FACT-INFO.AZ » AKTUAL » Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir”
1-02-2023, 15:30 | AKTUAL
Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir”

Fact-info.az saytı Qərbi Azərbaycanla bağlı həqiqətləri ortalığa çıxarmaq, dünyaya çatdırmaq və digər məqamlarla bağlı araşdırmalara önəm verir. Bugünkü bizim qonağımız Azərbaycan Tibb Universitetinin professoru Sürəddin Zeynalovdur.  O, fikir və mülahizələrini oxucularla bölüşür:

-Professor, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı fikirləriniz necədir?

-Biz o doğma məkanlarımızla nəfəs alırıq, hər zaman fikrimiz oradadır. Demək olar ki, yuxularımızda da Göyçəni görürük. Mən özüm Göyçə mahalının Qanlı (sonralar Qamışlı, indi isə ermənilər Torfavan adlandırır) kənddindənəm. Həyatımın, gəncliyimin ən gözəl çağları orada keçib. Qanlı kəndi  vaxtıləİrəvan quberniyasının sonradan Basarkeçər (Vardenis) rayonunda ən inkişaf etmiş azərbaycanlı kəndi olub. Qanlı kəndinin əhalisinin 80-90 faizi azərbaycanlı, az bir hissəsi isə ermənilər olub. O zaman orta məktəb müəllimlərimizin böyük fədakarlığı nəticəsində biz o regionun tarixini, mədəniyyətini çox dərindən öyrənirdik. Ona görə. bu gün bizim Qərbi Azərbaycanın zəngin mədəniyyəti haqqında, xüsusilə, Göyçə haqqında çox dərin məlumatlarımız var. Biz Qərbi Azərbaycanın istənilən tarixi abidəsi, daşı, qayası və digər mədəniyyət resursları haqqında yetərincə bilgiyə sahibik. Düşünürəm ki, biz hər birimizbu işdə öz töhfəmizi verəcəyik. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, çox düşünülmüş idarəetmə sistemi nəticəsində tarixi qələbəmizə nail olduq. Mən əminəm ki, biz millət olaraq digər problemlərimizi tamamilə çozəcəyik və Qərbi Azərbaycana öz tarixi yurdumuza sülh şəraitində dönəcəyik. Bu gün mənim atamın 90-a yaxın yaşı var. Onun da ən böyük istəyi odur ki. gedib Göyçəni görsün.

-Yenə əvvəlki dönəmə qayıtmaq istərdik. Sovet dönəmində Ermənistanda dövlət vəzifələrində azərbaycanlılardan çalışanlar var idimi?

-Erməni xisləti elə olub ki, onlar heç zaman azərbaycanlıların rəhbər strukturlarda çalışmalarına imkan vermirdilər. Məhz bu səbəblərdən dövlət vəzifələrində çox az azərbaycanlı ola bilərdi. Həmin şəxslərdə çox aşağı vəzifədə çalışanlar olurdu. Sovet dövründədə bizim soydaşlarımıza qarşı zaman-zaman təzyiqlər olurdu. O illərdə erməni təxribatları açıq-aşkar deyildi. Yalnız 1988-ci ildən ermənilər əsl simalarını göstərdilər. Bu qədər soydaşımızı öz yurdlarından didərgin saldılar. 

-Ermənilər işğal etdikləri ərazilərdə hər zaman Azərbaycan xalqının izlərini silmək məqsədilə tarixi, mədəni abidələrimizi, ziyarətgahları dağıtmaqla məşğul olublar. Bu gün Qərbi Azərbaycanda da belə erməni vəhşiliyi davam edir.

-Doğma kəndimizin ərazisində XI-XII əsrlərlə bağlı Alban kilsəsinin, VII-VIII əsrlərə aid olan oğuz qəbiristanlığının qalıqları olub. Bundan əlavə mədəniyyət obyektləri, məktəblər, zəngin kitabxanalar,  əhaliyə məxsus əmlaklar və sair olub. Bu gün ermənilər dağıtdıqlarını dağıdıb. Qalanlarını isə mənimsəyib, erməniləşdiriblər. Ancaq Azərbaycanın çox əsrlik tarixini onlar silə bilməyəcəklər. Çünki ermənilər həmin torpaqlara yalnız XIX əsrdə gəliblər. O vaxta qədər Qərbi Azərbaycanda  haylarla bağlı heç bir iz olmayıb. Bütün bu faktları dünyaya çatdırmalıyıq.

-Bütün bu həqiqətləri dünyaya çatdırmaq üçün nələri etmək lazımdır?

- Həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, həm də onlara bu həqiqətləri sübut etmək, inandırmaqhədəflərimiz sırasındadır. Bundan əlavə erməniləri dəstəkləyən toplumlara, ölkələrə izah etməliyik ki, görün, siz kimi illərdir ki, dəstəkləyirsiniz, müdafiə edirsiniz. Faktlarla, elmi yanaşmalarla, çox incə məntiqlə Qərbi Azərbaycanla bağlı məqamları bütün dünyaya çatdırmalıyıq. Azərbaycanla bərabər ümumilikdə Türk dünyası üçün çox əhəmiyyətli olan  Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyət istiqamətləri və konsepsiyası ətrafında ciddi çalışmalıyıq. Onu qeyd etmək istərdim ki, sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

-Belə tarixi məqamları, Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmin diqqətinə çatdırmaq məqsədilə müxtəlif sənədli filmlər çəkilir, kitablar nəşr olunur. Bütün bunları yetərli hesab etmək olarmı? 

-Təbii ki, bütün bunlar lazımdır. Peşəkar səviyyədə müxtəlif əcnəbi dillərdə kitablar çap olunub yayılmalıdır. Filmlər çəkilməlidir. Mənim qənaətimcə, Qərbi Azərbaycanla bağlı informasiyaların yayılması koordinasiya olunmalıdır.  Biz bütün beynəlxalq platformalarda təbliğat işini davamlı aparmalıyıq. Dünya ictimaiyyəti bilməlidir ki, Qərbi Azərbaycanın əsl sahibləri kimdir. Ermənilər bu torpaqlara Çar Rusiyasının dəstəyi və böyük planı nəticəsində köçürülüblər. Nəhayət dünya anlamalıdır ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi demək olacaq. Hər kəsin öz əzəli vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib.

Fact-info.az






Baxış sayı: 952
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30