M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında mayın 3-də qeyd olunan Türk Dünyasının Həmrəylik Gününə həsr olunmuş “Birlik ruhu” adlı möhtəşəm konsert olub. Fact-info.az xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əvvəlində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova çıxış edərək fondun fəaliyyətindən ətraflı danışıb, həmçinin konsertin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkür edib.
Səhnədə dirijorlar Yalçın Adıgözəlov və Kanat Ömərovun (Qazaxıstan) rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestri və “Turan” etno-folklor ansamblı çıxış edib.
Konsertdə türk xalqlarının musiqi irsinin zənginliyini, mənəvi birliyini əks etdirən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistan xalq mahnıları və bəstəkarların əsərləri səsləndirilib.
Baxış sayı: 205
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
