FACT-INFO.AZ » AKTUAL » Multikulturalizm sahəsində çox böyük uğurlar qazanılıb
5-05-2017, 09:35 | AKTUAL
Multikulturalizm sahəsində çox böyük uğurlar qazanılıb

 

Bu, sadəcə tolerantlıq və dözümlülük deyil. Dözümlülük çox vaxt laqeydlikdən irəli gələ bilər. Qərbdə multikulturalizm məhz gəlmələrə münasibətdə laqeydlik kimi başa düşülür. Əslində isə bu, tamam başqa məsələdir. Bu, eyni bir şəraitdə mövcud olan müxtəlif xalqların, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı sevgi, qarşılıqlı anlaşma deməkdir.

Müasir Azərbaycanda multikulturalizm sahəsində çox böyük uğurlar qazanılıb. Ona görə də mənə belə gəlir ki, Azərbaycanda müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin qarşılıqlı sevgi və qarşılıqlı anlaşma şəraitində birgə yaşaması bu prosesin təbii və üzvi şəkildə necə baş verməli olduğunu göstərən nümunədir. Əlbəttə, burada siyasət və rəhbərliyin iradəsi də böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, rusiyalı məşhur ictimai-siyasi xadim, filosof, tərcüməçi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bu fikirləri jurnalistlərə müsahibəsində söyləyib.

Rusiyalı politoloq deyib: “Əlbəttə, xalqın müəyyən bənzərsiz xüsusiyyətləri olur, lakin çox şey siyasətdən asılıdır. Buna görə də İlham Heydər oğlunun tutduğu yol, onun öz atası, müasir Azərbaycanın qurucusu Heydər Əliyevdən aldığı siyasi vəsiyyət – bütün bunlar öz bəhrəsini verir”.

A.Duqinin sözlərinə görə, Azərbaycan və rus xalqları arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri var. O deyib: “Məsələn, Azərbaycan xeyriyyəçisi, müsəlman Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilmiş məbədi görürük. Bu şəxs rus xalqına öz münasibətini bu şəkildə ifadə edib. Bu fakt mədəniyyətlərin dostluğunun təzahürüdür. Biz azərbaycanlılarla rusların, pravoslavlarla müsəlmanların əsrlər boyu birgə yaşamasının, bir-birinə sevgi və hörmətlə yanaşmasının, öz bənzərsiz xüsusiyyətlərini qoruyub saxlamasının, bayramlarda birgə iştirak etməsinin şahidiyik. Bu, əsl uğurlu multikulturalizm nümunəsidir. Özü də bu, təkcə ruslara - Cənubi Qafqazda ən böyük icması Azərbaycanda olan xalqa aid deyil. Dünən mən İsmayıllı rayonun İvanovka kəndinə səfər etdim və orada Azərbaycan rəhbərliyinin, yerli əhalinin, yerli hakimiyyətin və adi siravi azərbaycanlıların molokanlara necə hörmət bəsləməsinin şahidi oldum. Buna görə də mənə elə gəlir ki, Azərbaycanda ənənələrə və tarixə üzvi hörmət zəfər çalıb”.

Rusiyalı filosof jurnalistlərlə söhbətində Azərbaycanda rus dilinə marağın qorunub saxlanması ilə əlaqədar müsbət təəssüratlarını da bölüşüb. A.Duqin sonda deyib: “Açığını deyim ki, rus insanının Bakıda özünü bu dərəcədə rahat hiss edəcəyini gözləmirdim. Buna görə də çox şadam və sevinirəm. Biz Qarabağın azərbaycanlılar icmasının nümayəndələri ilə görüşdük. Onlar rus dilində çox yaxşı danışırlar. Bu baxımdan mənə belə gəlir ki, Azərbaycan firavanlasan uğurlu dövlətdir, burada mədəniyyətə və ənənələrə çox böyük diqqət yetirilir. Bütün bunlar belə deməyə əsas verir ki, bizim münasibətlərimiz daha da inkişaf edəcək, regional siyasətdə, digər dövlətlər, xalqlar və bütöv sivilizasiyalarla dialoqda Azərbaycanın rolu daha da artacaq”.

 

 

 

 

 

 




Baxış sayı: 1 764
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30