D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv dövlətlər arasında ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və gənclər siyasəti də daxil olmaqla strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edir.
Fact-info.az xəbər verir ki, bu barədə D-8-in “X” sosial şəbəkəsindəki hesabında təşkilatın baş katibi İsiak Əbdülqadir İmamla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşün yekunlarına dair paylaşım edilib.
Qeyd olunub ki, görüşdə XİN başçısı bir daha təsdiqləyib ki, Azərbaycan D-8-in məqsədlərinə nail olması üçün işinə töhfə verməyə sadiqdir.
"Nazir enerji, iqlim, nəqliyyat, gənclər və KİV sektorlarında dərhal həyata keçirilə biləcək bir neçə mühüm istiqamət müəyyən edib. D-8 ailəsinə yeni üzvün qəbulu ümidverici başlanğıcdır", - məlumatda qeyd edilib.
Baxış sayı: 100
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
