FACT-INFO.AZ » SİYASƏT » Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir
3-05-2024, 07:30 | SİYASƏT
Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

Bakı növbəti beynəlxalq əhəmiyyətli tədbirə- Vl Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Oturuşmuş dünya nizamını ciddi şəkildə təhdid edən qlobal parçalanma ilə bağlı olan siyasi reallıq göstərir ki, bu gün bəşəriyyətin ən çox ehtiyac duyduğu məsələlərdən biri sülh və təhlükəsizliklə bağlıdır. Həqiqətlərdən biri ondan ibarətdir ki, müxtəlif coğrafiyalarda baş verən və ilbəil artmaqda olan kiçikli-böyüklü münaqişələrin gerçəkləşməsində etnik və dini ayrı-seçkilikdən, sivilizasiyalararası fərqlilik amilindən getdikcə daha çox istifadə olunur. Başqa bir səbəb isə bölücülüyü təşviq edən separatçılıq meyillərinə coğrafiyalardan asılı olaraq siyasi münasibətin və hüquqi dəyərləndirmənin dəyişməsi, bir-birindən kəskin şəkildə fərqlənməsidir. Dünyanın təhlükəsizliyinə görə məsuliyyət daşıyan böyük güclərdən bəziləri geosiyasi məqsədlərinə çatmaq üçün bu cür amilləri süni şəkildə şişirtməkdən, onlardan siyasi manipulyasiya elementi kimi istifadə etməkdən çəkinmirlər. Bakıda keçirilən Forumun "Sülh və qlobal təhlükəsizlik naminə dialoq"  kimi həssas bir mövzuya həsr olunması həm də bu siyasi gerçəkliyin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.

Geosiyasi maraqlar uğrunda aparılan barışmaz mübarizənin təhlili göstərir ki, dil və din, etnik və mədəni mənşəyi fərqli olan cəmiyyətlər, bütövlükdə sivilizasiyalar arasında uzlaşmanı təmin etmək istəyən siyasi qüvvələrin səyləri hələ də ciddi müqavimətlə üzləşir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən etibarən başlanan "Bakı Prosesi"nin əsas məqsədlərindən biri sivilizasiyalar arasında mövcud olan körpülərin ayırıcı məqsədlərə deyil, birləşdirici və uzlaşdırıcı hədəflərə töhfə verməsini təmin etməklə bağlıdır. "Bakı Prosesi"nin tərkib hissəsi kimi sayca altıncı olan builki Forumda 110 ölkəni təmsil edən 700-dən çox nüfuzlu nümayəndə, o cümlədən görkəmli dövlət xadimləri, parlament təmsilçiləri, dini liderlər, alim və jurnalistlər iştirak edirlər. Nüfuzlu təmsilçilik formatı ona xidmət edir ki, müzakirəyə çıxarılan mövzu ətrafında  peşəkar səviyyəli fikir mübadiləsi aparılsın, qlobal təhlükəsizliyə mane olan amillərin aradan qaldırılması naminə ortaq mövqe formalaşdırılsın. Bu cür müzakirələr ona görə vacibdir ki, dini və etnik tolerantlıq, multikulturalizm kimi dəyər hətta bəzi inkişaf etmiş cəmiyyətlər tərəfindən indinin özündə də asanlıqla həzm olunmur, bəzən isə dini və etnik mənşəli fobiyaların məqsədli şəkildə təşviqi yeni münaqişələrin yaranmasına gətirib çıxarır. Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq, builki Forumun açılış mərasimində də çıxış etdi,  Azərbaycan cəmiyyətinin bu mənada bənzərsiz özəlliyini həm Forum iştirakçılarının, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırdı: "Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda-toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik". 

Mübaliğəsiz həqiqətlərdən biri də onunla bağlıdır ki,  işğal dövründə şəhər və kəndlərimizin Ermənistan tərəfindən yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini irsimizin, o cümlədən Qarabağda 67 məsciddən 65-nin dağıdılaraq təhqir olunmasına, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətə məruz qalmağımıza baxmayaraq, müharibə dövründə mülki ermənilər Ordumuz tərəfindən hədəf seçilmədi. Ötən ilin sentyabrında keçirilən antiterror tədbiri zamanı da Qarabağda yaşayan nə dinc erməni sakinlər, nə də onlara məxsus olan mülki infrastruktur Azərbaycan əsgərinin hədəfində olmadı. Bu faktın BMT-nin səlahiyyətli missiyası ilə yanaşı, Ermənistan baş naziri N.Paşinyan tərəfindən də ictimai şəkildə etiraf olunmasına baxmayaraq, bədxahlarımız Avropa Parlamenti və AŞPA kimi beynəlxalq qurumların vasitəsi ilə Azərbaycanı qərəzli şəkildə hədəfə gətirmək siyasətini davam etdirirlər. Eyni dairələr həqiqətləri riyakarcasına təhrif edir, İkinci Qarabag müharibəsinin və antiterror tədbirinin hüquqi əsaslarını şübhə altına almağa çalışırlar. Beynəlxalq media resurslarının köməkliyi ilə dünyanı hələ də inandırmağa çalışırlar ki, guya Azərbaycan "məzlum və əzabkeş" Ermənistanı  təhdid edir. Onların informasiya təbliğatı az qala o ictimai qənaəti yaratmağa çalışır ki, guya 30 il ərzində işğala məruz qalan, milyona yaxın qaçqın-köçkün problemi ilə üzləşən Azərbaycan deyil, Ermənistan olub. Ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar bu cür yalançı təbliğat fonunda ölkəmiz əleyhinə davamlı və bir-biri ilə əlaqəli şəkildə qərəzli qətnamələr qəbul edir, əsassız bəyanatlar verirlər. 

