FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycanlı alimin Böyük Britaniyada kitabı çap olunub
12-08-2015, 09:30 | MƏDƏNİYYƏT
Azərbaycanlı alimin Böyük Britaniyada kitabı çap olunub

Bu günlərdə Azərbaycan Dillər Universitetinin (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Şahin Xəlillinin Böyük Britaniyanın "Rossendale Books" kitab evində "Ürək şəkilli yarpaqlar: aforizmlər, adaptasiyalar, improvizasiyalar və esselər" adlı kitabı çap olunub.

AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət olan kitaba müəllifin "Etiraf"ı və "Ön söz"ü daxil edilib, nəşrin son səhifələrində isə müəllifin müraciət etdiyi mənbə və müəlliflərin "Göstərici"si təqdim olunub.

Nəfis şəkildə tərtib edilmiş kitaba Harvard Universitetinin Müqayisəli dünya ədəbiyyat kafedrasının müdiri, professor Deyvid Damroşun verdiyi rəydə oxuyuruq: "Ürək şəkilli yarpaqlar" əyləndirici və müdrikcəsinə qələmə alınmış aforizmlər və söyləmələr toplusudur. Bu XX əsr Britaniya və Amerika şairi, yazıçı və tənqidçisi Uistan Hyu Odenin "Ümumi dəftər" kitabı kimi unikal bir topludur".

Kitabın ikinci rəyçisi filologiya üzrə fəlsəfə doktoru F.Aleksander Magill isə müəllifin ingilis dilində yazdığı əsərini, hər şeydən əvvəl, onun ədəbiyyata sevgi dolu baxışının bədii ifadəsi kimi dəyərləndirib.

Azərbaycanlı alim İngiltərədə nəşr olunan kitabının "Etiraf" hissəsində əsərin çapa hazırlanmasında ona tövsiyə və məsləhətlərini verən şotland əsilli Britaniya tədqiqatçı alimi F.Aleksander Magill və azərbaycanlı həmkarı Fialə Abdullayevaya təşəkkürünü bildirir.

Qeyd edək ki, Şahin Xəlilli Qərbi Azərbaycanda anadan olub. 1959-cu ildən Bakıda yaşayır. O, Azərbaycan Dillər Universitetində və Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb. Filologiya elmləri doktoru və ADU-nun professorudur. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda elmi məruzələrlə çıxış edib. O, bir neçə kitabı, o cümlədən "Britaniya adalarının xalq nağılları"nı, ingilis yazıçısı Ceyms Moriyerin "İsfahanlı Hacıbabanın macəraları" romanını (Zakir Səfəroğlu ilə birlikdə) tərcümə edib. Çoxsaylı şərh, məqalə və tərcümələrlə yanaşı, o, bir neçə kitabın – "Yerin ulduzları. Uşaqlar üçün şeirlər" (1990), "Ürəyimdən keçənlər" (1996) şeirlər kitabının, "Ceyms Oldric və Azərbaycan" (1992), monoqrafiyasının, "Ədəbi əlaqələr işığında " (2002), "Azərbaycan-ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında" (2002), "Klassik poeziya və ədəbi əlaqələr" (2003), "Şekspir sonetləri Azərbaycan dilində" (2009) adlı nəşrlərin müəllifidir. O, ingilis dilində nəşr olunmuş "Şekspirin ingilis tarixi pyesləri" (2009) və "Orta əsrlər dövrü Britaniya ədəbiyyatı. I hissə" (2012) adlı dərs vəsaiti və dərsliyin müəlliflərindən biridir.  Professor Şahin Xəlillinin "Ruhun göz yaşları: aforizm, ədəbi diskurs və esselər" adlı ikinci kitabı 2016-cı ildə Böyük Britaniyada nəşr olunacaq.

 

 

 



Baxış sayı: 2 525
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30