Asiya-Sakit Okean bölgəsinin (AİP) ölkələri NATO-nun bu regionda nüfuz dairəsini genişləndirməsi ilə bağlı ayıq-sayıqlığını qoruyur. Fact-info.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun brifinq zamanı bəyan edib.
"NATO özünü regional təşkilat kimi təqdim edir, lakin əslində alyans coğrafi sərhədlərindən kənara çıxaraq genişlənməkdə davam edir. Təhlükəsizlik sahəsində Avrasiya əməkdaşlığını bəhanə gətirərək, NATO öz təsir dairəsini AİP regionuna qədər yayır. Beynəlxalq ictimaiyyət bu prosesi açıq şəkildə görür və region ölkələri bu məsələdə ayıq mövqe nümayiş etdirir", - deyə Çin XİN sözçüsü qeyd edib.
Diplomat, həmçinin, NATO-ya "Çinlə bağlı məsələlərdə manipulyasiyalara son qoymaq" çağırışı edib və Pekinin "suverenlik, təhlükəsizlik və inkişafla bağlı milli maraqlarını qətiyyətlə müdafiə edəcəyini" vurğulayıb. O əlavə edib ki, Çin dünyada sülh və sabitliyin qorunmasına real addımlarla töhfə verməkdə davam edəcək.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
