Azərbaycan Müəllif Hüquqları Agentliyi Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover teatrı tərəfindən Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqlarla əlaqədar məlumat yayıb.
Agentlikdən APA-ya verilən xəbərə görə, son günlər kütləvi informasiya vasitələrində Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover teatrı tərəfindən Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi barədə müxtəlif yazılar gedir:
“Məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi məlumatlandırılıb, eyni zamanda Nizami Gəncəvi haqqında agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün səfirliyə göndərilib.
Səfirlikdən agentliyə daxil olmuş məktubda qeyd olunub ki, qurum Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılması üçün teatrın rəhbərliyinə məktub göndərib, eyni zamanda agentliyin hazırladığı arayış onların diqqətinə təqdim edilib və sözügedən səhvlərin aradan qaldırılması istənilib”.
Agentlikdən əlavə ediblər ki, teatr tərəfindən səfirliyə cavab məktubu göndərilib.
Məktubda təqdim edilmiş məlumatlara görə təşəkkür ifadə olunub və müvafiq düzəlişlərin edildiyi bildirilib:
“Əlavə araşdırma göstərib ki, həqiqətən teatrın internet və "Facebook" səhifələrində “Leyli və Məcnun” hekayəsinin fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılıb. Lakin düzəlişlərdən sonra Nizami Gəncəvi “orta əsrlər şairi” kimi göstərilib, onun Azərbaycan şairi olduğu qeyd edilməyib.
Bununla bağlı səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılıb. Məsələ agentliyin diqqət mərkəzində saxlanılır”.
Baxış sayı: 1 601
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

