8 Noyabr-Zəfər Günü münasibətilə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə “Şərəfin əks-sədaları” adlı möhtəşəm musiqi gecəsi təşkil edilib.
Fact-info.az xəbər verir ki, gecənin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, diplomatik korpusun təmsilçilərinə, qonaqlara və digər iştirakçılara təşəkkürünü bildirib, onların iştirakının Azərbaycanın tarixinə, xalqına və mədəniyyətinə göstərilən marağın ifadəsi olduğunu vurğulayıb.
O, 8 Noyabr tarixinin Azərbaycanın müasir tarixində mühüm yer tutduğunu deyib, ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə hər zaman ehtiram göstərildiyini bildirib.
“Xalqın şərəfi onun yaddaşında, eyni zamanda, öz mədəniyyətini qorumaq və irsini gələcək nəsillərə ötürmək bacarığında təcəssüm olunur”, – deyə səfir qədim ənənələrdən qaynaqlanan Azərbaycan musiqi irsinin zənginliyinə diqqət çəkib.
“Parisdə bu musiqi dialoqu xüsusi məna kəsb edir. O, mədəniyyətin xalqları bir-birinə yaxınlaşdırmaq, maneələri aradan qaldırmaq və millətlər arasında davamlı əlaqələr yaratmaq gücünü nümayiş etdirir. Qoy bu gecə yalnız yaddaş və qürur anı deyil, həm də gözəllik, paylaşma və Azərbaycan-Fransa dostluğunun təntənəsinə çevrilsin! “Şərəfin əks-sədaları” həm də sülhün, qarşılıqlı hörmətin və ümidin sədası olsun!”,- deyə Leyla Abdullayeva vurğulayıb.
Gecənin musiqi proqramı Azərbaycan və Avropa musiqi irsinin görkəmli nümunələrini əhatə edib. Azərbaycan klassik musiqisinin banilərindən Üzeyir Hacıbəylinin, eləcə də Qara Qarayevin, Niyazinin, Asəf Zeynallının, Arif Məlikovun və Fikrət Əmirovun əsərləri ölkənin musiqi yaradıcılığının zənginliyini və çoxşaxəliliyini nümayiş etdirib.
Azərbaycan bəstəkarlarının əsərləri Avropa klassik musiqi nümunələri ilə vəhdətdə təqdim olunub. Bu çərçivədə Jorj Bizenin və Fransua Bornun “Karmen”, həmçinin Kamil Sen-Sansın “Samson və Dalila” əsərlərindən parçalar səsləndirilib. Belə bir musiqi dialoqu mədəni sərhədləri aşmaq, xalqları bir-birinə yaxınlaşdırmaq və dövlətlər arasında davamlı əlaqələr yaratmaq baxımından musiqinin mühüm rolunu nümayiş etdirib.
Tədbirdə tanınmış ifaçılar və dirijorlar - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Ayub Quliyev, “Zoastre” ansamblının dirijoru Savitri de Roşfor, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, Əməkdar artist Ramil Qasımov, eləcə də Fransada yaşayan azərbaycanlı musiqiçi Arahim Quliyev iştirak ediblər.
Zalın girişində azərbaycanlı rəssamlar Nərgiz Quliyeva və Əsmər Nərimanbəyovanın sənət əsərləri nümayiş olunub. Beləliklə, musiqi proqramı ilə yanaşı, təsviri sənət nümunələri də tədbirin mədəni məzmununu zənginləşdirib.
Baxış sayı: 50
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
