ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib. O, bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atdığını bildirib.
“Bu axmaq və qızışdırıcı bəyanatların daha çox ola biləcəyini nəzərə alaraq, mən iki atom sualtı qayığının müvafiq bölgələrdə yerləşdirilməsini əmr etdim. Sözlər çox vacibdir və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, o hallardan biri deyil”,- deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidentinin Rusiyaya atəşkəs üçün 10 günlük müddət verməsi ilə bağlı açıqlama verən Dmitri Medvedev Trampın ölkələrlə ultimatumla oynadığını deyib. “O, iki şeyi yadda saxlamalıdır. Rusiya nə İsrail, nə də İran deyil. Hər yeni ultimatum təhlükə və müharibəyə doğru bir addımdır”, - deyə o qeyd edib.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
