FACT-INFO.AZ » XƏBƏR » Bu zehniyyatın Pezeşkianı qəbul etmədiyi ortadadır
5-03-2025, 13:00 | XƏBƏR
Bu zehniyyatın Pezeşkianı qəbul etmədiyi ortadadır
Medianın yazdığına görə, İran prezidenti Məsud Pezeşkian öz məhdud səlahiyyətlərini yerinə yetirə bilmir. Getdikcə idarəetmə sistemindən təcrid olunur. Hətta onun istefa ərizəsi yazması haqqında məlumatlar dolaşır. Əslində bütün bunlar gözlənilən idi.
Mən ötən yazılarımda islahatçı prezident Məsud Pezeşkianı İran siyasətində işıqlı nöqtə olduğunu yazmışdım. Ona görə ki, cəmiyyət hər zaman yeniliyə, həyat şəraitinin yaxşılaşmasına can atır. Heç şübhəsiz İranda islahatçı qanadın qalib gəlməsi, xüsusilə, yeni prezidentin türk olması müsbət tendensiyanı gücləndirmişdi. Reallıq başqa mənzərəni ortalığa çıxarır. Bu da ondan ibarətdir ki, prezident Məsud Pezeşkianın islahatçı ideyalarını gerçəyə çevirmək mühafizəkar rejimin marağında deyil. Artıq demək olar ki, İran siyasətində işıqlı nöqtələri söndürməyə çalışırlar. Bəlkə mühafizəkar qanadın hədəflərində inkişaf, islahat, qarşılıqlı əməkdaşlıq yoxdur.
Beynəlxalq aləmdə hadisələrin sürətlə dəyişdiyi bir məqamda İrandakı həmin mühafizəkar rejim yenə köhnə bayatılarını səsləndirir. Bəlkə də Məsud Pezeşkianın islahatçı ideyalarının gerçəkləşməsi rejimin siyasi və iqtisadi sferada qurtuluşu ola bilərdi. Amma, lakin bu zehniyyatın Pezeşkianın islahatlarını qəbul etmədiyi ortadadır.
Orta Şərqdə öz proksi qüvvələrini bi-bir itirən, ciddi sanksiyalarla üzləşən, beynəlxalq münasibətlərdən tədricən təcrid olunan molla rejiminin artıq necə düşünməsi önəmli deyil. Çünki, dünyada gedən geosiyasi, geoiqtisadi proseslərə təsir etmək üçün özün həddindən artıq güclü olmalısan. Həm də kimin necə düşünməsindən asılı olmayaraq, beynəlxalq hüquqa əsaslanıb ədalətlə davranmalısan.
Təbii ki, bu başqa bir söhbətin mövzusu olsa da, ABŞ prezidenti Trampın beynəlxalq hüquqdan uzaq, son ədalətsiz davranışları uzunmüddətli qalibiyyətə, uğura gətirə bilməyəcək addımdır. Tarixdə mövcud olan acı təcrübələr göstərir ki, ədalətdən, hüquqdan uzaq, hegemonluq, dünyaya meydan oxumaq kimi ideyalar nəticədə gerçəkləşsə də, uzunömürlü olmur.
Əkrəm Bəydəmirli



Baxış sayı: 295
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30