlik üçün Koreyadan gedin. Onda görəcəksiniz ki, kimsə nüvə silahı istehsal edib, ballistik raket sınaqdan keçirməyəcək".

Reks Tillerson və Ceyms Mettis isə cavabında bildiriblər: "Keçməyəcək! Sizə Şimali Koreyanı sakitləşdirin deyilibsə, onu edin. Əks halda, sizə çox ağır olacaq"! (bax: əvvəlki mənbəyə). Təbii ki, çinlilərin bundan xoşu gəldiyini söyləmək olmaz. Çünki faktiki olaraq birbaşa hədələniblər. Buna qarşılıq Pekin də sözünü deyib – "regiondan silahlı qüvvələrinizi çəkməyincə, hansısa razılıq mümkün deyildir".

Bu deyişmələrin fonunda tərəflərin Şimali Koreyanın nüvə məsələsi ilə bağlı hansı dərəcədə razılığa gəldiklərini demək çətindir. Burada söhbət prinsipial olaraq Amerika və Çini Uzaq Şərqdə daha bir aqressiv nüvə gücünün meydana gəlməsinin qane etmədiyindən danışmaq mümkündür. Məsələ ondan ibarətdir ki, Şimali Koreya şərtlər dəyişdiyi halda raketlərini Pekinə tərəf də çevirə bilər. Buna görə də Çin həmin ölkənin nüvə potensialının güclənməsində maraqlı deyil.

Belə görünür ki, ABŞ və Çin prinsipcə Şimali Koreyanın nüvə silahının ləğv edilməsində ortaq fikirdədirlər. Bunu hansı şərtlər daxilində edəcəkləri isə hələlik məlum deyil. Rəsmi Vaşinqton Pekindən tələb edir ki, heç bir şərt qoymadan Pxenyandan silahları məhv etməsini tələb etsin. Bu halda regionda Amerikanın hərbi varlığına qarşı Çin hansısa addım ata bilmir və faktiki olaraq silahlanma yarışı başlayır. ABŞ bu tələbin ödənməsi üçün Çinə ticari və maliyyə embarqosu tətbiq edə biləcəyinin siqnalını verir. Yəni faktiki olaraq Çini özünə tabe etməyə çalışır. Bunu dünya liderliyi iddiasının daha da güclənməsi kimi dəyərləndirmək olar.

Çin isə bu tələblə qətiyyən razılaşmır. Pekinin də öz arqumentləri vardır. Onun Vaşinqtonun təzyiqlərinə sinə gərmək imkanları genişdir. Bura daxili potensialla yanaşı, Amerika ilə ticarətin böyük həcmdə olması da daxildir. Əlavə olaraq Rusiya və Avropanın bir sıra dövlətlərindən dəstək görməsini unutmaq olmaz. "Yeni İpək Yolu" layihəsi də öz təsirini göstərir. Deməli, rəsmi Vaşinqtonun Çini qorxuda bilməsi müəmmalı məsələdir.

Bunlardan maraqlı nəticələr çıxır. Hər şeydən əvvəl görünür ki, Çin Amerikanın hədələrinə elə də əhəmiyyət vermir. Buna qarşılıq "Koreya tələsi"nə düşməməyi tövsiyə edir. Yəni iki nəhəng gücün münasibətlərini kiçik bir dövlətin yaratdığı problemlərə qurban vermək ağılsızlıq olardı. Bunu Vaşinqtonda yaxşı anlayırlar. Nəticədə, ABŞ mətbuatında dərc olunan məqalələrdə düşündürücü bir formula rast gəlinir.

Bir sıra analitiklər Prussiya hərb nəzəriyyəçisi Karl Fon Klauzevitslə Çin filosofu Konfutsinin ideyalarını müqayisə edirlər. K.Klauzevits "dinamik (yəni şəraitə uyğun dəyişən) tarazlıq" ideyasını irəli sürmüşdü. Konfutsi isə münasibətlərdə harmoniyaya üstünlük verirdi. Mütəxəssislər bu iki mövqenin heç birinin indiki Amerika-Çin münasibətlərinə uyğun gəlmədiyini ifadə edirlər. Hələlik həmin mövqelərin arasında olan bir pozisiyadan söhbət gedə bilər. Konkret desək, ABŞ-Çin münasibətləri nə dinamik tarazlığa, nə də mütləq harmoniyaya uyğun gəlir. Qalır bir mövqe – dialoq vasitəsilə ortaq mövqeyə doğru getmək! Hazırda məhz bu mərhələ mövcuddur.

Beləliklə, dünyanın iki ən güclü dövləti arasında münasibətlərin məzmunu müəyyən riskli məqamlarla xarakterizə olunur. İndi onlar bir masa arxasında oturmağa razılaşıblar. Sabah həmin masadan kimin hansı fikirlə duracağı aydın deyil. Dünyanı da düşündürən bu məqamdır.
Newtimes.az

 

 




Baxış sayı: 1 993
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30