FACT-INFO.AZ » CƏMİYYƏT » Xabarovskdən Şuşaya uzanan ömür yolu
7-05-2026, 12:30 | CƏMİYYƏT
Xabarovskdən Şuşaya uzanan ömür yolu

Azərbaycan torpaqlarının müdafiəsində, ərazi bütövlüyünün  təmin edilməsində xidmətləri olan şəxslərin döyüş və həyat yoluna nəzər salırıq. Keçmiş döyüşçünün Şuşa xatirələri ilə tanış olaq.

Fact-info.az saytının bugünkü qonağı, keçmiş döyüşçü, Qarabağ qazisi, polis mayoru Fərman Xəlilovdur

 O, 12 fevral 1965-ci ildə Qərbi Azərbaycanda doğulub. 1983-1985-ci illərdə Sovet ordusunun sıralarında Əfqanıstanda hərbi xidmət keçib. Daha sonra  Xabarovsk Ali Polis Məktəbində təhsil alıb. 1988-1990-cı illərdə ermənilərin Azərbaycana qarşı torpaq iddiaları, təcavüzü başlayandan sonra o, könüllü olaraq Vətənə gəlib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində, Şuşa rayon polis şöbəsində xidmətə başlayıb.



 

 Fərman Xəlilov o dövrü belə xatırlayır:

-Çox ağır dövr idi.  Qanunsuz erməni silahlı dəstələri Azərbaycan kəndlərinə mütəmadi olaraq hücumlar edirdilər. Dinc insanları yaralayırdılar, qətlə yetirirdilər. Məhz belə məqamda biz Şuşanın kəndlərinin müdafiəsini təşkil edirdik. 1990-cı ilin noyabr ayından mən Şuşada fəaliyyətə başladım. Mənim xidmətimi nəzərə alınaraq Şuşa polis batalyonun komandiri təyin olundum. Həmin vaxt ermənilər yetərincə silahlanmışdılar.  Biz də isə silahlı dəstə Daxili işlər Nazirliyinin polis dəstələri idi. Yalnız yüngül silahlarla təmin edilirdik. Hər beş nəfərdən birində avtomat, digərində isə “Makarov” tipli tapanca olurdu. Yəni belə şəraitdə biz Şuşa şəhərinin və ətraf kəndlərin müdafiəsini təşkil edirdik. Ermənilər isə ağır silahlarla təmin edilirdilər. Hətta Rusiyanın 366-cı alayı da onlara kömək edirdi.

1991-ci il – Şuşa

Mən döyüş postlarında olarkən övladım dünyaya gəlmişdi

Biz demək olar ki, post-patrul xidməti və Şuşanın müdafiəsi ilə məşğul olan silahlı dəstə kimi,  hər gün mövqeylərdə olurduq. Burada hər hansı istirahətdən söhbət gedə bilməzdi. Rayon rəhbərliyi mənə bir otaqlı mənzil vermişdi. Mənim ailəm orada yaşayırdı. Hətta bir dəfə mən döyüş postlarında olarkən, 1991-ci ildə övladım, ikinci qızım Şuşada dünyaya gəlmişdi.  Yəni bizim hədəfimiz  şəxsi həyatımızdan daha çox şəhərin müdafiəsini təşkil etmək idi. Biz belə şəraitdə xidmətimizi göstərirdik,  döyüşürdük. 

Daşaltı əməliyyatı düzgün hazırlanmamışdı

Biz o zaman real vəziyyəti, ağır şəraiti bilirdik. Və düşünürdük ki, indi belə əməliyyat əhəmiyyətsizdir. Amma bizə kim idi qulaq asan. Biz əmrə tabe idik. Həmin  Daşaltı əməliyyatında xeyli şəhidlər verdik. Mən özüm yaralandım. Məni xilas etmək istəyən bizim əməkdaşımız Mübariz Quliyev də yaralandı. Daşaltı döyüşlərində kifayət qədər hazırlıqsız idik. Hətta xəsarət alanlara anındaca dəstək göstərəcək tibbi heyət yox idi. Hərbi birləşmələr arasında koordinasiya, rabitə işi lazımı şəkildə qurulmamışdı. Bir şəhidi və yaxud yaralını döyüş mövqeyindən çıxarmaq üçün 4 nəfər lazım olurdu. Çünki Daşaltıdan həmin qarlı, ağır şəraitdə kimisə çıxarmaq çətin olurdu.  Sonralar mən  şahid qismində ANS TV-də yayımlanan verilişdə, daha sonra məhkəmədə də bu fikirlərimi dəfələrlə çatdırmışam. Bu ağrılı mövzudur...

