FACT-INFO.AZ » AKTUAL » Leninqrad blokadasının şahidi: Məni Azərbaycan yetişdirdi
22-12-2016, 09:30 | AKTUAL
Leninqrad blokadasının şahidi: Məni Azərbaycan yetişdirdi

Moskvada keçirilən ənənəvi “Qaliblərin balı”na hər il Rusiyanın və yaxın xarici ölkələrin müxtəlif regionlarından müharibə və əmək veteranları, həbs düşərgələrinin keçmiş məhbusları və uşaqlığı müharibə illərinə təsadüf etmiş insanlar axışırlar. Bu tədbir təkcə qələbəyə doğru çiyin-çiyinə addımlayan insanlara ehtiramın əlaməti deyildir, həm də yaddaşlara həkk olunmuş müharibə günləri haqqında acı xatirələri gələcək nəsillər üçün qoruyub saxlamaq imkanıdır. Bakı Slavyan Universitetinin dosenti İrina Qədimova “Qaliblərin balı”na Azərbaycan veteranlarının nümayəndə heyətinin tərkibində gəlib.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupundan AZƏRTAC-a bildiriblər ki, onlar bu qeyri-adi qadınla görüşüb, ona bir neçə sual veriblər.

-İrina İvanovna, faşistlərin blokadaya aldığı dövrdə doğma Leninqrad barədə nə kimi xatirələriniz qalıb?

-Mühasirədə olan Leninqrad aclıq, soyuq və daim ölüm təhlükəsi demək idi. Gözlərimi qapayanda mələfə ilə örtülmüş meyitləri görürəm. İnsanların meyitləri məzarlığa aparmağa gücü yox idi, sadəcə küçəyə çıxarırdılar ki, kimsə onları yığışdırsın. Beş yüz mindən çox blokada qurbanının və Leninqradın müdafiəsi uğrunda həlak olmuş döyüşçünün dəfn edildiyi Piskaryov qəbiristanın mərkəzində “Ana Vətən” abidəsi ucaldılıb. Bu abidə kədərin, eyni zamanda doğma şəhərin mübarizəsinə qalxan leninqradlıların rəşadətinin rəmzidir. 

Mən anamla birlikdə Teatr meydanında yaşayırdım. Şəhər hər iki saatdan bir bombalanırdı. Biz uşaqlar sığınacaqda gizlənirdik. Bu zaman analarımız damlarda keşik çəkir və alışan bombaları söndürürdülər. Atəş kəsiləndən sonra analarımız yanımıza gələrək deyirdilər: “Uşaqlar, gəlin göbələk yığmağa gedək”. “Göbələk” deyəndə mərmi qəlpələrini nəzərdə tuturdular. Biz həmin qəlpələri aclıqdan səndələyə-səndələyə toplayırdıq. Xüsusi yığıcılar bu qəlpələri Kirov zavoduna aparırdılar. Orada metalı yenidən əridir və ondan hazırlanmış mərmiləri təyyarə ilə cəbhəyə göndərirdilər. Biz boş şüşə qabları da toplayırdıq. Sonra onlardan yandırıcı qumbaralar hazırlanırdı. Mənzil sahiblərinin işığı gizlətmə qaydalarına riayət etmələrinə ciddi nəzarət edirdilər. Mühasirə şəraitində yaşayan leninqradlı uşaqlar böyüklərə kömək etməyi çox istəyirdilər!

-Necə oldu ki, Leninqradda anadan olub, orada boya-başa çatan qız həyatını Azərbaycan torpağı ilə bağladı?

-Azərbaycanda mən Leninqrad Blokadası İştirakçıları İctimai Birliyinə başçılıq edirəm. Vur-tut 9 nəfər qalmışıq. Hamımız qadınıq, hamımızın soyadı azərbaycanlı soyadıdır və bu da təsadüfi deyildir. Tale elə gətirdi ki, Neva sahillərində azərbaycanlıya rast gəldim, onu sevdim və 1956-cı ildə həyat yoldaşımla birlikdə Azərbaycana köçdük. Başqa blokadaçı qızlar da azərbaycanlı oğlanlara ərə gedib, bu torpağına köçdülər və ikinci Vətən qazandılar.

