FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan Budapeştdə macar-türk sammitində təmsil olunub
30-04-2025, 12:30 | MƏDƏNİYYƏT
Azərbaycan Budapeştdə macar-türk sammitində təmsil olunub

Macarıstanın paytaxtı Budapeştdə “Mədəniyyət, ali təhsil və innovasiya üzrə macar-türk sammiti” keçirilib. Samitdə ölkəmizi mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Mədəniyyət Nazirliyindən Fact-info.az-a bildirilib ki, Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hankonun moderatorluğu ilə keçirilən açılış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edib. Baş katib sammitin əhəmiyyətini vurğulayıb, bu qəbildən tədbirlərin dost ölkələrin mədəni əməkdaşlığına mühüm töhfə verdiyini deyib.

Sonra təhsil və innovasiya sahələrində Türk dünyası və Macarıstan arasında daha sıx əməkdaşlığa həsr olunmuş iki plenar sessiya təşkil olunub. Sessiyalarda türk dövlətlərinin təhsil və innovasiya üzrə nazir müavinlərinin çıxışları dinlənilib.

Tədbirin ikinci günündə sammit “Ortaq mədəni əlaqələrimiz: ənənələrimizi dünyaya nümayiş etdirmək üçün region olaraq necə daha yaxşı əməkdaşlıq edə bilərik?” mövzusunda üçüncü plenar sessiya ilə davam edib.

TÜRKSOY-un Baş katibi Sultan Raevin çıxışından sonra nazir müavini S.Yusifova ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan həmkarları çıxış ediblər.

Nazir müavini çıxışında Azərbaycan ilə Macarıstan arasında son illərdə mədəni əməkdaşlıq sahəsində əldə edilmiş uğurlu nəticələri diqqətə çatdırıb. O, iki ölkə arasında dostluq münasibətlərinin mədəniyyət sahəsində də yüksək səviyyədə inkişaf etdiyini deyib.

Qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ilk dəfə Türk Dünyası Mədəniyyət Forumu keçirilib və türk dövlətlərinin mədəni əməkdaşlığı baxımından mühüm təşəbbüslər irəli sürülüb. Eyni zamanda Forumun yekunlarına dair “Şuşa bəyannaməsi” qəbul olunub. Bildirilib ki, türk respublikalarının zəngin tarixi-mədəni irsini əks etdirən ortaq filmlərin, animasiyaların çəkilməsi, bu sahədə mütəxəssislər arasında mübadilə proqramlarının həyata keçirilməsi və s. xalqlarımızı daha da yaxınlaşdırır.

Sammitin sonunda bəyanat qəbul olunub. Sənəddə mədəniyyət sahəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, film sənayesi üzrə əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin muzey işi və media savadlılığı sahəsində gənclərin potensialının artırılması və s. məsələlər əksini tapıb.




Baxış sayı: 130
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031