FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Heydər Əliyevin zəfər ordusu quruculuğu - MƏQALƏ
9-04-2023, 15:35 | TƏDQİQATLAR-ANALITIKA
Heydər Əliyevin zəfər ordusu quruculuğu - MƏQALƏ

 Beynəlxalq münasibətlər sahəsinin tanınmış mütəxəssislərindən olan K. Rayt qeyd edirdi ki, dövlətin ordusu güclüdürsə, onda onun xarici siyasəti də güclü olacaq. Bu baxımdan, ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-Musavat hakimiyyəti dövründə ordu quruculuğu istiqamətində addımların atılmaması ucbatından xarici siyasət müstəvisində də ölkəmiz zəif durumda idi. Bundan başqa, ordu quruculuğu üçün resurs tələb olunur. Resursların formalaşdırılması üçün isə, milli iqtisadi sisteminin olması və səmərəli fəaliyyəti vacibdir. Lakin həmin dövrdə ölkədəki qeyri-sabitlik bu və ya digər istiqamətlərdə hansısa dəyişikliklərə nail olunmasına imkan vermirdi. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqının çağırışı ilə ikinci dəfə ali siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində işlərin görülməsi üçün imkanlar yaranmağa başladı. Heydər Əliyevin atdığı ilk addımlar daxili siyasi sabitliyin təmin olunması istiqamətində oldu. Qısa zaman kəsiyində sabitliyin təmin olunması məhz Heydər Əliyevin iradəsi, əzmkarlığı və müdrikliyi sayəhində mümkün oldu. Xalq onun ətrafında sıx birləşərək yeni Azərbaycanın qurulması istiqamətində qüvvələrini səfərbər etdi. Daxili sabitliyin təmin olunması milli iqtisadi sistemin qurulmasını mümkün edirdi. Təbii ki, dağılmış iqtisadi sistemlə müstəqilliyinə qovuşmuş Azərbaycan üçün hər şeydən öncə ciddi maliyyə resursları tələb olunurdu. 1994-cü ilin sentyabrında Əsrin müqaviləsinin imzalanması ölkəyə sərmayə cəlb olunması istiqamətində atılmış ən mühüm və təsirli addım oldu. Bundan sonra Azərbaycanın iqtisadi inkişafını şərtləndirəcək elementlərin formalaşdırılması imkanları yarandı. Bütün bunlar isə, sözsüz ki, milli ordu quruculuğunu həyata keçirməyə imkan verirdi. Nəzərə almaq lazımdır ki, həmin dövrdə Ermənistan ölkəmizə qarşı terrorlarını və işğalçılıq siyasətini davam etdirirdi. Belə bir şəraitdə ölkənin inkişaf strategiyasını müəyyənləşdirib həyata keçirmək və müvafiq olaraq düşmənin qabağına çıxacaq ordunun formalaşdırılması üçün həm də zaman tələb olunurdu. Bu mənada, xüsusi vurğulamaq lazımdır ki, 1994-cü ilin mayında Bişkek protokolunun imzalanması ilə atəş rejiminin tətbiq olunması da Heydər Əliyev müdrikliyinin göstəricisi idi. Həqiqətən də, bundan sonra ölkənin hərtərəfli inkişafı və ordu quruculuğu istiqamətində olduqca təsirli addımlar atmaq mümkün oldu. 2020-ci ilin payızında Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində işğalçı Ermənistan ordusunun darmadağın edilməsi bir sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin vaxtında atdığı addımlar olduqca düşünülmüş və müdrik idi. Özünün unikal siyasi intuisiyasına söykənərək Heydər Əliyev atdığı bütün addımlarında erməni işğalı altında olan torpaqlarımızı düşünürdü və hər zaman tərəddüd etmədən deyirdi ki, biz mütləq o torpaqlara qayıdacağıq. Çünki, həyata keçirdiyi fəaliyyətin nəticələri haqqında aydın təsəvvürləri var idi. Ayrıca olaraq, formalaşdırmağa başladığı Azərbaycan Ordusunun gələcəkdə nəyə qadir olacağını da çox yaxşı bilirdi.

