Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Xəmsə”sindən “Sirlər Xəzinəsi” və “İskəndərnamə” poemalarının orijinalından türk dilinə tərcümə edilmiş kitabın təqdimatı keçirilib.
“Xəmsə”nin türk dilinə tərcüməsi Azərbaycanın Türkiyədəki səfirliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir. Tərcüməni Ərzurumdakı Atatürk Universitetinin professoru Nimet Yıldırım həyata keçirib.
Tədbirdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin zəngin irsindən, dünya ədəbiyyatına təsirindən, Azərbaycan və Türk dünyası mədəniyyətinə verdiyi töhfələrdən danışıb. O, Azərbaycan dövlətinin Nizami irsinin təbliğinə xüsusi diqqət yetirdiyini qeyd edərək, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin dahi şairin 880 illik yubileyi ilə əlaqədar “Nizami Gəncəvi ili” elan edildiyini xatırladıb.
Tədbirin moderatoru, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən parçalar təqdim edib, şeirlərini oxuyub.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