-Azərbaycan şəxsən sizə peşə və insani baxımdan nə verib?

- Leninqrad ömrümün sonunadək vətənim olaraq qalacaq. Amma məni məhz Azərbaycan yetişdirib və bütün şüurlu həyatım bu ölkə ilə bağlıdır. Burada institutu bitirmişəm, 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda işləməyə başlamışam. Bu gün həmin institut Bakı Slavyan Universiteti adlanır. İndiyədək ona sadiq qalmışam. Azərbaycanda iki qız övladı böyütmüşəm. İndi də nəvələrimi Azərbaycan adət-ənənələrinə uyğun tərbiyə edirəm. Çox təəssüf ki, həyat yoldaşımı tez itirdim: artıq 40 ildir yanımda yoxdur. Amma indiyədək onun tövsiyələri ilə yaşayıram. Qalıb Rusiyada yaşamalı olsaydım, taleyimin necə gətirəcəyini bilmirəm. Amma Azərbaycanda xoşbəxtəm və heç vaxt onu tərk etməyəcəyəm. Bu ölkənin sizi nəvazişlə qəbul etməsi onun adət-ənənələrinə və mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır. Onda Azərbaycanın bütün gözəlliyini görəcəksiniz!

-Bəs respublikada Böyük Vətən müharibəsi veteranlarının qayğısına necə qalırlar?

-Allah ümummilli lider Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Leninqrad blokadaçılarının hüquqlarını postsovet respublikalarının prezidentləri arasında birinci o tanıyıb. Hər il Qələbə Günü münasibətilə maddi yardım alırdıq. İndi bu xoş ənənəni Prezident İlham Əliyev davam etdirir. Azərbaycanda müharibənin odundan-alovundan keçən insanlara böyük qayğı ilə yanaşırlar. Azərbaycanlılar Böyük Vətən müharibəsi illərini çox yaxşı xatırlayırlar. Respublika ümumi qələbəmizə böyük töhfə verib. Marşal Jukov öz memuarlarında əbəs yerə yazmayıb: “Bakı neftçiləri Vətənimizi müdafiə etmək, düşmənə tez qalib gəlmək üçün cəbhəyə və ölkəyə nə qədər lazımdırsa, o qədər də yanacaq veriblər”. Təəssüf edirəm ki, sovet dövründə Bakıya qəhrəman şəhər adı verilmədi: Azərbaycanın paytaxtı bu haqqı tam qazanmışdı!

-İrina İvanovna, son vaxtlar hərb tarixini saxtalaşdırmaq cəhdləri çoxalıb. Sizcə, Rusiya və Azərbaycan buna qarşı necə mübarizə aparmalıdırlar?

 -Çox acınacaqlı haldır ki, Sovet İttifaqı kimi böyük bir dövləti dağıtdılar və bizi ayrı-ayrı respublikalara ayırdılar. Azərbaycanlı veteranlar əmindirlər: əvvəllər vahid ailədə yaşayırdıq və ümumi iş görürdük, müharibəni də SSRİ-nin bütün xalqlarının sıx birləşməsi sayəsində udduq. Məni hiddətləndirən budur ki, ayrı-ayrı dairələr Böyük Vətən müharibəsinin tarixini öz şəxsi maraqlarına uyğun şərh etməyə və hətta o böyük müharibənin xatirəsinə etinasız yanaşaraq, onun yekunlarını yenidən nəzərdən keçirməyə çalışırlar. Buna görə də veteranları “Qaliblərin balı” kimi tədbirlərə toplayan Rusiyaya çox minnətdaram. Çünki insanların bizim xatirələrimizə hələ uzun müddət ehtiyacı olacaq. Nə qədər ki, o dəhşətli müharibənin iştirakçıları və şahidləri olan bizlər həyatdadır, müharibə haqqında həqiqətləri gənclərə daim danışacağıq ki, tariximizdə belə faciələr bir daha təkrarlanmasın.




Baxış sayı: 2 044
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30