ABŞ-nin Dini Azadlıq Komissiyasının illik hesabatında Azərbaycanın növbəti dəfə hədəf seçilməsi elə bu cür riyakar, ayrı-seçkiliyə söykənən ikili standartlar siyasətinin qərəzli davamıdır. Artıq o da təəccüb doğurmur ki, hesabatda əksini tapan əsassız iddiaların "mötəbər mənbəyi" qismində "Ümumerməni xeyriyyə ittifaqı"nın və "Araqats fondu"nun maliyyələşdirdiyi L.Xaçaturyan, H.Qulyan və S.Bokçeriyan kimi üç radikal erməni millətçisi göstərilir. Hesabatın digər "etibarlı" istinad ünvanı isə Amerika erməni assambleyasının təmsilçisi Daniel Aşbahyandır. ABŞ Konqresinin təsis etdiyi Komissiya qatı erməni millətçilərinin iftiralarına söykənərək  Azərbaycanı ədalətsiz şəkildə hədəf seçir, Ermənistandakı real vəziyyətlə bağlı isə heç bir hesabat dərc etmir. Bu cür qərəzli dəyərləndirmələr ölkəmizdə həm də ona görə ciddi etirazla qarşılanır ki, dini dözümsüzlüklə bağlı ən yumşaq irad belə, cəmiyyətimizin əsrlərə söykənən tolerant yaşam tərzinə həqarət deməkdir.

Riyakarlığın, qərəzli dəyərləndirmələrin miqyası artıq elə iyrənc həddə çatıb ki, dünyada neokolonializm siyasətini  həyata keçirən Fransa kimi ölkələr və onların məcburi assimilyasiyaya siyasətinə göz yuman beynəlxalq təşkilatlar Azərbaycana qarşı qəbul etdikləri əsassız qətnamələrinə demokratiya və insan haqlarından don geyindirməkdən belə, utanmırlar. Eyni dairələr məhz bu cür ədalətsiz dəyərləndirmələrlə pərdələnərək, yalnız öz maraqlarını təmin etmək üçün ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə edirlər. Lakin  onların bütün səylərinə baxmayaraq, Azərbaycan cəmiyyətini kim inandıra bilər ki, ölkəmizdə fəaliyyət göstərən bəzi diplomatik nümayəndəlik təmsilçilərinin Şuşaya səfərdən indiyədək imtina etməsinin arxasında guya tolerantlıq, beynəlxalq hüquqa hörmət və ya ədalət hissi dayanır? Bu,  beynəlxalq qanun və Konvensiyalara yanaşı, cəmiyyətimizin haqlı gözləntilərinə və ədalətə olan inamına açıq-aşkar hörmətsizlik deməkdir. Prezident İlham Əliyev  Forumdakı nitqində bənzər siyasi davranışların səbəblərinə də aydınlıq gətirdi: "Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik".

Bu gün Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxmağa başlaması, ikitərəfli danışıqlar əsasında Ermənistanın dörd kəndimizi dinc yolla qaytarmağa razılaşması, iki ölkə arasında demarkasiya işlərinə başlanılması  bir daha onu göstərir ki, regionumuzdakı problemlər kənar müdaxilələr olmadan, region ölkələrinin özləri arasında həllini tapa bilir. Azərbaycan və Ermənistan arasında son aylar əldə olunmuş razılaşmalar da sübut edir ki, yalnız ikitərəfli qarşılıqlı etimad mühiti sülhü tezləşdirə və onu gerçəkləşdirə bilər. 

 Milli Məclisin depuatı
Ülvi Quliyev   




Baxış sayı: 75
ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir Bu gün, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib Bu gün, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb Bu gün, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb Bu gün, 08:30 Şamaxıda zəlzələ baş verib Bu gün, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir Dünən, 18:30 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib Dünən, 18:00 Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək Dünən, 17:30 Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb Dünən, 11:00 Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib Dünən, 10:00 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Dünən, 09:30 Ankarada "Kültür Yolu" Festivalının açılışı dahi Azərbaycan bəstəkarına ithaf ediləcək Dünən, 09:30 Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb Dünən, 09:30 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub 31-08-2026, 19:30 Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib 31-08-2026, 19:00 Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib 31-08-2026, 17:30 Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib 31-08-2026, 16:00 Prezident İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib 31-08-2026, 14:30 On nəfər Azərbaycan gənci HTP çərçivəsində Latviyada təhsil alacaq 31-08-2026, 11:00 Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib 31-08-2026, 10:30 İran Prezidenti Məsud Pezeşkian: "Biz müharibə axtarışında deyilik" 31-08-2026, 10:00 Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib 31-08-2026, 08:30 Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib 30-08-2026, 16:30 Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib 30-08-2026, 15:30 Medianın İnkişafı Agentliyi bəyanat yayıb 29-08-2026, 21:00 Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər 29-08-2026, 10:30 Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub 29-08-2026, 08:00 “New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır 29-08-2026, 08:00 “Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb 28-08-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930