FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Ey Vətən” bilik yarışı keçirilib
2-05-2025, 12:00 | MƏDƏNİYYƏT
“Ey Vətən” bilik yarışı keçirilib

Azərbaycan Universitetinin tələbələri arasında “Ey Vətən” mövzusunda bilik yarışı təşkil olunub.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə keçirilən yarışın məqsədi tələbələrin suverenlik anlayışını, Azərbaycanın dövlət müstəqilliyinin əsaslarını, Konstitusiyanın əsas müddəalarını, Qarabağın tarixi və mədəni irsini, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbəni və işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış konsepsiyasını daha dərindən mənimsəmələrinə və biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olub.

Layihə çərçivəsində Biznes və iqtisadiyyat, Humanitar və sosial elmlər, həmçinin İnformasiya-kommunikasiya texnologiyaları fakültələrini təmsil edən tələbələrdən ibarət, hər birində 5 nəfər olmaqla ümumilikdə 4 komanda (Turizmçilər, Legatus, Aristokratiya, Mübarizlər) formalaşdırılıb.

Yarışda iştirak edən komandalar “Azərbaycan Respublikasının Konstitusiyası”, “Tarixdə, ədəbiyyatda, incəsənətdə Qarabağ: dünən və bu gün”, “Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış”, “İqtisadiyyat, “İnformasiya-kommunikasiya texnologiyaları”, eləcə də “Ümumi dünyagörüşü” mövzuları üzrə ünvanlanan sualları cavablandırıblar.

Komandaların çıxışları və cavabları münsiflər heyəti tərəfindən dəyərləndirilib. Münsiflər heyətində Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov, Siyasi və ictimai elmlər kafedrasının müdiri dosent Elvin Talışınski, Maliyyə və mühasibat kafedrasının müdiri dosent Nəriman Böyükkişi, həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Təhminə Hüseynova yer alıb.

Yarışın qalibi “Aristokratiya” komandası olub. Bütün iştirakçılara sertifikat təqdim olunub, qalib komandanın üzvləri isə sertifikatla yanaşı kubok və xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Bilik yarışı tələbələr arasında intellektual inkişafı təşviq etməklə yanaşı, vətənpərvərlik ruhunun gücləndirilməsinə və milli dəyərlərin daha dərindən mənimsənilməsinə mühüm töhfə olub.

Yarış Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamını rəhbər tutaraq Azərbaycan Universitetinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq təşkil edilib.




Baxış sayı: 190
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30