FACT-INFO.AZ » XƏBƏR » "İRS-Miras" jurnalının yeni nömrəsi Qərbi Azərbaycanın tarixinə və görkəmli şəxsiyyətlərə həsr olunub
28-07-2025, 09:30 | XƏBƏR
"İRS-Miras" jurnalının yeni nömrəsi Qərbi Azərbaycanın tarixinə və görkəmli şəxsiyyətlərə həsr olunub

Moskvada nəşr olunan "İRS-Miras" jurnalının növbəti nömrəsi işıq üzü görüb.

Fact-info.az xəbər verir ki, nömrə baş redaktor Musa Mərcanlının icmal məqaləsi ilə açılır. Məqalə azərbaycanlıların azad edilmiş torpaqlara qayıdışı mövzusuna və Ermənistan ərazisindən həmvətənlərimizin zorla deportasiya edilməsi probleminə həsr olunub. Qeyd olunur ki, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun şəkildə qaçqınların ata-baba yurdlarına dinc və ləyaqətli qayıdışını təmin etmək üçün ardıcıl siyasət həyata keçirir. Eyni zamanda, bu istiqamətdə irəliləyişə mane olan Ermənistan tərəfinin destruktiv mövqeyinə də diqqət yönəldilir.

Nömrədə Qərbi Azərbaycanın – XX əsrdə azərbaycanlıların mərhələli şəkildə deportasiyaya məruz qaldığı regionun tarixinə dair silsilə yazılar dərc olunub. Bu məqalələr tarixin unudulmuş səhifələri barədə biliklərin dərinləşdirilməsinə və keçmişə obyektiv yanaşmanın formalaşdırılmasına yönəlib.

Azərbaycan Xalq Cümhuriyyətinin Batumidəki konsulu Məmməd bəy Əfəndiyev haqqında məqalə xüsusi maraq doğurur. Onun diplomatik fəaliyyəti çətin tarixi dövrə təsadüf edib və o, qaçqın axınları və siyasi təlatümlərə baxmayaraq, vətənə sədaqət nümunəsi göstərərək sonadək vəzifəsinin başında qalıb.

XX əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi qadınlara həsr olunmuş rubrika da davam etdirilib. Məqalədə vurğulanır ki, məhz Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olub. Bu tarixi nailiyyət uzun illər sovet tarixşünaslığında faktların təhrif edilməsi səbəbindən diqqətdən kənarda qalıb.

Görkəmli memar, akademik Mikayıl Hüseynova dair yazı da oxuculara maraqlı olacaq. Onun yaradıcılığı Azərbaycan və keçmiş SSRİ şəhərlərinin memarlığında milli ənənələrin dərin qavranılması və forma quruculuğuna novator yanaşması ilə seçilir.

Nömrədə həmçinin, Azərbaycanın zəngin tarixi-mədəni irsini və müasir dövrün aktual məsələlərini əks etdirən digər materiallar da təqdim olunub.




Baxış sayı: 45
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30