FACT-INFO.AZ » AKTUAL » Azərbaycan son 20 ildə həm sabit ölkəyə, həm də beynəlxalq münasibətlərdə aparıcı oyunçuya çevrildi
23-10-2023, 09:00 | AKTUAL
Azərbaycan son 20 ildə həm sabit ölkəyə, həm də beynəlxalq münasibətlərdə aparıcı oyunçuya çevrildi

Azərbaycan hazırda öz tarixinin ən parlaq səhifələrini yazır. Kifayət qədər gücə və söz sahibinə malik olan ölkəmiz, həmçinin beynəlxalq aləmdə aparıcı oyunçulardan biridir və öz şərtlərini diktə edən dövlət kimi də tanınır. Çox sevindirici haldır ki, məhz bu xüsusiyyətlərinə görə Azərbaycan 30 ildən çoxdur ki, erməni separatçılığı ilə bağlı mübarizədə qalib tərəf kimi çıxış edir. Dövlətimiz ərazi bütövlüyünü tam bərpa etməklə yanaşı, Qarabağda böyük bərpa-quruculuq işlərinə başlayıb. Həmin ərazilərin sakinlərinin birgə yaşaması üçün şərait yaradan, sülh gündəliyini təqdim edən, bir çox platformalar vasitəsilə belə vacib tədbirlər təşkil edən, mühüm siyasətə imza atan tərəf kimi özünü tanıtmaqdadır. Onun bu rolu dünyanın müxtəlif güc mərkəzləri tərəfindən xüsusilə təqdir edilir.

 Fact-info.az-ın məlumatına görə,  bunu AZƏRTAC-a açıqlamasında “Avrasiya miqrasiya təşəbbüsləri platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib.

Ulu Öndərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması siyasəti sonralar Prezident İlham Əliyev tərəfindən davam etdirildi

Artıq xalqımız üçün bir nömrəli problem olan Qarabağ münaqişəsinin aradan qaldırıldığını bildirən Azər Allahverənov deyib: “Dövlətin istər daxili, istərsə də xarici siyasəti bilavasitə həmin problemin aradan qaldırılmasına yönəlmişdi. Azərbaycan bu problemi artıq həll edib. Bundan sonra postmüharibə dövründə ölkəmiz üçün vacib olan yeni prioritetlər var ki, dövlətimiz həmin istiqamətdə öz səylərini səfərbər etməkdədir. Belə ki, ölkənin beşdə bir hissəsində bərpa-quruculuq işləri həyata keçirilir. Həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası, orada yaşayan sakinlərin əraziyə tam reinteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməsi və yaşaması üçün zəruri infrastrukturun və təhlükəsizlik mühitinin yaradılması, iqtisadiyyatın müxtəlif seqmentləri üzrə irimiqyaslı layihələrin icrası mühüm məsələlərdəndir”.

İctimai Birliyin sədrinin sözlərinə görə, Azərbaycan, eyni zamanda, bir-birinin ardınca bir sıra ciddi uğurlara imza atıb. Qırx dörd günlük Vətən müharibəsindən başlayaraq ardıcıl həyata keçirilən siyasət ölkə ərazisinin tam bərpa olunmasına gətirib çıxardı. Nəticədə bu il oktyabrın 15-də Xankəndində Azərbaycan bayrağının ucaldılması və həmin tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin çoxşaxəli və dünya ictimaiyyətinə ünvanlanmış sülh mesajları ilə dolu çıxışında həmin məsələlər xüsusilə əksini tapdı. Bu baxımdan biz xoşbəxt nəslin nümayəndələriyik. Ona görə ki, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsindəki uğursuzluqları, ağrı-acı həyatı yaşamışdıq. İqtisadi cəhətdən tənəzzül, işsizlik, xaos istər siyasi mühitdə, istərsə də sosial və digər sahələrdə özbaşınalıq, pərakəndəlik, qeyri-mütəşəkkillik, ayrı-ayrı bölgələr üzrə separatçılıq əhval ruhiyyəsinin olması və həm daxildən, həm də xaricdən respublikamızın suverenliyinə qısqanclıqla yanaşan qruplar sadalanan mənfi halların baş verməsinə hesablanmış siyasət yürüdürdülər. Biz dövlətçiliyimizin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdıq. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıtması nəticəsində ardıcıl olaraq “Əsrin müqaviləsi”nin və atəşkəs protokolunun imzalanması, cəbhədəki uğurlar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı reallaşdırılan siyasət sonrakı mərhələdə Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən yürüdülməyə başlandı.

