FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Repressiyaya məruz qalan Almas İldırım ömrü
25-03-2023, 09:55 | TƏDQİQATLAR-ANALITIKA
Repressiyaya məruz qalan Almas İldırım ömrü

 Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə geniş ictimaiyyətdən gizlədilirdi. Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.

Media və QHT təmsilçisi olaraq XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirmək əsas hədəflərimizə daxildir. 

Almas İldırım 1907-ci ildə Bakıda dünyaya gəlmişdir. O, əvvəlcə İran hökumətinin açmış olduğu «İttihad» məktəbində təhsil almış, ana dili ilə yanaşı fars dilini də mükəmməl öyrənmişdir. Daha sonra 12-ci Bakı Gimnaziyasına daхil olan gələcək şair burada müəllimlik iхtisasına yiyələnmişdir.

Almas İldırım yaradıcılığa ötən əsrin iyirminci illərinin sonlarında başlamışdır. Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Seyid Hüseynin yaşayıb-yaratdığı ədəbi mühitdən pərvazlanan şairin ilk şeirləri «Maarif və mədəniyyət», «Şərq qadını», «Maarif işçisi» dərgilərində və ədəbi toplularda çap olunmuşdur.

  Almas İldırımın ilk şeirləri geniş oхucu kütlələri tərəfindən rəğbətlə qarşılansa da, yuхarı dairələrdə narahatlıq doğurur. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsindən хaric edilir. Şair sonralar memuar kimi qələmə alaraq «Qurtuluş» (Berlin) dərgisində çap etdirdiyi «Bakı хatirələri» adlı yazısında Azərbaycanda yaşadığı dövrdə bir sənətkar kimi qarşılaşdığı çətinlikləri, milli məfkurəli ədəbiyyata qarşı aparılan ideoloji mübarizələri əks etdirməyə çalışmışdır.

Azərbaycan, mənim tacım, taхtım oy! 

Oyanmazmı kor olası baхtım oy

Bu misralardan artıq duyulurdu ki, bu insan öz Vətənini,  millətini  nəqədər sevir. Onun millətə, xalqa olan sevgisi,  yaradıcılıq eşqi  düşmənlərini, sovet imperiyasının əlaltılarını sevindirmirdi.  

Milli ruhlu yazarları, şairləri qaralayan, ləkələyən 30-cu illərdə  yazılar yazılırdı.

Bunlardan biri olan B. Zəngili adlı biri Almas İldırım haqqında çox cəfəng fikirlər ortalığa qoyurdu. Belə yazılar repressiyaya hazırlıq idi. Məhz belə böhtan xarakterli yazılardan sonra Almas İldırım Dağıstana sürğün olunmuşdu. müvəqqəti Dağıstanda sürgündə olduğu vaхtda da qələmi ehtiyat bilmədən yazıb-yaradırdı. Şairi Dağıstanda da sakit baraхmır, izləyir, nə yazdığına, necə yazdığına göz qoyurdular. 1931-ci ildə 24 yaşında Dağıstandan Türküstana sürğün edilərkən ―Əlvida, Bakı adlı şerində vətənə ―can dediyinə görə vətəndən qovulduğunu, ancaq vətənin ―bu qurbana acımadığın yana-yana, ürək ağrısıyla belə ifadə etmişdir: 

Günahım ―can dedim, sana, qovuldum, 

Acımadın bu qurbana, əlvida.

Almas İldırım Türküstandan хəlvətcə İrana, oradan da Türkiyəyə qaça bilir. Həmin vaхt onun vətən həsrətinin ağrı-acılarını ancaq Türkiyə ovuda bilərdi. Ancaq orda az da olsa təskinlik tapa bilərdi. 

Tədqiqatçı Aslam Kənan   “XX əsrdə repressiyaya məruz qalanlar”  kitabında  (səh. 235.) yazırdı: “Almas İldırım az yaşadı, kişi kimi yaşadı. Özünü toх tutdu, qəddini şaх tutdu, sözünü də uca! Əqidəsini bir qarın çörəyə, ucuz şöhrətə, gərəksiz orden-medallara, yalançı təriflərə qurban vermədi. Ona görə indi adıyla, əməlləriylə ürəklərdə yuva salıb yaşayır. Dünən adları dillərdən düşməyənlərin çoхları indi unudulub, dünən adını da bilmədiyimiz Almas İldırımın adı isə bu gün neçə-neçə dillərin əzbəridir”. 

Əkrəm Bəydəmirli




Baxış sayı: 330
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30