Hazırda Borçalı xalçalarına dünya bazarında böyük maraq var. Bu sözləri Gürcüstan Milli Muzeyinin Şərq kolleksiyalarının kuratoru, professor İrina Koşoridze Bakıda keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Professor əlavə edib: “Xalçaşünas Lətif Kərimovun təsnifatına görə, Borçalı xalçaları Qazax məktəbinə aiddir. Bununla belə, onların dizayn xüsusiyyətləri və texniki elementləri Azərbaycanın digər bölgələrində olan xalçalardan xeyli fərqlənir. Borçalı xalçaları yüksəkkeyfiyyətli yundan, əllə və əsasən təbii boyalarla hazırlanır. Onların ən xarakterik cəhətləri parlaq rəng və rəmzi palitra, rəngarənglik və ya rəngləmə texnikasıdır”.
İrina Koşoridze sözlərinə yekun vuraraq deyib: “Bakıda, “Azərxalça”nın təşkil etdiyi bu gözəl tədbirdə olmaq mənim üçün böyük şərəfdir. Azərbaycanlı həmkarlarım və dostlarımla çox yaxşı və dərin əlaqələrim var. Birlikdə bir neçə layihə, sərgilər keçirmişik. İndi mən Gürcüstan mədəni irsinin kiçik bir hissəsini təmsil edirəm, bu da Azərbaycan xalqının qədim mədəniyyəti ilə bağlıdır. Çünki Gürcüstan ərazisində yerləşən Borçalı və Qaraçöp yaşayış məntəqələrində çox güclü və məşhur toxuculuq məktəbimiz var. Biz burada Azərbaycan xalqının əsrlər boyu mövcud olmuş mədəni irsini də təqdim edəcək kiçik bir layihəni təqdim etməkdən qürur duyuruq”.
Baxış sayı: 235
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