Xocalı dərdi unudulmayacaq

Xocalı soyqırımı bizim heç zaman yaddaşımızdan silinməyəcək XX əsrin faciəsidir. O dəhşətli anları mən xatırlayıram. Onu qeyd edim ki, Xocalıdakı  qırğınlar haqqında məlumat alarkən əlimizdə yalnız toplar qalmışdı. Biz toplar vasitəsilə Xankəndini atəşə tuta bildik. Bu da yetərli deyildi. Xocalı hadisələrinin əsas iştirakçıları, ermənilərə dəstək olanlar  Rusiyanın 366-cı motoatıcı alayı idi. Bu vəhşiliyi ermənilər həmin qüvvələrə arxalanaraq törətdilər. 

Şuşa-1992-ci il 8 may

 1992-ci ilin aprelin ayının sonu, mayın əvvələri idi. Mən Kirs yüksəkliyində xidmətdə idim. Çox möhkəm qar yağmışdı. Hərəkət etmək çətin idi. Kəşfiyyat rəisi Qurban adlı bir şəxs var idi. Sonradan o da şəhid oldu. O erməni dilini çox mükəmməl bilirdi. Onun əldə etdiyi məlumatlara görə, ermənilərin Şuşaya hücumu gözlənilirdi.  May ayının 8-də mən Kirs dağından enib Şuşaya getmək istəyirdim. Turşsuya  çatmışdım ki, atəş səsləri eşitdim. Yolda Şuşadan gələn avtomobili gördüm və saxlatdırıb sürücüdən nə baş verdiyini soruşdum. O, mənə bildirdi: “Komandir Suşaya güclü hücum var”. Mən yenidən  mövqeylərimizə qayıtdım. Çox ağır döyüşlərdə yaralandım. Məni sonradan hospitala çatdırmışdılar. Reanimasiyada idim və  mayın 11-də ayılanda eşitdim ki, Şuşa işğal olunub. Şuşa kimi məkanın işğal olunmasını ağlımıza gətirə bilməzdik. Hamımıza ağır zərbə oldu. Yaralandığıma görə, mənim qolumu amputasiya etmək istədilər. Amma mən yenidən döyüşə qatılacağımı bildirdim və qolumun kəsilməsinə etiraz etdim. Nəhayət, həkimlərimizin böyük səyi nəticəsində biləyim kəsilmədi, müalicə alaraq qismən sağlamlığıma qovuşdum. Amma əlimin birinin işləməsində problemlər qaldı.

Nəhayət bu gün Şuşa azaddır. Şüküranlığımızı bildiririk ki,  doğma Şuşaya, işğaldan azad olunmuş digər torpaqlarımıza qayıtmaq bizə qismət oldu. Şəhidlərimizi Allah rəhmət eləsin. Ali Baş Komandana, bütün hərbçilərimizə, qazilərimizə  can sağlığı arzulayıram. Bu gün Şuşanın quruculuq dövrünü görmək çox qürurvericidir.


 

Bu şəkil 1991-ci ildə çəkilib.  Şuşa polis batalyon komandiri Fərman Xəlilov və miliyyətcə rus olan Almaniya mediasında çalışan Viktoriya İvlevadır. Xatırladırıq ki, sonralar xanım jurnalist Viktoriya İvleva Azərbaycan həqiqətlərinin dünyaya çadırılmasında  çox  böyük fəallıq göstərib.


Fact-info.az




Baxış sayı: 1 050
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30