Heydər Əliyevin Milli Ordu quruculuğu istiqamətində atdığı ilk addım bu sahədə səmərəli idarəçiliyin qurulmasından ibarət oldu. Dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik olan Heydər Əliyev çox yaxşı bilirdi ki, keyfiyyətli idarəçilik, nizam-intizam olmadan heç bir sahədə uğur qazanmaq olmaz. Müstəqilliyin ilk illərində ordunun zəif olmasının əsas səbəblərindən biri də məhz vahid idarəçilik sisteminin olmamasından ibarət idi. Ayrı-ayrı şəxslərə tabe olan silahlı qruplaşmalarla təbbi ki, ölkənin hərbi təhlükəsizliyini təmin etmək olmazdı. Ordunun gücünü təyin edən mühüm amillərdən biri də cəmiyyətin ona olan inamıdır. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin əsas diqqət yetirdiyi məsələlərdən biri də xalqın orduya olan inamını gücləndirməkdən ibarət idi. Sözsüz ki, bunun üçün ən müasir tələblərə uyğun Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində təsirli addımların atılması vacib idi. Heydər Əliyev sözügedən istiqamətdə fəaliyyətin həyata keçirilməsi prosesində xalqın yaxından iştirak etməsi üçün bütün şəraiti təmin edirdi. 1993-cü ilin noyabrında Heydər Əliyevin çağırışına səs verərək, Azərbaycan xalqının bütün təbəqələri ordu quruculuğu prosesinə qoşulmuşdur. Qısa zaman kəsiyində orduda vahid rəhbərlik təmin edildi, ayrı-ayrı silahlı dəstələr ləğv olundu. Formalaşdırılması prosesində birbaşa yaxından iştirak edən xalqda ordunun özünün bir parçası olması haqqında təsəvvürlər güclənməyə başladı. Azərbaycan cəmiyyətində orduda xidmət keçməyə olan münasibət köklü şəkildə dəyişdi. Artıq ordu ilə bərabər bütün Azərbaycan xalqı Ermənistanın işğalçılığına qarşı səfərbər olmağa, mübarizəyə başlamağa hazır olduğunu nümayiş etdirirdi. Heydər Əliyev Milli Ordu quruculuğunu səngərlərdə həyata keçirirdi. O, davamlı olaraq hərbi hissələrə baş çəkirdi, səngərlərdə əsgərlərlə çiyin-çiyinə dayanırdı. Orduda müasir peşəkarlıq tələblərinə cavab verən, vətənpərvər zabitlərin xidmətə cəlb edilməsi məsələsini Heydər Əliyev xüsusi diqqətdə saxlayırdı. Heydər Əliyev ordu quruculuğu prosesində hər zaman o prinsipdən çıxış etdirdi ki, ordu dövlətin müstəqilliyinin, təhlükəsizliyinin, inkişafının və ümumiyyətlə, milli maraqların qorunmasının əsasıdır. Heydər Əliyev Azərbaycan Ordusunda mənəvi vətənpərvərlik elementlərini formalaşdırmaq və möhkəmləndirməklə yanaşı, həm də ordunun ümumi görünüşünü dəyişirdi. Yəni, ən müasir hərbi texnikaların və texnologiyaların Azərbaycan Ordusunun təchizat arsenalına daxil edilməsi Ulu Öndərin diqqət yetirdiyi vacib məqamlardan idi. Bunun üçün isə büynəlxalq hərbi əməkdaşlığı inkişaf etdirmək tələb olunurdu. Xüsusilə də, qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlığın sonrakı mərhələdə ordu quruculuğu prosesinə ciddi töhfə vermişdir. Azərbaycanlı zabitlərin Türkiyədə hazırlanması və digər istiqamətlərdə hərbi əməkdaşlığın qurulması ordu quruculuğu istiqamətində kifayət qədər təsirli oldu. 1998-ci il may ayının 22-də Heydər Əliyev tərəfindən 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunması haqqında sərəncam imzalanmasını da ordu quruculuğunun mühüm komponentlərindən biri hesab etmək olar. Bu, həm də onun göstəricisi idi ki, Heydər Əliyev fəaliyyətində varislik prinsipini də diqqətdə saxlayır.

Ulu Öndər Heydər Əliyev tərəfindən ən müasir tələblərə uyğun, ölkənin hərbi təhlükəsizliyini etibarlı təmin etməyə iman verəcək nizami ordu quruculuğu sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2003-cü ildən sonra Azərbaycanda ordu quruculuğu yeni keyfiyyət mərhələsinə keçdi. Ordunun təchizatı həm də yerli istehsal hesabına həyata keçirilməyə başladı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə hərbi sənaye kompleski yaradıldı. Hazırda Azərbaycan istehsal etdiyi hərbi təyinatlı məhsullar sayəsində həm də dünya silah bazarının fəal iştirakçılarından birinə çevrilməkdədir. Artıq Azərbaycan Ordunun gücü haqqında dünya miqyasında təsəvvürlər formalaşmağa başladı. 2011-ci il iyun ayının 26-da Bakıda təşkil olunmuş hərbi parad bu istiqamətdə olduqca təsirli idi. Ermənistan da aydın görürdü ki, Azərbaycana qarşı təxribatlar onun özü üçün ağır nəticələrə səbəb olur. Məsələn, 2016-cı və 2018-ci illərdə Ermənistanın işğalçı ordusunun törətdiyi təxribatların sərt şəkildə qarşısının alınması Azərbaycan Ordunun gücünü aydın nümayiş etdirdi. 2020-ci il sentyabr ayının 27-də isə düşənin təxribatlarının qarşısının alınması ilə bərabər torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarına başlayan Azərbaycan Ordusu 44 ərzində işğalçı Ermənistan Ordusunu darmadağın etdi və Azərbaycan tarixinin şanlı zəfər səhifəsini yaratdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer almaqdadır. Bundan sonrakı mərhələdə Azərbaycan dövlətinin və xalqının güclü ordusuna söykənərək daha böyük uğurlara çatacağına heç kim şübhə etmir.

Elşad Mirbəşir oğlu

Milli Məclisin deputatı, YAP İH-nin üzvü, Siyasi elmlər doktoru, professor.




Baxış sayı: 258
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031