FACT-INFO.AZ » AKTUAL » Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilib
3-05-2025, 19:00 | AKTUAL
Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilib

Bakıda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün türk dünyasında, xüsusən də, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyətin müzakirə olunduğu panel toplantı keçirilib.

 Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından dəvət edilən nümayəndələr iştirak ediblər.

Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. O bildirib ki, paneldən əvvəl Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyri-türk dövlətlərində yaşayan türklərin qayğı və problemləri ilə məşğul olacaq ayrıca bir strukturun yaradılmasını təklif edib: "Bu qurum Borçalıda, Suriyada və digər dövlətlərdə yaşayan türkləri özündə birləşdirməlidir".

Qazaxıstan Türk Akademiyasının sədr müavini Aksat Kesikbayev isə "Ortaq Türk tarixi" kitabının yazılması üzrə həyata keçirilən işlərdən danışıb:

"1991-ci ildə SSRİ-nin süqutundan sonra Ortaq Türk əlifbasının yaradılması təklifi gündəmə gətirilib. Daha sonra Türk Akademiyasının tərkibində bu məqsədlə komissiya yaradılıb. 2023-cü ildə Astanada, 2024-cü ildə isə Bakıda bu komissiyanın iclası keçirilib. Nəhayət komissiya Ortaq Türk əlifbası məsələsində razılığa gəlib. Türk Akademiyasının daha bir layihəsi isə "Ortaq Türk tarixi" kitabının yazılmasıdır. Bu fəaliyyət təkcə keçmişə deyil, həm də gələcəyə hesablanıb. Həmin istiqamətdə fəaliyyət Türk dövlətləri ilə ortaq fəaliyyət formasında həyata keçiriləcək. Türk dünyasının birliyi üçün təkcə tarixi deyil, həm də siyasi, iqtisadi və hərbi əməkdaşlığın gücləndirilməsi son dərəcə zəruridir".

Türk Dövlətləri Təşkilatının Macarıstan Təmsilçiliyinin icraçı direktoru Balazs Hendrik isə ölkəsinin Türk Dövlətləri Təşkilatının fəaliyyətindəki rolunun önəmindən bəhs edib:

"Macarıstan Şərq və Qərb arasında körpü rolunu oynayır. Türk Dövlətləri Təşkilatının Budapeştdəki ofisi Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı təşəbbüsləri dəstəkləyən bir qurumdur. Bu təşkilat Avropanın mərkəzində bizim ortaq dəyərlərimizin qorunmasına xidmət edir. Bu qurum vasitəsilə biz mədəniyyət və digər sahələrdə əlaqələrimizi gücləndirə bilərik. Təmsil etdiyim ölkə məhz buna çalışmaqdadır. Bugünkü panel bizə birliyin heç də mücərrəd anlayış olmadığını deməyə əsas verir. Macarıstan Türk Dövlətləri Təşkilatına üzv olmaqdan qürur duyur. Bizim ölkəmiz Avropada Böyük Türk Mədəniyyətini təmsil edir".

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun isə toplantıya göndərdiyi videomüraciətdə sözügedən tədbirin Türk dünyasının firavanlığı naminə uğurlu olmasını arzulayıb:

“Dildə birlik əlaqələrimizi və qarşılıqlı anlaşmanı gücləndirmək, bu dilin daşıyıcısı olan nəsilləri yaşatmaq deməkdir. Fikirdə və əməldə birlik isə gənclərin bacarıqlarının inkişafından texnoloji yeniliklərədək hər sahədə birlikdə addımlamaq mənasına gəlir. Yuxarıda bəhs etdiyim məsuliyyət sayəsində hazırkı panel müzakirəsinin intellektual potensialımızı zənginləşdirməklə yanaşı, daha əmin addımlarla irəliləməyimizə ilham qaynağı olmasını arzu edirəm".





Baxış sayı: 130
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30