FACT-INFO.AZ » İQTİSADİYYAT » “Sərsəng su anbarı Azərbaycana qarşı təhlükəli silahdır”
14-08-2015, 09:00 | İQTİSADİYYAT
“Sərsəng su anbarı Azərbaycana qarşı təhlükəli silahdır”

APA-nın məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov bildirib ki, məruzəçi 5 nəfərlik nümayəndə heyəti ilə ölkəmizə gəlir. Nümayəndə heyətinə müstəqil ekspert Styliani Lydia Vamvakeriou da daxildir. Səfər zamanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Su Ehtiyatları Dövlət Agentliyində, eləcə də AŞPA-dakı milli nümayəndə heyətinin üzvləri,  Dünya Bankının Azərbaycan Ofisinin nümayəndələri və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri ilə görüşlər planlaşdırılır. Məruzəçi avqustun 26-sı regiona, Sərsəng su anbarının təsiri altında olan rayonlara səfər edəcək, müvafiq qurumlarla, yerli icma ilə görüşlər keçirəcək və Sərsəng su anbarının yerli sosial-iqtisadi duruma təsiri vəziyyətini araşdıracaq:
 
“Xatırladım ki, 2014-cü ilin 14-20 dekabr tarixlərində məruzəçi Azərbaycana ilk səfərini etdi. Bundan sonra xanım Miliça Markoviç Ermənistana da səfər etməli idi. Lakin işğalçı Ermənistan və onun havadarları hər vəchlə bu səfərin qarşısını almağa çalışırlar. Miliça Markoviç ötən ilin oktyabr ayından bəri bu səfərin baş tutmasına çalışsa da, Ermənistan tərəfindən razılıq alınmasına nail ola bilməyib. AŞPA Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi tərəfindən məsələ ilə bağlı Ermənistan hökumətinə rəsmi məktub göndərilsə də, hələ də müsbət nəticə əldə olunmayıb.
 
Bosniya və Herseqovinanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Miliça Markoviç 2014-cü il mayın 12-də AŞPA-da təqdim etdiyim “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəm əsasında məruzəçi təyin edilib. Ermənistan tərəfi məruzəçinin təyin olunmasının qarşısını almaq məqsədilə bütün resurslarını səfərbər edib, hətta ölkə başçısı səviyyəsində buna mane olmaq istədilər. Nəinki Ermənistan tərəfi, onların işğalçı siyasətinə, işğala dəstək verən AŞPA-dakı tərəfdarları da bizə qarşı çıxdı. Hətta bu məsələ ilə bağlı təklif etdiyim ilk qətnamə layihəsinə AŞPA Prezidenti tərəfindən 3 dəfə veto qoyulmuşdu. Bütün bu maneələrə baxmayaraq davamlı mübarizənin nəticəsində məruzəçi təyin edildi və Ermənistanın işğalçı tərəf olması növbəti dəfə beynəlxalq səviyyədə bəyan olundu.
 
Lakin Sərsəng su anbarı nə qədər ki Ermənistanın işğalı altındadır, bu işi davam etdirmək, nəinki AŞPA, bütün beynəlxalq təşkilatları, bütün dünya birliyini Azərbaycana qarşı ögey münasibətdən, ikili standartlardan əl çəkməyə çağırmaq, xalqımızı gözləyən böyük fəlakətin qarşısını almağa dəstək vermələrinə nail olmaq olduqca zəruridir. Çünki bir tərəfdən işğalçı Ermənistan Sərsəng su anbarını qış aylarında suyu buraxmaqla 6 rayonu sel altında qoymaq üçün, yay mövsümündə isə, əksinə suyun qarşısını kəsməklə cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurmaq üçün istifadə edir, digər tərəfdən Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır.
 
Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıq təhlükəsi ilə üzləşib və onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür.
Statistik göstəricilərə görə, dünyada su anbarlarının partlaması və ya daşması nəticəsində son 50 ildə 179.815 insan həlak olub. Sərsəng su anbarının partladılması və ya baxımsızlıqdan hər hansı bir qəzanın baş verməsi bütün dünyada son 50 ildə baş vermiş bu kimi hadisələrin nəticələrinin cəmindən daha çox insanın (400 000) həlak olmasına, ev – eşiyindən didərgin düşməsinə və daha böyük faciəyə səbəb ola bilər. Bu göstərici Sərsəng su anbarının işğalçı Ermənistanın, qatil, cinayətkar ermənilərin əlində nə dərəcədə ciddi və təhlükəli silah olduğunu açıq-aydın göstərir.
 
Məlumat üçün bildirim ki, bu məsələ ilk dəfə 2013-cü ilin may ayında AVCİYA “Sərsəng - humanitar faciənin qarşısının alınması” layihəsinin icrasına başlaması ilə gündəmə gətirildi.  AVCİYA- nın fəaliyyətində prioritet istiqamətlərdən biri ermənilərin Azərbaycan xalqına qarşı sistemli və davamlı şəkildə həyata keçirdiyi soyqırımı cinayətləri, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, işğal altında olan ərazilərdə xalqa qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Qeyd olunan bu layihə də bu qəbildən olan layihələrdən biri idi.
 
Hesab edirəm ki, vətəndaş cəmiyyəti Sərsəngin işğalı nəticəsində yaranan böhranlı vəziyyətin dünyaya çatdırılmasında fəal olmalı, KİV bu problemi yetərincə işıqlandırmalıdır”.

 

 

 

 



Baxış sayı: 2 185
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728