FACT-INFO.AZ » CƏMİYYƏT » Qərbi Azərbaycanla bağlı bir toponimin izi ilə
30-04-2025, 19:00 | CƏMİYYƏT
Qərbi Azərbaycanla bağlı bir toponimin izi ilə

Son dövrlər Qərbi Azərbaycan toponimlərinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Qərbi Azərbaycanın qədim yer adlarını yenidən tədqiq etmək, bu adların yenidən özünə qaytarılması istiqamətində mühüm işlər görülür. Ona görə də tarixi yer adlarının tədqiqi mühüm əhəmiyyət kəsb edir. Müəyyən dövr ərzində bir sıra siyasi səbəblərlə əlaqədar, tarixi yerlərimiz düşmən tapdağı altında qaldığına görə, Qərbi Azərbaycanın bir sıra yer adları dəyişdirilərək başqalaşdırılıb. Həmin toponimlərin yenidən öyrənilməsi, qədim yer adlarımızın tədqiq olunaraq ictimaiyyətə təqdim olunması indi aktual məsələ kimi irəli sürülür. Qərbi Azərbaycan toponimlərinin tarixən türk mənşəli olduğu gerçəyinin özünü folklorda da mühafizə etməsini müşahidə edirik. Belə adlar özünü daha çox çay, dağ, kənd adlarında göstərir.

Tarixi yaddaşımızın bərpasına və qorunaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm verən Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən deyib: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb".

Adında milli kimliyini ehtiva edən qədim Azərbaycan toponimlərindən biri də indiki Ermənistan ərazisində mövcud olan İtqıran kəndidir. Adın etimologiyasına nəzər salaq. Toponim həm şifahi qaynaqlarda, həm də elmi mənbələrdə araşdırılıb. Bəzi tədqiqatçılar toponimin ərazidə konkret bir hadisədən əsas götürərək xalq arasında yayılan rəvayətlərlə əlaqədar olaraq adlandırıldığını qeyd edirlər. Həmin rəvayətlərdən biri belədir:

Qədim zamanlarda İran hökmdarı öz kəndlərindən əlavə, Naxçıvan ətrafındakı kəndlərdən də vergi alarmış. Günlərin bir günü hökmdar öz adamlarını ucqar kəndlərdən birinə göndərib deyir ki, İran ayğırları Tehranda kişnəyib, onların atları quluna qalıblar. Həmin qulunları versinlər.

Kənd camaatı hökmdarın əlindən cana doymuşmuş. Ona görə vergi verməkdən boyun qaçırırlar. Şahın adamları çox çək-çevirdən sonra deyirlər:

- Sözünüzü hökmdara özünüz deyin.

Kəndin camaatından bir dəstə ayrılıb İrana gedir. Hökmdarın sarayına bir günlük yol qalanda dəstə başçısı yoldaşlarına əmr edir ki, qabağınıza çıxan itləri vurub öldürün. Sözü bir yerə qoyub harda it görürlərsə, öldürürlər. Xəbər hökmdara çatır. O, həmin adamları yanına çağırtdırıb itləri öldürmələrinin səbəbini soruşur. Dəstə başçısı deyir:

- Şah sağ olsun, bu itlər sizin də, bizim də düşmənimizdir. Canavarlar qulunlu atlara hücum edəndə, bu itləri nə qədər harayladıqsa, köməyə gəlmədilər. Atların çoxunu canavarlar parçaladı, qalanı da qorxudan bala saldı.

Şah özündən çıxıb deyir:

- Ordan haraylamağı itlər haradan eşidərdi?

Dəstə başçısı istehza ilə şaha baxıb deyir:

- Şah sağ olsun, bəs İranda kişnəyən ayğırların Naxçıvanda qulunları necə olurdu?

Şah dəstə başçısının qorxmazlığını, hazırcavablığını görüb deyir:

- Bu gündən kəndinizin adını "İtqıran" qoyuram. Kəndliləri də vergidən azad edirəm.

Elə o vaxtdan həmin kəndin adına el arasında "İtqıran" kəndi deyirlər.