Hərbi sahədə islahatlar 44 günlük savaşın qazanılmasını zəruri etmişdi

O qeyd edib ki, 2003-2023-cü illərdə Azərbaycan çox böyük inkişaf yolu qət edib. Bir çox sahələrdə kifayət qədər uğurlara imza atan Azərbaycan həm siyasi cəhətdən sabit ölkəyə, həm də beynəlxalq münasibətlər sistemində aparıcı oyunçuya çevrilib. Azərbaycan Qoşulmama Hərəkatında sədrlik dövründə də mühüm nailiyyətlər qazanıb. Həmçinin hərbi quruculuq sahəsində ən müasir texnoloji silahlanma, kadr potensialının artırılması, xüsusilə də bu sahədə uğurların əldə olunması 44 günlük savaşın qazanılmasını zəruri etmişdi.

Artıq keçmiş məcburi köçkünlər tədricən yurd-yuvalarına qayıtdılar. 2026-cı ilin sonunadək 140 min keçmiş məcburi köçkünün də işğaldan azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulur. Bu, əlbəttə çox böyük rəqəmdir. Əgər işlər belə sürətlə davam edərsə, sonrakı mərhələdə daha çox keçmiş məcburi köçkünün işğaldan azad olunmuş ərazilərə qaytarılması nəzərdə tutulur. Təxminən bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün bu çox ciddi uğurdur və dünyada heç bir dövlət bununla öyünə bilməz.

“İstər NATO-da, istərsə də digər təşkilatlarda Ordumuzun apardığı hərbi əməliyyatlar hazırda öyrənilməkdədir. Eynilə də Azərbaycan dövləti separatçılığa son qoymaqla dünyaya onunla mübarizə nümunəsini göstərdi və bu sahədə Azərbaycan modeli indi də dünyada araşdırılır. Yumşaq güc, danışıqlar, müəyyən lokal antiterror tədbirləri və digər məsələlər bu uğurun qazanılmasını şərtləndirdi. Bu gün biz tam əminliklə müzəffər xalqın nümayəndəsi olmağımızla fəxr edə bilərik.

Çox sevindirici haldır ki, bu gün artıq nəhəng Avropa qitəsi belə Azərbaycanın imkanlarını nəzərdən keçirir, onu enerji təhlükəsizliyinin zəmanətçisi kimi görür. Azərbaycan bir çox müxtəlif qütbləri əlaqələndirir və ölkəmiz vasitəsilə nəqliyyat dəhlizlərinin tam funksionallıqla işləməsi üçün mühüm işlər görülür. Bu da həm iqtisadi cəhətdən ölkənin qüdrətli olmasını, həm də siyasi cəhətdən sabitliyi təmin edir. Biz Azərbaycan vətəndaşları olaraq həm bununla fəxr edir və qürur hissi keçirdir, eyni zamanda, həmin proseslərin iştirakçısı və müşahidəçisiyik. Bu yerdə Ulu Öndərin məşhur kəlamı yada düşür: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam”. Bu gün Azərbaycanın hər bir vətəndaşı da fəxr edir ki, qalib ölkənin vətəndaşıdır və Müzəffər Azərbaycan xalqının təmsilçisidir”, - deyə A.Allahverənov fikrini yekunlaşdırıb.

 




Baxış sayı: 215
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30