FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunması vandalizm aktıdır
16-01-2024, 09:30 | MƏDƏNİYYƏT
Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunması vandalizm aktıdır

"Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-le ban şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qırmızı boyanın atılması, heykəlin selofanla örtülməsi, əraziyə verilmiş "Azərbaycan parkı" sözünün çıxarılacağı ilə bağlı ortaya atılan iddialar Fransanın insanlığa, mədəniyyət, incəsənətə, bəşəri dəyərlərə və ölkəmizə qarşı vandalizm aktının növbəti təzahürüdür".

Bu sözləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yanvarın 15-də keçirilən Elmi şurasının genişləndirilmiş iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasına münasibət bildirərkən deyib.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı Azərbaycan televiziyalarına dərin məzmunlu geniş müsahibəsində bu hadisəni vandalizm aktı kimi qiymətləndirib və hadisədən sonra tək Fransadakı deyil, Avropadakı diaspora nümayəndələrimiz, fəallarımız heykəlin qarşısında etiraz aksiyası keçiriblər. Akademik İsa Həbibbəyli bu addımın tək ölkəmizə deyil, eyni zamanda bəşəri mədəni irsə qarşı cinayət aktı kimi dəyərləndirildiyini vurğulayıb.

AMEA rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Fransanın Azərbaycana qarşı münasibətinin kəskinləşdiyini, rəsmi Parisin məkrli şəkildə Ermənistana dəstək verdiyini, yeni müharibə toxumları səpməkdə olduğunu qəbuledilməz fakt kimi pisləyib, bildirib ki, bu, Fransa dövlətinin Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfəri və ölkəmizin ərazi bütövlüyünü həzm edə bilməməsinin təzahürüdür.

Vətən müharibəsindən sonra Fransanın Ermənistanı cidd-cəhdlə silahlandırdığını deyən akademik İsa Həbibbəyli Fransanın başlıca niyyətinin Qafqazda yeni müharibə ocaqları yaratmaq olduğunu, bu düşüncənin Ermənistanı fəlakətə aparacağını söyləyib. Fransa prezidenti Emmanuel Makronun Fransada, eləcə də Avropada siyasi dəstəyini və imicini itirdiyini deyən natiq başda "Sarı jiletlilər" olmaqla, Fransa cəmiyyətinin özünün də Makronun siyasətinə qarşı ciddi etirazlarını bildirdiklərini vurğulayıb.

Xurşidbanu Natəvanın Azərbaycanın görkəmli qadın ziyalılarının ən görkəmli nümayəndələrindən biri olduğunu deyən akademik İsa Həbibbəyli şairənin dünya irsinə öz töhfələrini verdiyini, "Gül dəftəri - illüstrasiyalı şeirlər albomu"nun isə 2023-cü ildə UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edildiyini xatırladıb. Bildirib ki, Xurşidbanu Natəvan Qafqaza səfər etmiş tanınmış fransız yazıçısı Aleksandr Dümanı evində qonaq edərək onunla şahmat masasının arxasında əyləşib, Azərbaycanın qonaqpərvərliyini, xalqımızın Fransa xalqına olan münasibətini göstərib, bütün bunların qarşılığında isə Fransada şairəmizin heykəli vəhşi münasibətlə üzləşib.

Akademik İsa Həbibbəyli, həmçinin ölkəmizdə Fransa ədəbiyyatı ilə bağlı önəmli tədqiqatların aparıldığını, fransız yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap edildiyini və bütün bunların xalqımızın, dövlətimizin yüksək bəşəri, mədəni dəyərlərin daşıyıcısı olduğunu bildirib.

AMEA prezidenti Viktor Hüqonun vətənində, Luvr kimi muzeyin, eləcə də UNESCO-nun Baş qərargahının yerləşdiyi ölkədə Natəvanın heykəlinə qarşı, mədəniyyətimizə qarşı göstərilən vandalizm aktını və Fransa prezidenti Emmanuel Makronun siyasətini qətiyyətlə pislədiyini bildirib, hadisəni törədənlərin layiqli cəzalarını almasını tələb edib.

Sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin etiraz ideyasını ifadə edən çıxışları səsləndirilib. Həmçinin fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səfəri" əsərinin tərcüməçisi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev, Natəvan haqqında yazılmış monoqrafiyanın müəllifi, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru İslam Qəribov, şairənin əsərlərinin tədqiqatçısı, şöbə müdiri, professor Tahirə Məmməd və Azərbaycan-Fransa ədəbi əlaqələrinin araşdırıcısı, institutun dissertantı Şəhla Qurbanova çıxış ediblər. Çıxışlarda Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktının Fransanın Azərbaycana qarşı kin-küdurətinin göstəricisi olduğu bildirilərək Azərbaycan-Fransa ədəbi əlaqələrindən danışılıb, Fransanın Evian-le ban bələdiyyəsinin üzr istəməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Fransa tarixən Əlcəzairdə, Tunisdə, Mərakeşdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlarla bəşəriyyətə, insanlığa qarşı olan vəhşi münasibətini göstərib. Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qətiyyətli qələbədən sonra Fransadakı erməni diasporunun təzyiqləri nəticəsində rəsmi Parisin ölkəmizə qarşı münasibəti pisləşib və ötən müddət ərzində Fransanın rəsmiləri insanlıqdan uzaq, ədalətsiz qərarlar qəbul ediblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz münasibət bildirənlər layiqli cəzalarını almalıdırlar.




Baxış sayı: 150
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30