Sumqayıt hadisələrinin beynəlxalq müstəvidə izahı və bu mövzuda yazılmış elmi monoqrafiyanın (“Azərbaycana qarşı Sumqayıt təxribatı - Qriqoryanın işi”, Bakı, “Təhsil”, 2013, 336 səh.) Türk dilində nəşri və Türkiyə ictimaiyyətinə təqdimatı layihəsinin icrasına başlanılıb.
Azadinform xəbər verir ki, əməkdar jurnalist İbrahim Məmmədovun müəllifi olduğu kitab Tərcümə Mərkəzi tərəfindən Türk dilinə tərcümə olunub, “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunacaq.
Layihə 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş talanların siyasi məqsədi, təşkilatçıları və icraçıları haqda sənədlərin, istintaq materiallarının, memuarların və müsahibələrin elmi araşdırmasından bəhs edir. Həmin hadisə elmi səviyyədə araşdırılıb və monoqrafiya halına gətirilib, Türkiyə türkcəsinə çevirilib və çapa hazırlanıb.
Layihənin məqsədi Türkiyədə KİV-nin, siyasətşünasların, analitiklərin, tarixçi alimlərin və nəhayət geniş kütləni Sumqayıt hadisələri haqda elmi səviyyədə ətraflı məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda ermənilərin Türkiyədə apardıqları və getdikcə güclənməkdə olan antiazərbaycan təbliğatına qarşı əks arqumentləri ortaya qoymaqdır.
Türkiyə türkcəsinə çevrilmiş monoqrafiya Türkiyədə çap ediləcək, təqdimatı keçiriləcək, yayılması, müxtəlif elm, təhsil və beyin mərkəzlərində müzakirələri təşkil olunacaq.
Xatırladaq ki, monoqrafiya Prezident İlham Əliyevin göstərişi və Prezident Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyevin elmi redaktorluğu, AMEA-nın Tarix institunun Elmi Şurasının qərarı ilə çap olunub. 336 səhifəlik monoqrafiya Azərbaycan, rus və ingilis dillərində çap edilərək yayılıb. Azərbaycan XİN, DTX, Diasporla iş üzrə Dövlət Komitəsi və Tarix İnstitutu kitabların xaricdə yayılmasında xüsusi rol oynayıblar.
Azərbaycan televiziyasında 3 hissəli, 4 saatlıq sənədli film hazırlanıb.
Baxış sayı: 1 824
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