Toponimin yaranması ilə bağlı şifahi qaynaqlardan fərqli olaraq, elmi mənbələrə nəzər yetirsək görərik ki, nəticə tamam fərqlidir. Toponimin V.Radlovun lüğətində əksini tapmış itkür/ötkür sözündən ("itiləmək, yonmaq") yarandığını, kənd adının burada yaşayan əhalinin məşğuliyyəti ilə bağlı olaraq adlandırıldığını da ehtimal etmək olar. Bu ada bir çox variantlarda müxtəlif ərazilərdə rast gəlinir. Azərbaycanın Cəbrayıl rayonunda dağ, Tumas kəndi ərazisində dərə adı, Ermənistanda İtqıran kənd, Laçın rayonu Çəmbər kəndi ərazisində İtqıran dağ adı, XIX əsrdə Şimali Qafqazdakı Ter bölgəsində, Nalçik dairəsində İtqırtı (dağ), İtkolu (çay), həmin əyalətin Qrazlı dairəsində Etkala, Azərbaycanda İtyat (dağ) Ermənistanda İtgör, Gürcüstanda İdleti başqa adlar mövcuddur ki, bunlar mənşəcə eynidir. Bizim tədqiqata cəlb etdiyimiz İtqıran toponimi İ.Bayramovun qeyd etdiyi kimi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd adıdır. Məntəqə rayon mərkəzindən 17 km cənub-qərbdə yerləşir. Kənddə 1831-ci ildə 157 nəfər, 1873-cü ildə 257 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 235 nəfər, 1904-cü ildə 490 nəfər, 1914-cü ildə 539 nəfər, 1916-cı ildə 442 nəfər və yalnız azərbaycanlılar yaşamışdı. 1918-ci ildə kəndə erməni təcavüzünə məruz qalaraq qalmış və kənddə yaşayan azərbaycanlılar qırğınlarla qovulmuşdu. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz doğma yurdlarına dönə bilmişdilər. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 127 nəfər, 1939-cu ildə 202 nəfər, 1959-cu ildə 148 nəfər, 1979-cu ildə 253 nəfər və yalnız azərbaycanlılar yaşayıblar. 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən kəndin bütün sakinləri tarixi-etnik vətənlərindən deportasiya edildi. İndi burada ermənilər yaşayır. Ermənistan hökuməti tərəfindən 03.0l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gülüstan, Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Nor Aznaberd qoyulub.

Məntəqə adı 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin "Məvaziyi-Xatun" nahiyəsində İtqıran kimi qeyd olunub. 1728-ci ilə aid mənbədə "Hüseyn vələdi Mövlud" adlı şəxsə (mülkədara) aid kənd olduğu göstərilir. Toponimin birinci komponenti qıpçaqların Et tayfasının adı ilə bağlıdır. Mahmud Qaşqari oğuz tayfalarından danışdıqda İt-peçeneq tayfasının da adını çəkmişdir. Toponimin "qıran" komponenti isə türk dillərində kuren, kuran, "hərbi düşərgə", "maldar elin müvəqqəti dayanacaq yeri" sözündən ibarətdir. XIII əsr müəllifi Rəşidəddin yazır ki, hər hansı bir maldar el bir yerdə dayandıqda ortada başçının (xanın) çadırı yerləşmək etibarilə alaçıqlardan dairəvi formada yaradılan dayanacaq kuran adlanır. Bir qayda olaraq hər kuran 1000 alaçıqdan ibarət olurdu. Kuren, bir qayda olaraq qohum ailələr qrupunu birləşdirirdi və başında xan dururdu. XII əsrə aid rus mənbəyində qıpçaqlarda Itoqlı xan adı da qeyd olunmuşdur. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində İt-Sırtı dağı, İtkolu çay adı, həmin əyalətin Qroznı dairəsində Et-Kala, Azərbaycanda Yelizavetpol quberniyasında İt-yan dağ adı, Tiflis quberniyasının Qori qəzasında İdleti (İdli və gürcücə eti "yer" sözlərindən), bəzi rayonlarımızdakı Ətcələr (əsli Etcələr, yəni "Et tayfasından olanlar") kənd adları və XIX əsrdə Quba qəzasında Etilər dağı, oronimi bu etnonimlə bağlıdır. Kəndin adı "Et tayfasının düşərgəsi" mənasını verir. Toponim tarixi mənbələrində adı çəkilən itbarak tayfa adında öz əksini tapan və etnonimi kimi işlənən it və qədim türk dilində "kənd yaşayış yeri, meşədə yurd, dəyə, maldarların müvəqqəti dayanacaq yeri" mənasında işlənən kuren//kuran (qıran) sözündən əmələ gəlmişdir. Quruluşca mürəkkəb etnotoponimdir. Sonda onu da qeyd etmək lazımdır ki, kənd indiki Ermənistan ərazisində yerləşsə də, adın etimologiyası təsdiq edir ki, bu ad türk mənşəlidir və türklərə məxsusdur. Adlar tarixdən birdəfəlik silinmir!

Cəmilə MƏHƏRRƏMOVA

AMEA Naxçıvan bölməsinin əməkdaşı




Baxış sayı: 205
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Dünən, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Dünən, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Dünən, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Dünən, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930