FACT-INFO.AZ » XƏBƏR » Səbinə Əliyeva “Amnesty International” təşkilatının baş katibinə etiraz məktubu göndərib
1-05-2025, 16:30 | XƏBƏR
Səbinə Əliyeva “Amnesty International” təşkilatının baş katibinə etiraz məktubu göndərib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etiraz məktubu ünvanlayıb.

Fact-info.az xəbər verir ki, məktubda sözügedən təşkilatın rəsmi internet səhifəsində yayımladığı 2024-cü il üzrə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında Azərbaycana dair həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların yer almasının həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut etdiyi qeyd olunub.

Eyni zamanda, hesabatda deyilənlərin əksi olaraq, Azərbaycanda ötən il keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təmsilçilik baxımından geniş əhatəyə malik olduğu, inklüzivliyin təmininə xüsusi diqqət yetirildiyi və vətəndaş cəmiyyəti nümayəndələrinin də fəal iştirakına şərait yaradıldığı bildirilib.

Qeyd edilib ki, “Amnesty International” tərəfindən hesabat hazırlanan zaman ədalətlilik prinsipi gözlənilsəydi, həmin sənəddə 1987-ci ildən başlayaraq münaqişə ilə əlaqədar Ermənistandan zorla qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsinə də diqqət yetirilərdi. Ermənistanın beynəlxalq sənədlərə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl edərək, azərbaycanlıların yaşadıqları ərazilərə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmalarına dair zəmanət verməsinin əhəmiyyəti vurğulanıb.

Məktubda Azərbaycanın azad edilmiş ərazilərində insanların hüquq və azadlıqlarına ciddi təhlükə yaradan Ermənistanın mina terroru, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı Ermənistanın hər hansı məlumat verməməsinə də xüsusi toxunulub, bu cür faktların tamamilə gözardı edilməsinin təşkilatın insan hüquqları məsələlərinə yanaşmasında ciddi qərəz və ikili standartların mövcudluğunu açıq şəkildə göstərdiyi diqqətə çatdırılıb.

Məktubda həmçinin Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının təmini, eləcə də saxlanılma şəraiti və sağlamlıq vəziyyətinin daim diqqət mərkəzində saxlanıldığı, Ombudsman təsisatının saxlanılan şəxslərlə bağlı istənilən məlumatın dəqiqləşdirilməsinə daim açıq və hazır olduğu, aparılan araşdırmaların nəticələrinin mütəmadi şəkildə geniş ictimaiyyətə təqdim olunduğu, hesabatda bu kimi məlumatlara istinad edilmədiyi təəssüflə qeyd edilib.

Ombudsman yekunda beynəlxalq qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün təşkilatları insan hüquqlarına dair hesabatlar hazırlayarkən beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə hörmətlə yanaşmağa, ədalətlilik, qərəzsizlik prinsiplərini pozmamağa, yalnız obyektiv və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.




Baxış sayı: 140
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30