Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri milli mədəniyyətimizin, ədəbiyyatımızın tanınmış simalarının əsərlərini, onların yaradıcılığına dair tədqiqatların təbliğini həyata keçirmək məqsədilə tərcümə və nəşr layihələri reallaşdırırlar.
Fact-info.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Sahib İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” kitabı türk dilində Ankarada çapdan çıxıb. Nəşri türk dilinə Konya Selcuk Universitetinin dosenti Təranə Həşimova tərcümə edib.
Kitabda istiqlal şairi Əhməd Cavadın həyatı, ədəbi fəaliyyətinin Gəncə dövrü əksini tapıb və tanınmış şairin Türkiyə ilə bağlarından, Qafqaz-Türk İslam Ordusunun Azərbaycan xalqının azadlıq mübarizəsində dəstəyi və önəmli rolundan bəhs edilib.
Nəşrdə qeyd olunur ki, Əhməd Cavad XX əsr Gəncə ədəbi mühitinin yetişdirdiyi mühüm simalardan biridir. O, Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən və bütün qəlbi ilə doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış söz ustadıdır.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” kitabının Türkiyədə təqdimatının keçirilməsi və aparıcı kitabxanalara, elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulur.
Baxış sayı: 165
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
