FACT-INFO.AZ » CƏMİYYƏT » Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur
17-12-2025, 19:30 | CƏMİYYƏT
Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur

Qarabağın işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa və yenidənqurma prosesi təkcə fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır, eyni zamanda, tarixi yaddaşın, milli kimliyin və mənəvi ədalətin bərpasını özündə ehtiva edir. Bu proses Azərbaycanın uzunmüddətli strateji baxışının və ardıcıl dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Fact-info.az  xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında britaniyalı yazıçı, “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” (“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi”) kitabının müəllifi Qrem Vilson deyib.

Onun sözlərinə görə, o, ilk dəfə 2009-2010-cu illərdə Azərbaycana səfər edib və həmin dövrdə Azərbaycan xalqının dözümlülüyü, enerjisi və milli iradəsi onu dərindən təsirləndirib. Yazıçı bildirib ki, həmin illərdə Prezident İlham Əliyevin rəsmi bioqrafiyası üzərində çalışarkən dövlət başçısının tövsiyəsi ilə Ermənistana və işğal altında olan Azərbaycan ərazilərinə səfərə gedib, real vəziyyəti yerində müşahidə edib.

“Prezident İlham Əliyevin bioqrafiyası üzərində işləyərkən həmkarlarımla birgə Qarabağa səfər etdim. İşğal dövründə orada gördüklərimiz dəhşətli idi. Qarabağda qanunsuz fəaliyyətlər, insan alveri, silah və narkotik dövriyyəsi, eləcə də genişmiqyaslı ekoloji dağıntılar açıq şəkildə müşahidə olunurdu. Bu, təkcə hərbi işğal deyil, eyni zamanda, humanitar və ekoloji fəlakət idi. Mən ekosidə, tarixi-mədəni irsin məqsədli şəkildə məhv edilməsinə şahid oldum”, - deyə Qrem Vilson vurğulayıb.

Yazıçı qeyd edib ki, İrəvanda araşdırmalar zamanı tez-tez səsləndirilən “böyük Ermənistan” ideologiyası onun üçün ciddi suallar doğurub: “Əgər doğrudan da Qarabağın sizə məxsus olduğuna inanırdınızsa, niyə orada yaşayan insanları qoruyub saxlamadınız, ətraf mühiti məhv etdiniz?”

Qrem Vilson səfərdən sonra belə qənaətə gəlib ki, Ermənistan heç vaxt sülhə getməyəcək. “Təəssüf ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi bu fikri təsdiqlədi”, - deyə o qeyd edib.

Yazıçı əlavə edib ki, sonrakı illərdə 50 dəfədən çox Azərbaycana səfər edib, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyəti və ölkənin tarixi ilə bağlı bir sıra kitablar yazıb. Bununla belə, Qarabağ mövzusu onun qəlbində həmişə xüsusi yer tutub.

“Ürəyimdə bir arzu vardı: işğal bitəndən sonra Qarabağ haqqında dəyərli və real faktlara əsaslanan bir əsər yazmaq. Mən xarici vətəndaşam, lakin Azərbaycanı sevən xarici vətəndaşam. Qarabağda həm işğal dövründə, həm də azadlıqdan sonra dəfələrlə olmuşam. İşğal dövründə Xocalının təxmini yerini bilirdik, lakin onu tapa bilmirdik. Xocalı demək olar ki, yer üzündən silinmişdi”, – deyə Qrem Vilson bildirib.

O qeyd edib ki, bir neçə il əvvəl Qarabağ Dirçəliş Fondunun əməkdaşları ilə birlikdə həmin ərazilərə səfər zamanı yol nişanında “Xocalı” sözünü gördükdə avtomobili saxlatdırıb və piyada oraya gedib: “Bu torpaq müqəddəsdir. Orada dayanmaq həyatımın ən təsirli və unudulmaz anlarından biri oldu. Xocalı faciəsi Azərbaycan üçün milli yaddaşın ən ağrılı səhifələrindən biridir”.

Qrem Vilson vurğulayıb ki, məhz bu müşahidələr və Qarabağın azad olunmasından sonra başlanan genişmiqyaslı dirçəliş prosesi onu “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabını yazmağa sövq edib. Onun sözlərinə görə, əsər Qarabağın bərpasını, Azərbaycan xalqının tarixi ədalətin təmin olunması uğrunda keçdiyi mürəkkəb, lakin qürurverici yolu beynəlxalq oxucuya çatdırmaq məqsədi daşıyır.

“Bu gün Qarabağda baş verənlər təkcə regionun bərpası deyil, eyni zamanda, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Azərbaycan bu prosesi ardıcıl, planlı və məsuliyyətli şəkildə həyata keçirir”, – deyə britaniyalı yazıçı vurğulayıb.




Baxış sayı: 105
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30